-
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dekabrın 7-də APA-ya verdiyi açıqlamasında belə deyilir.
Administrasiya rəhbəri Elşad Abdullayevin müxalifət mətbuatında dərc olunan son yazısını növbəti cəfəngiyat adlandırıb:
«Görünür, bu adam uydurmaları ilə özünün əməllərini ört-basdır etmək istəyir. Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən. Xahişi isə universitetin taleyi ilə bağlı olub».
«ELŞAD ABDULLAYEV... KİMDİR Kİ, MƏN ONUNLA BELƏ BİR MƏSƏLƏNİ MÜZAKİRƏ EDİM»
Ramiz Mehdiyev deputatlığa görə Elşad Abdullayevin onunla görüşməsini və digər məsələlərin də yalan olduğunu deyib.
«Bu da onun növbəti uydurmasıdır. O ki qaldı guya ABŞ səfirliyi bizdən tələb edib ki, İsa Qəmbər və Arzu Səmədbəyli deputat seçilməlidir, bu da onun xəstə beyninin məhsuludur. Elşad Abdullayev öz-özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim. Özü də bir-iki dəqiqə ərzində, ayaq üstə dura-dura. Bu yalanı və uydurması ilə o, həm də müxaliflər arasında intriqa salmaq istəyir. Guya biz sırf Müsavat Partiyasını dəstəkləyirik. Onun cəfəng, böhtan, uydurma bəyanatları, görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər. Şəxsiyyəti və əməlləri isə yüzlərlə saxta diplom vermiş gənclərə və onların valideynlərinə, dələduzluq yolu ilə aldatdığı insanlara bəllidir. O ki qaldı onun fırıldaqçılığına və qurduğu primitiv oyunlara, deyə bilərəm ki, bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb» - deyə açıqlamada bildirilir.
«SIZ DEPUTATLIĞINIZDAN KÖNÜLLÜ İMTİNA ETMƏLİSİNİZ»
Dekabrın 7-də «Azadlıq» qəzetində dərc olunan məqaləsində Elşad Abdullayev qeyd edir ki, 2005-ci ilin oktyabrında rəsmən deputat elan olunsa da, Ramiz Mehdiyevin təzyiqlərindən sonra deputatlığını geri götürüb:
«Mənə bildirdilər ki, ABŞ səfirliyi bizdən tələb edir ki, (ABŞ səfirliyi bu faktı təsdiq etmədi - red.) Müsavat Partiyasından ya İsa Qəmbər, ya da Arzu Səmədbəyli deputat seçilməlidir. Siz bizim adamsınız, biz İsa Qəmbəri parlamentə buraxa bilmərik, Nərimanov rayonundan Adil Əliyevlə namizəd düşüb, lakin Arzu Səmədbəyli Sizinlə düşüb, bizim adamdır, Elçibəyin yadigarıdır, Siz deputatlığınızdan könüllü imtina etməlisiniz».
Elşad Abdullayev bu təklifdən imtina edərək məhkəməyə müraciət etdiyini yazır. Daha sonra adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin təzyiqi ilə namizədliyinin ləğv olunduğunu bildirir.
DEPUTATLIĞA İKİNCİ CƏHDDƏ ELŞAD ABDULLAYEV KİMİNLƏ GÖRÜŞÜB?
Sabiq rektor ikinci dəfə boş qalmış yerə namizədliyini verəndə, ondan məhkəmə iddialarının geri götürməyi tələb ediblər:
«Məndən tələb edirdilər ki, məhkəmə şikayətini geri götür. Mən isə bildirdim ki, deputat keçərəmsə, məhkəmə şikayətimi geri götürərəm. Bu ərəfədə məni Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev şəxsən qəbul etdi, sual-cavab etdikdən sonra mənə uğurlar arzuladı».
Elşad Abdullayev iddia edir ki, o, Ramiz Mehdiyevin yanından çıxanda Gülər Əhmədova və Sevinc Babayeva ilə rastlaşıb:
«Məndən soruşdular ki, Ramiz Ənvəroviçlə görüşdünüzmü? Mən çox təəccübləndim. Bunlar haradan biliblər ki, mən Ramiz Mehdiyevin yanından çıxıram?! Mənə bildirdilər ki, deputatlığın pul işinə biz baxırıq, haqq-hesabı bizimlə etməlisən, əks-təqdirdə yenə də qutuda qalacaqsan».
«Elşad Abdullayevin cəfəng, böhtan, uydurma bəyanatları, görünür, kiməsə lazımdır, onun özünü də bir alət kimi istifadə edirlər».