15:26
26.1.2013
Bloqqer Emil Milli polislə yaxınlaşıb onlardan aksiyaçılara qoşulmalarını istədi. Bu zaman onu polislər saxladı. Yaxınlıqdakı avtobusa apardılar. AzadlıqRadiosunun müxbiri həmin avtobusda 30 nəfərə yaxın aksiya iştirakçısının saxlandığını xəbər verir.
15:28
26.1.2013
Avtobusda saxlananlar ərazidən uzaqlaşdırılanda, onlar «Azadlıq» şüarları səsləndirməyə başladılar. «Sahil bağı»na toplaşan adamlar da onlara həmrəylik nümayiş etdirməyə başladılar.
15:30
26.1.2013
Hüquq müdafiəçisi Məlahət Nəsibova da saxlandı. O polislərə izah etdi ki, aksiyanı müşahidə etmək üçün Naxçıvandan gəlib və o, aksiyada iştirak etmir. Amma buna polis əhəmiyyət vermədi və onu polis maşınına doğru apardılar.