-
Səssiz, sözsüz qucaqlaşdılar. Hüsnüay İbrahimin hələ möhkəmliyini itirməyən qolları arasında özünü yenidən dünyanın ən bəxtiyar qadını hiss edəndə, Ərən də qardaşı Gövhərşahın çadırında şirin yuxuya getmişdi...
Yazıçı Cəlil Cavanşirin "İtirilmiş əlyazma" romanı ("Qanun" nəşriyyatı) peşəkar tənqidçilərin iştirakı ilə "Oxu zalı"nda müzakirəyə çıxarıldı.
Cəlil Cavanşir
İTİRİLMİŞ ƏLYAZMA
(Romandan parça)
Şirvanşahla gizli varisin görüşü
Ərən qardaşının səsini eşidib həyətə yüyürdü. Həyətdə atdan düşüb əli qılınc qəbzəsində duran bahadırlara baxanda başa düşdü ki, Gövhərşah tək gəlməyib. Anası ilə babası iki hündürboy, digər döyüşçülərdən fərqlənən, ortayaşlı kişi ilə danışır, anası həmin bahadırları qucaqlayıb ağlayırdı.
Ərən ilk Gövhərşahın boynuna sarıldı:
- Qardaşım!!!
- Şahzadəm!!!
Gövhərşahla onun qucaqlaşmasını görən bahadırlardan ikisi ona yaxınlaşdı. Yaşca daha böyük görünəni üzünü Gövhərşaha tutdu:
- Bu Ərəndirmi, vəliəhd?
Gövhərşah gülə-gülə bahadıra cavab verdi:
- Əlbəttə, Aydoğdu. Bacıoğlun, şahın gizli varsi Ərəndir.
Dayıları saray qaydasına uyğun onun qarşısında baş əymək istəsələr də, Ərən onlara tərəf yeriyib onlara mane oldu. Dayıları ilə görüşüb, onlarla mehribanlıq elədi. Aydoğdunun da, Alpərin də gözlərində yaş parıldayırdı. Körpə uşaq ikən qoyub getdikləri övladları, qadınları bir kənarda ağlaşa-ağlaşa növbə gözləyirdi. Qardaşlar övladlarıını üzdən ayırd edə bilmədikləri üçün ad-ad çağırıb, bağırlarına basırdılar. Ərən bu səhnədən kövrəlsə də, qardaşını təkrar qucaqladı:
- Nə yaxşı gəldin, qardaş! Elə darıxırdım ki...
- Tək gəlməmişəm, şahzadəm! Atamız da gəlib...
Ərən tutulsa da, ağlamadı. Dişini-dişinə sıxıb boğazını yandıran qəhəri uddu. Gövhərşah onun gözlərindəki parıltıdan başa düşdü ki, Ərən kövrəlib. Hüsnüay da göz yazşını silə-silə Ərənə baxır, artıq qoçaq bir igid olmuş oğlunun İbrahimlə görüşünü düşünürdü. Candarlar həyətdə nizam-intizam yaradandan sonra, Aydoğdu və Alpər ailəsinin yanına, Hüsnüay evə, Gövhərşahla Ərən də Gövhərşahın çadırına çəkildilər. Ərən “Cavidannamə” dən oxuduqlarından dil-boğaza qoymadan danışır, qardaşına suallar verirdi. Aradan bir müddət keçəndən sonra Gövhərşahın candarlarından biri çadırın örtüyünü qaldırdı:
- Şah Ərəni çağırır, vəliəhd.
Ərən sevinclə yerindən atıldı. Candar onu çadıra qədər ötürdü. Şah çadırının mühafizi şahın iznini aldıqdan sonra Ərənin qarşısında baş əyib onu çadıra dəvət elədi. Çadıra girəndə təxminən babası Qutluq yaşda, cod saqqalı ağarmağa başlayan ortaboy və nurani bir kişi ilə rastlaşdı. Kişi çadırın ortasında elə dayanmışdı ki, duruşu adamı vahimələndirirdi. Hiss olunurdu ki, bu adam hökmdardır!
Qəfildən bu ciddi, zəhmli və əzəmətli kişi uşaq kimi hönkürdü. Göz yaşları saqqalını islada-islada Ərənə yaxınılaşıb onu bağrına basdı. İndi bu çadırdakı Şirvanşah İbrahim yox, ata İbrahim idi. Yaşı artıqca kövrəkləşən, gizli varisinin on üç il üzünü görməyən Şirvanşah İbrahim ərəni bağrına basıb qoxulayır, alnından, üz-gözündən öpürdü. Səhərdən boğazındakı qəhəri birtəhər udan Ərən də atasını bərk-bərk qucaqlayıb hönkürdü. İndiyə qədər üzünü götmədiyi atasını qucaqlamaq onu bir anda o qədər xoşbəxt eləmişdi ki...İndi xoşbəxtlikdən ağlamaq olardı...Atası qüvvətli qolları ilə onu qucaqlayıb aramsız pıçıldayırdı: “Gözüm nuru, varisim, şahzadəm...”
