21:28
26.1.2013
21:43
26.1.2013
Səbail rayon Məhkəməsinin qərarı ilə araşdırmaçı-jurnalist Xədicə İsmayılova 400 manat cərimə olunaraq sərbəst buraxılıb.
21:44
26.1.2013
AXCP sədrinin müavini Gözəl Bayramlı aksiyanın təşkilatçısı kimi 2000 manat cərimə edilib. Şahid qismində ifadə verən polis əməkdaşı deyib ki, Gözəl Bayramlı hamını aksiyaya çağırırdı. Gözəl Bayramlı isə deyir ki, o, aksiyanın təşkilatçısı olmayıb və heç kimi də aksiyaya çağırmayıb, sadəcə iştirakçı olub, İsmayıllıda insanlara qarşı təzyiqlərə etiraz edib.
22:41
26.1.2013
Nəsimi rayon Məhkəməsindən buraxılanların bəziləri cərimə olunub. Bəzilərinə ilə bağlı proses isə təxirə salınıb. Onlara yanvarın 28-də məhkəməyə gəlmək tapşırılıb.