Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş hesabat AŞPA-nın yanvarın 21-25-də Strasburqda keçiriləcək qış sessiyasının gündəliyinə daxil edilib.
APA-nın məlumatına görə, həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grech-in hazırladığı hesabat, həmçinin Christoph Strässer-in «Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar» adlı hesabatı sessiyanın 23 yanvar tarixli iclasında müzakirə olunacaq.
Bundan başqa qış sessiyasının gündəliyinə AŞPA-nın prezident və vitse-prezidentlərinin seçilməsi, Kosovoda vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, «Gürcüstan və Rusiya: münaqişə zonalarında humanitar vəziyyət» adlı hesabat, Avropada azad media ilə bağlı vəziyyət, gender bərabərliyi, əmək miqrantlarının traffikinqi kimi məsələlərin müzakirəsi daxil edilib.