"Binə" ticarət mərkəzindəki aksiyada saxlananların dəqiq sayı açıqlanmır, yaxınları isə bu barədə danışmaq istəmirlər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Azadlıq Radiosuna bildirib ki, hazırda istintaq gedir və bu məsələ ilə bağlı açıqlama veriləcək.
Bakı şəhər Prokurorluğu Aksiyada saxlananlar barəsində xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə maddələri ilə cinayət işi açıb.
Aksiyada 100 nəfərin saxlandığı bildirilir.
Saxlananların yaxınlarına onların vəziyyəti və sayı barədə məlumat verilmir, onlara gətirilən yeməklər də qəbul edilmir.
Bunu vəkil Xalid Bağırov bildirib.
"Binə" Ticarət Mərkəzi hazırda işləmir. Adının çəkilməsini istəməyən satıcı AzadlıqRadiosuna bildirib ki, bu gün “20 Yanvar”a görə işləmirlər.
Amma dünəndən onlara deyilib ki, yer pulları ilə bağlı geri çəkilmə olmayacaq.
Yanvarın 19-da "Binə" ticarət mərkəzində icarə haqqının qaldırılmasına etiraz edən satıcılar Bakı-Astara yolunu bağlamağa cəhd ediblər.
Aksiya zamanı polislə satıcılar arasında qarşıdurma olub.
10 nəfər polis əməkdaşının xəsarət aldığı,bir neçə xidməti avtomobilə ziyan dəydiyi bildirilir.