-
Azərbaycan hökuməti ilə BP şirkəti arasındakı buz əriyir və ya əridiyi bildirilir. Bu zaman ortaya sual çıxır: Tərəflər arasında niyə soyuqluq yaranmışdı?
Lap əvvəldən başlayaq...
Oktyabrda Prezident İlham Əliyev BP-nin hasilatı azaltdığını, Azərbaycan büdcəsinə 8 milyard dollar ziyan vurduğunu deyərək şirkəti sərt tənqidə tutdu.
BP 2 AY ÖNCƏNİN AZƏRBAYCAN MEDİASINDA
Bu çıxışdan sonra bir çox, özəlliklə hökumətyönlü media qurumu BP əleyhinə yazılara başladı. Məsələn, prezident administrasiyasına yaxın 1news agentliyi bildirirdi ki, Britaniya mətbuatında Azərbaycan əleyhinə gedən yazıların arxasında BP şirkəti dayanır. Bu şirkətin yerli və xarici işçilər arasındakı ayrı-seçkiliyə yol verməsi də tənqidə tutulurdu.
Və nəhayət... Dekabrın əvvəlində BP şirkətinin icraçı direktoru Bakıya səfər edərək prezident İlham Əliyevlə və yerli Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevlə görüşür. Hər iki tərəf əməkdaşlıqdan razılıqlarını dilə gətirir.
TƏRƏFLƏR NƏDƏ RAZILAŞDI?
İstər-istəməz, sual ortaya çıxır: Tərəflər nədə razılığa gəliblər?
Görüşdən bir neçə gün sonra İlham Əliyev çıxışlarının birində deyir:
«Çox şadam ki, bizim əsas tərəfdaşımız olan BP şirkəti bu iradlara məsuliyyətlə yanaşdı. Neft hasilatının stabilləşdirilməsi məsələsi ön plana çıxarıldı. Gələn ildən neft hasilatında stabilləşmə olacaq».
BP şirkətinin icraçı direktoru Robert Dudley görüşlərdə «Azəri-Çıraq-Günəşli» yataqlarında və «Şahdəniz» layihələrində hasilatın stabilləşdirilməsi proqramını müzakirə edib.
Mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı BP-nin gələcək planlarından söz açır:
«Dövlət Neft Şirkəti, BP-nin və digər tərəfdaşlarımızın mütəxəssisləri gələcək planlarla bağlı proqram hazırlayıb. Proqramda, əsasən, 2013-cü və sonrakı illərdə hasilatın idarəçilik məsələləri əksini tapıb. Problemlərin çözülməsi üçün variantlar da müəyyənləşdirilib».
BUZ DAĞININ GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN TƏRƏFİ
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, hər iki tərəfin açıqlamaları əsl həqiqətdən uzaqdır. Ekspert düşünür ki, tərəflər daha ciddi məsələdə razılığa gələ bilmirlərmiş:
«Hasilatın azalması məsələsi ancaq fon, problemin görünən tərəfi idi. Aysberqin görünməyən hissəsində ciddi danışıqlar gedirdi. Bu danışıqlar, ola bilər ki, gələcək yatırımlarla bağlıdır və ya daha dərin qatların işlənməsi ilə... Yəni, tərəflər arasında bir neçə ciddi məsələlər vardı».
«BU, SIRF SİYASİ QƏLƏBƏ İDİ...»
Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban Azərbaycan rəhbərliyi ilə BP şirkəti arasında baş verənləri nə iqtisadi, nə kommersiya olayı sayır. Onun fikrincə, sırf siyasi məsələlərdən söhbət gedir:
«Prezident son çıxışında da sırf siyasi bəyanat verdi. Burada heç bir iqtisadi, kommersiya məsələsi yox idi. İlham Əliyev son iki ayda baş verənlərdən kimlərin sevindiyini deyir və kimlərin öz arzusuna çatmadığından danışır. Bildirir ki, bütün hallarda Azərbaycan öz strateji hədəfinə çatdı və... BP kimi şirkətə qalib gəldi».
1NEWS BP-DƏN YAZACAQMI?
«Azərbaycan hökuməti BP şirkəti ilə nədə razılığa gəldi? Nə dəyişdi ki, problem çözüldü? Bu barədə yazılarınız davam edəcəkmi?». Suallar media qurumlarına ünvanır. 1news agentliyinin rəhbəri Rəhman Hacıyev:
«Əvvəlcədən planlaşdırılmış qaydada və ya kampaniya çərçivəsində yazı yazmırıq. Gündəmə uyğun yazılar formalaşdırırıq. Tərəflər arasında problemlər vardısa, cənab prezidentin də qeyd etdiyi kimi, problemlərin həlli üçün təkliflər irəli sürülüb. Yetərli bilgiyə sahib olmadığımdan mən bunu şərh edə bilmərəm».
«Ayna»/«Zerkalo» qəzetinin iqtisadiyyat yazarı Fuad Əlizadə də eyni sualları cavablayır:
«Söhbət ondan gedir ki, BP Azərbaycanın sözlərini qulaqardına vurmadı. Şirkətin geoloqları hasilatın artırılması üçün yataqlara yenidən baxdılar. Düşünürəm ki, hasilatın artırılma məsələsi həllini tapdı və beləcə, hər iki tərəf əməkdaşlığı davam etdirəcəklərini bildirdi».
BP şirkəti 20 ildir Azərbaycanda çalışır. Şirkət «Azəri-Çıraq-Günəşli» yataqlar blokunu, «Şahdəniz» layihəsindən başqa Bakı-Tbilisi-Ceyhan neft və «Qafqaz» qaz ixrac boru kəmərinin əməliyyatçısıdır. İndiyədək Azərbaycandakı layihələrə 40 milyard dollardan çox sərmayə qoyulub.