Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:35

“Magnitsky aktı” na qarşı sənədi Rusiyanın Federasiya Şurası da təsdiqlədi


Rusiyanın Federasiya Şurası “ABŞ-ın “Magnitsky aktı” na qarşı qanun layihəsini yektilliklə təsdiqləyib.

Qanun layihəsinin qüvvəyə minməsi üçün indi onu prezident Vladimitr Putin də imzalamalıdır.

Qanun layihəsi rusiyalı uşaqların amerikalılara övladlığa verilməsini qadağan edir.

ABŞ-ın bundan əvvəl Rusiyaya qarşı qəbul etdiyi “ Magnitsky aktı” da isə Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskynin ölümündə şübhəli bilinən Rusiya məmurlarına qarşı sankisyalar nəzərdə tutulur.

Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.
Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.
XS
SM
MD
LG