Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası açılıb. Gündəlikdə Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsinə həsr olunmuş hesabat da var. Yanvarın 23-də məruzəçilər Pedro Agramunt və Joseph Debone Grekh-in hazırladığı hesabat müzakirə olunacaq. Almaniyalı deputat Christoph Strässer-in «Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar» adlı məruzəsi də 23 yanvar iclasının gündəliyində yer alır.
Yanvarın 21-də isə sessiya Azərbaycan parlamenti nümayəndə heyətinin sədri Səməd Seyidovu bir il müddətinə AŞPA vitse-prezidenti seçib. 1964-cü ildə doğulan Səməd Seyidov hakim Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. /Mediaforum/