16:56
26.1.2013
Aksiyaçıların 43 nəfəri Xətai rayon Polis İdarəsinin bir-neçə bölməsində saxlanır. Jurnalist Xədicə İsmayılova əvvəlcə Xətai rayon Polis İdarəsinin 1 saylı bölməsinin müvəqqəti təcridxanasına aparılsa da, sonradan onu ordan çıxararaq polis maşınına mindiriblər. Özünün verdiyi məlumata görə, ona Səbail rayon Polis İdarəsinə aparıldığını deyiblər. Onun digər saxlananlardan ayrılmasının səbəbləri barədə məlumat verilmir.
17:26
26.1.2013
Aksiyada 100-ə yaxın etirazçının saxlandığı bildirilir.
Onların Xətai, Nəsimi və Səbail rayon polis idarələrinin bölmələrində saxlandığı deyilir.
Hələ ki hüquq-mühafizə orqanlarından saxlananların sayı barədə məlumat almaq mümkün olmayıb.
Onların Xətai, Nəsimi və Səbail rayon polis idarələrinin bölmələrində saxlandığı deyilir.
Hələ ki hüquq-mühafizə orqanlarından saxlananların sayı barədə məlumat almaq mümkün olmayıb.
17:40
26.1.2013
Xətai rayon Polis İdarəsinin 37-ci bölməsindən AzadlıqRadiosuna aksiya zamanı saxlananlardan 30 nəfərin bu bölməyə gətirildiyini deyiblər:
«Onlardan 15 nəfər sorğu-sual ediləndən sonra sərbəst buraxılıb. Kimin ki, günahı yoxdur, onlar buraxılacaq. Qalanları yəqin ki, məhkəmələrə göndəriləcək».
«Onlardan 15 nəfər sorğu-sual ediləndən sonra sərbəst buraxılıb. Kimin ki, günahı yoxdur, onlar buraxılacaq. Qalanları yəqin ki, məhkəmələrə göndəriləcək».
18:15
26.1.2013