Ərən xoşbəxtlikdən uçurdu. Şirvanşah İbrahim Ərəni qolları arasından buraxıb təkrar onu kənardan müşahidə eləyib kövrəldi:
- Maşallah, əsl igid olmusan! Gövhərşahıma yaman bənzəyirsən, Ərən!
- Qardaşım da sənə çox bənzəyir, Şahım!
- Gözlərin çox ağıllıdır, Şahzadəm!
- Anam sənin gözlərinə bənzədiyini deyir, şahım!
Ata-bala təkrar qucaqlaşdılar. İbrahim şah olduğunu, Şivanşahlar xanədanının başçısı olduğunu tamam unutmuşdu. Uşaq kimi göz yaşını saxlaya bilmirdi. Heç cür Ərəndən ayrılıb taxtında otura bilmirdi. İllərin həsrəti İbrahimi çox kövrək eləmişdi. Duruşu, baxışı ilə özünə bənzəyən oğluna baxmaqdan doymurdu.
Ərənlə söhbət eləyə-eləyə çadırdan çıxıb dostu Qutluğu axtardı. Qutluq atası ilə yan-yana addımlayan nəvəsini görüb kövrəldi. Dostu İbrahimin parıldayan gözlərinə baxıb, onun nə qədər həsrət çəkdiyini anlamağa çalışdı. Bu illər ərzində Ərənlə Hüsnüayın saraydan kənarda qalmasının bir səbəbi İbrahimin dövlət işlərinə, ölkəni qorumağa başı qarışması idisə, digər səbəbi də Ərən və Hüsnüayı saray intriqalarından qorumaq istəyi idi. Nəslinin Ərənlə davam edəcəyinə çox inanan İbrahim, nədənsə, son ümidi olan oğlunu saraya gətirməkdən qorxurdu.
Gecə yarısınacan Qutluqla, Ərənlə, Gövhərşahla dərdləşən İbrahim hiss elədi ki, artıq qocalır. Ərəni bir daha dostuna bərk-bərk tapşırıb, öz çadırına, çadırda onu gözləyən Hüsnüayın yanına keçdi. Səssiz, sözsüz qucaqlaşdılar. Hüsnüay İbrahimin hələ möhkəmliyini itirməyən qolları arasında özünü yenidən dünyanın ən bəxtiyar qadını hiss edəndə, Ərən də qardaşı Gövhərşahın çadırında şirin yuxuya getmişdi.
Səhər açılanda Şirvanşah xanımına layiq geyimdə çadırdan çıxan Hüsnüayın üzündə elə qəribə və hüznlü ifadə var idi ki, onun mənasını yalnız İbrahim başa düşürdü. Gecənin bütün sehrli anlarını xatırladıqca gülümsünən Hüsnüay, İbrahimin yenidən onu tərk eləyəcəyini düşünəndə üzündə ağır kədər ifadəsi yaranırdı. Alpər və Aydoğdunun illərlə ər yolu gözləyən xanımlarının da simalarında eyni kədərli ifadə var idi. Qadınlar yenidən tək qalmaqdan qorxurdular. İllər elə sürətlə keçmişdi ki, nə Hüsnüay, nə də qardaşlarının xanımları necə sürətlə qocaldıqlarını hiss eləməmişdilər. Ərlərinin döyüşdən döyüşə atılması, bircə günlük də olsa, saraydan ayrıla bilməmələri onları nə qədər üzsə də, övladlarına mehrlərini salıb, türk qadınına yaraşan qürurla övladlarını böyütmüş, namusla ərlərinin yolunu gözləmişdilər.
Dəfələrlə Qutluq boşanıb ərə getməyi məsləhət görsə də, hər iki qadın gözlərinin ilk ovuna, könüllərinin ilk sevdasına sadiq qalmağa üstünlük vermişdi. Alpərin də, Aydoğdunun da böyük oğulları, qızları vardı. Alpərin oğlu Həsən bibisioğlu Ərəndən böyük olsa da, Aydoğdunun oğlu Musa Ərənlə yaşıd idi. Ərənin müəllimləri onun elm öyrənməsi ilə məşğul olsa da, o oxumaqdan çox atası kimi at minməyi, qılınc tutmağı, döyüşməyi xoşlaylırdı. Həsən də, Musa da Ərənlə yaxşı dil tapır, onun özündən böyük uşaqlarla mübahisəsi yarananda iki əmioğlu birləşib Ərəni müdafiə edərdilər. Qəfildən Ərənin şah atasının Xaçmaza gəlişi və gələndə onların atalarını da özü ilə gətirməsi onları çox sevindirmişdi. İndi bu evdə hamı xoşbəxt idi.
