-
"Atam bu əsəri, mənzum romanı 10 ilə yazıb.
Sovet dövrünün dəmir pərdələrinə baxmayaraq Nəsiminin yaşadığı və edam edildiyi Suriyaya səfər edib. Hələbdə, Dəməşqdə olub.
Sara Aşurbəyli, Həmid Araslı və o dövrün məşhur ərəbşünas, ədəbiyyatşünas alimlərindən dərslər alıb. İslam dinini dərindən öyrənib".
Xalq şairi Qabilin oğlu Mahir Qabiloğlu "Oxu zalı"na göndərdiyi bu məqalədə Finlandiyada yaşayan araşdırmaçı yazar Güntay Gəncalpın "Nəsimidən bixəbərlər" yazısına cavab verir.
Mahir Qabiloğlu
GÜNTAY GƏNCALPA CAVAB
Azadlıq Radiosunun saytına tez-tez baxıram. Axtarış bölməsinə “Qabil” yazıram bilim ki, atam haqqında nəsə təzə bir şey yazılıb və ya deyilib?
Yəni ki xəbərim olsun.
Axtarışa “Mahir Qabiloğlu” adını vermirəm. Çünki Mahir adı Abdullayev familiyasıyla çoxdan bütün reytinqləri vurub.
Yox, yox, paxıllığım tutmur.
Bir şey düşündürür məni. Görəsən ANS-in təsis etdiyi “İlin adamı” mükafatı 2012-ci il üçün kimə veriləcək?
Nəsə mətləbdən uzaqlaşmayaq. Axtarışa verdim.
Güntay Gəncalpın Qabillə, daha doğrusu atamın “Nəsimi” poemasıyla bağlı fikirləriylə rastlaşdım.
Çox sevindim. Fikirlər mənfiydi. Amma dəxli yoxdur – məmnun idim.
Əgər həmin adam Qabili yada salıbsa, elə-belə yox 11 000 min misralıq bir poemanı oxuyub, sonra bu fikirləri söyləyibsə bu artıq özü bir müsbət haldır.
Diri yazıçıların unudulduğu, heç kimin kitabının oxunmadığı (məcazi və əsli mənada ) bir vaxtda Qabili, Bəxtiyar Vahabzadəni, xəstəliyi ucbatından evdən eşiyə çıxa bilməyən İsa Hüseynovu yada salıblarsa və onların 30-40 il bundan qabaq yazdıqları iri həcmli əsərlərə münasibət bildiriblərsə bu özü artıq yaxşı haldır.
Belə də davam edin hörmətli gənc, yaşlı, qoca yazarlar. Tanınmış və ya tanınmamış tənqidçilər. Məndən xüsusi minnətdarlıq.
Çox qəribə mövqedir, elə deyilmi? Əsaslandırıram.
Atam sağ idi. “Parni iz Baku” KVN teatrı atamı, Fikrət Qocanı və Prezident Heydər Əliyevi bir yerdə parodiya etdi.
Bəhramın məşhur “Paravoz” monoloqu yadınızdan çıxmayıb yəqin ki... Deyəcəksiniz ki, burda nə var ki, məşhur adamları elə parodiya edərlər də.
“Azadlıq” qəzetində Qan Turalının yazılarını tez-tez oxuyurdum. Hər yazısında demək olar ki, atamın adına rast gəlirdim. Nədi-nədi Heydər Əliyev atama bircə dənə ev bağışlayıb. Və yaxud da 1966-cı ildə 2003-cü ilə qədər 28 kvadrat metrlik bir evdə yaşayan Qabil prezidentdən ev istəyib. Tənqid bundan ibarət idi. Bu kimi cılız fikirlərə atam əhəmiyyət vermirdi. Çünki gündəmdə idi. Müsbət emosiya mənfini yemirdi e, bütöv udurdu.
İndi isə altı ildir ki, ölüb. Nə paravozlar püskürür, nə evlər bağışlanır, nə də kitablar çap olunur, olunsa da oxunmur. Qabil bir ad günündə yada salınır, bir də ölən günündə. Onu da mən redaktorların yadına salsam. Heç Prezident Aparatı xatirəsini əbədiləşdirməyi də prezidentin yadına salmır. Başları özlərinə qarışıb.
