-
Bu günlər Britaniya qəzetləri sirli və qapalı Sayentologiya Kilsəsi barədə Birləşmiş Ştatlarda işıq üzü görəcək kitabdan yazır. Kitab gələn həftə çıxır.
Sayentologiya haqqında tənqidi kitabdan artıq dərc olunmuş parçalarda kilsə barədə bu vaxtadək bilinməyən qalmaqallı məqamlar var. Ələlxüsus da Sayentologiya Kilsəsinin lideri sayılan David Miscavige haqqında.
TOM VƏ NİCOLE KİLSƏYƏ GÖRƏ BOŞANIBLAR?
Məsələn, bir məqamda deyilir ki, Miscavige məşhur aktyor Tom Cruise-un (Tom Kruz) arvadı, başqa bir məşhur Hollivud ulduzu Nicole Kidman-dan boşanmasını əməlli-başlı bayram edib. O, daim bu qənaətdə imiş ki, Kidman Tom-un etiqaddan soyumasına səbəb olub.
Kitab «Saflaşmağa doğru: Sayentologiya, Hollivud və inanclar məhbəsi» (Going Clear: Scientology, Hollywood and the Prison of Belief) adlanır.
Qeyd olunmalıdır ki, kitabın adındakı «saflaşmaq» sözü kinayə ilə işlədilib. Belə ki, Sayentologiya Kilsəsinin əsas müddəalarından biri, davamçılarından adi insanların duyduğu kədər, ağrı və acılardan xilas olaraq «saflaşmağı» tələb edir. Sayentologiya təliminə görə, heç bir bəşəri ağrı hiss etməyən insan kamil insandır.
CRUİSE CLİNTON-DAN XAHİŞ EDİB Kİ…
Kitabın müəllifi, Pulitzer mükafatı laureatı Lawrence Wright iddia edir ki, Tom Cruise bu təriqətin davamçısı kimi dünya liderləri qarşısında siyasi lobbiçilik fəaliyyətində də bulunub.
Məsələn, o, dəfələrlə prezident Clinton-dan xahiş edib ki, o, Britaniyanın baş naziri Tony Bleyer-dən Sayentologiya Kilsəsinin, xeyriyyə təşkilatı kimi qeydə alınmasını və vergidən azad edilməsini istəsin.
Britaniya mətbuatı yazır ki, kitab hələ çapdan çıxmamış artıq mübahisələr tozanağı qaldırıb.
Kilsənin sözçüsü Karin Pouw «The İndependent» qəzetinə deyib ki, bu kitab supermarketlərin qəzet köşklərinə layiqdir və oradakı köhnəlmiş iddialar çoxdan ifşa edilib.
«The New Yorker» həftəlik jurnalının yazarlarından biri, cənab Wright öz kitabında əsasən Sayentologiya Kilsəsinin keçmiş rəhbəri, sonradan ondan üz çevirərək bu təriqətə qənim kəsilən Marty Rathbun-a istinad edir.
SAYENTOLOQLAR TOM CRUİS-A ARVAD AXTARIBLAR
Məhz ona istinadən kitabda deyilir ki, cənab Miscavige 1990-cı illərdə Tom-un kilsəyə marağının azalmasına Nicole Kidman-ın bais olduğunu söyləyib.
Guya o, deyibmiş ki, Kidman pulgirdir, sayentologiyaya riyakarlıqla sitayiş edir və Tom-u bu «mənəm-mənəmlik edən arvad»dan ayırmaq lazımdır. Lakin burası bəlli deyil ki, kilsə, iki ulduzun arasını vurmaq üçün praktik addımlar atıb, ya yox.
Kitabda deyilir ki, 2001-ci ildə «Geniş qapalı gözlər» ('Eyes Wide Shut) filminin İngiltərədəki çəkilişləri zamanı Tom Cruise boşanmasını elan edib və kilsənin ağuşuna qayıdıb.
Kitab iddia edir ki, məhz bunun ardınca kilsə Tom-a təcili qaydada təzə arvad axtarışına başlayıb və onu namizədlə - İranda doğulmuş, lakin Britaniyada böyümüş 25 yaşlı aktrisa Nazanin Boniadi ilə tanış edib. Lakin Nazanin Miscavige-in xoşuna gəlmədiyi üçün plan icra olunmayıb.
Tom Cruise məhz bundan sonra ötən il boşandığı Katie Holmes-la evlənib.
MÜƏLLİF DƏFƏLƏRLƏ HƏDƏLƏNİB
«Saflığa doğru» kitabı sayentoloqları tənqid edən ilk kitab olmasa da, müəllifinin adı, necə deyərlər, onun üstündədir. «New York Times» qəzeti Lawrence Wright-ı son dərəcə dəqiq jurnalist adlandırır.
Qəzet xəbər verir ki, Wright sayentoloqları tənqid edən məqalələrinə görə onların vəkillərindən dəfələrlə ölüm hədələri alıb.
Təkcə onu demək yetər ki, ilkin plana görə İngiltərədə çap olunmalı bu kitabın naşiri son anda, heç bir izahat vermədən kontraktı ləğv edib. Məhz bundan sonra kitabın ilkin 150 min nüsxə ilə ABŞ-dakı «Knoph» nəşriyyatında çap olunması qərara alınıb.
«MƏNİM ARNİ-DƏN NƏYİM ƏSKİKDİR?»
Britaniya mətbuatı yazır ki, kitabı daha cazibədar edən hissələrin Tom Cruise və Nicole Kidman-a aid parçalarının olacağı gözlənilir.
Müəllif yazır: «Cruise 2004-cü ildə kilsəyə 3 milyon dollar pul verib. O, kilsənin təkcə başçılarından biri olmayıb, beynəlxalq aləmdə çoxsaylı davamçıları olan fəala çevrilib.
Cruise Sayentologoiya Kilsəsini onun ayağı dəyə bilməyəcək yerlərə çatdırıb. Hər dəfə filmlərini təbliğ etmək üçün xaricə səfərlər edəndə xarici liderlərin və Amerika səfirlərinin sayentologiyanın təbliğinə cəlbi üçün lobbiçilik edib».
Kitabda iddia olunur ki, Sayentologiya Kilsəsi dünyanın böyük liderlərini saymazyana qiymətləndirməkdən çəkinmir. Məsələn, cənab Miscavige bir dəfə prezident George Bush-u xristianlığı ilk dəfə qəbul edən Roma İmperatoru Konstantinə bənzədib: «Bəlkə də Bush ipləmənin biridir, lakin mən bizim Konstantinimiz kimi ondan imtina etməzdim».
Tom Cruise isə siyasətə girişən aktyor həmkarlarını yaddan çıxarmayıb və Arnold Schwarzenegger-ə işarə ilə: «Əgər bu …(ingiliscə məşhur ədəbsiz sözü ixtisar edirəm- Z.R.) Arnold qubernator ola bilibsə, mən prezident ola bilərəm», Cruise deyib.