Şahla Qutluq şərbət içə-içə söhbətləşir, olub-keçənlərdən, saray problemlərindən, Şirvanşahın Teymurla barışığından danışırdılar. Köhnə dostlar hər zaman danışmağa söhbət tapırdı. İllərin sınağı onların münasibətini daha da möhkəmləndirmişdi. Şirvanşah İbrahim taxta çıxmamışdan çox əvvəl bilirdi ki, geniş çöllərə, yaşıl meşələrə, bol sulu çaylara alışmış Qutluq bəy sarayda yaşamağı qəbul etmir. Nədənsə, saray onun üçün azadlığın sərhədli olduğu yer idi.
Qutluq azad çöllərin, yaşıl meşələrin, yalçın qayaların, uca dağların övladı idi. Həyat ona saray yox, bu azadlığı vermişdi. Bütün bunları İbrahim də yaxşı bilir, dostunu saraya dəvət eləmirdi. Bir də Ərənin tərbiyəsində babası Qutluğun iştirakı mütləq idi. Ona etibarı, inamı böyük idi. Bilirdi ki, Qutluqdan tərbiyə alan Alpər, Aydoğdu, Hüsnüay kimi övladlar varsa, oğlu Ərən də layiqli övlad olacaq. İlk dəfə oğlunu çadırda görən kimi başa düşmüşdü ki, yanılmayıb. Ərənin at üstündəki qürurlu duruşundan onun əsl şahzadə kimi yetişdiyini anlamaq olur.
İbrahim at belində qürurla oturan oğullarına, vəliəhd Gövhərşaha və şahzadə Ərənə baxır, qürurdan sinəsi qabarır, gözü yaşarırdı. Özü də bilmədən yanaqlarında parıldayan yaşlar saqqalına yuvarlananda Qutluq köhnə dostuna söz atdı:
- Qocalırsan, İbrahim...Heyif ki, sən də qocalırsan. Sənə bu elin, obanın, bu ölkənin hələ çox ehtiyacı var.
- Narahat olma, qardaşım. Mən qocalsam da, Gövhərim, Ərənim var. Onlar məndən də ağıllı, məndən də ədalətli olacaqlar. İnanıram ki, xalq onları da sevəcək.
- Amma hökmdarın oğulları ancaq elmə, oxumağa meyillidir. İkisi də təriqət müridi kimi bütün gün kitab oxuyur, zikr edir, elm əxz eləyirlər. Hələ bir yerə düşəndə onların elmi mübahisələrini görsən, dəhşətə gələrsən. Elə bil iki alim söhbət edir.
- Eh, əziz dostum Qutluq... Sən bilsən ki, mən onların elm sahibi olmaqlarını nə qədər arzu edirəm. Cahil hökmdar ordunu da, torpağı da, vətəni də bada verər. Onlar nə qədər elmli, adil və fəhmli olsalar, xalqa bir o qədər faydalı ola bilərlər. Onların ağlı və fərasəti xalqın səlaməti, xoş gələcəyi deməkdir. Elmsiz və ədalətsiz böyüsə idilər, onlar kimi xalqın, xanədanın da gələcəyi olmazdı. İkisi də elmli, kamil insan kimi yetişsələr, daha rahat olaram. Gövhərşah xanədanımı, Ərən nəslimi davam etdirəcək. Onların elm sahibi olması həm xalqın, həm də Şirvanşah soyunun elmli və savadlı olmasına zəmanətdir. Savadlı şah elinin, obasının, savadlı ailə başçısı da ailəsinin savadlı olmasına diqqət edər. Əgər belə olsa, mən iki ən böyük narahatçılıqdan qurtularam. Həm elmə, mənəviyyata sahib olan xalqım, xanədanım, həm də tarixdə qalacaq bir soyum, nəslim olar. Mənim əsl davamçım elmə yiyələnmiş şahzadəm Ərən olacaq. Onu qorumaq isə sənə düşür, qoca Qutluq.
Qutluq müdrik görkəmli dostunun sözlərindən anladı ki, dostu hələ də illər öncəsi olduğu kimi duyğusal və irəlini görəndir. Əgər taxtda odursa, deməli, ölkəni elm və ədalətlə idarə edəcək. Elmlə idarə olunan ölkə isə səlamətdədir, demək. Qutluq qürurla dostuna, sonra uca Qafqazın qarlı zirvələrinə baxdı