KVN-i elə-belə demədim. Çox hörmət bəslədiyim Bəhramı küçədə gördüm. Dedim ki, atam sağ olanda, buna ehtiyacı olmayanda, şöhrətinin pik vaxtında parodiya eləyirdin, bəs indi niyə yada salmırsınız? Cavabı mən də bilirdim: “Ölüləri parodiya etmirlər”
Yaxud da ki, Qan Turalı, finlandiyalı kimi sən də bəlkə hərdən belə şeylər yazasan?! Məsələn, deyəsən ki, “Səhv düşəndə yerimiz” plagiyatdır, zəif şeirdir, zəmanəmizlə uzlaşmır, indiki iqtisadi, siyasi inkişafımıza kölgə salır. Kadr siyasətimizlə tam ziddiyyət təşkil edir. Axı anti-reklam, daha dəqiq desək, anti-Qabil bir yazı onun reklamından güclüdür.
Finlandiyalının adi bir mənfi yazısı Qabilin “Nəsimi” poemasının heç olmasa 5-10 adam tərəfindən oxunmasına rəvac verməyəcəkmi?
Yaxud da ki, Qan Turalı, bəlkə “Səhv düşəndə yerimiz” şerinin hər hansı bir saytın epiqrafına çevrilməsinə yardımçı olasan?! Deyəcəksən mümkün deyil.
Məncə mümkündür. Çünki Qabilin “Azərbaycan əsgəri” kimi tanınan “Ümid sənədir ancaq” şerinin klipi artıq 6 ildir ki, İctimai televiziyanın efirindən düşmür. Bu əslində İTV-nin sədri İsmayıl Ömərovun vətəndaşlıq mövqeyidir.
Bir-iki kəlmə atamın “Nəsimi” poeması haqqında: Bu əsəri, mənzum romanı o, 10 ilə yazıb. Sovet dövrünün dəmir pərdələrinə baxmayaraq Nəsiminin yaşadığı və edam edildiyi Suriyaya səfər edib. Hələbdə, Dəməşqdə olub. Sara Aşurbəyli, Həmid Araslı və o dövrün məşhur ərəbşünas, ədəbiyyatşünas alimlərindən dərslər alıb. İslam dinini dərindən öyrənib. Bircə Nəsimiyə görə, finlandiyalının düşündüyü kimi yox, öz Nəsimisini yaradıb. Eləcə də Bəxtiyar Vahabzadə , İsa Hüseynov , rəssam Mikayıl Abdullayev , rəssam Nəcəfqulu öz Nəsimilərini yaratdıqları kimi. Yaxşı ki, yaradıblar. Yaratmasaydılar finlandiyalılar necə gündəmə gələ bilərdilər? Sonda KVN-ə ipucu bircə dənə parodiya:
“Nəsimini Hələbdə bircə dəfə soydular. Qabil isə Nəsimini 6 dəfə: 3 hissəli əsər ayrı-ayrılıqda kitab şəklində çap olunanda, yəni 3 dəfə ayrı-ayrılıqda qonorar alanda .Dördüncü: Əsər “Azərbaycan SSR Dövlət Mükafatı”na layiq görüləndə, yəni 2500 rubl. Beşinci: 3 hissə bir yerdə kitab halında azərbaycanca çap olunanda. Altıncı isə: mənzum roman rus dilində kitab halında çap olunanda.
Ətrafa sıçrayan xırda-mırda qan damcıları da oldu: Bu da “Azərbaycan” və ya “Ədəbiyyat və İncəsənət” qəzetindəki çaplardan gələn qonorarlar idi”.
Sonda Qabili yada salan bütün insanlara ailəmiz adından minnətdarlıq – istər finlandiyalı olsun, istərsə də azərbaycanlı.
Hörmətlə Mahir Qabiloğlu
"KVN"də şairlərin parodiyası