Heydər Əliyevin Mexikonun “Dostluq” parkından götürülmüş heykəlinin hara qoyulduğu hələlik bəlli deyil.
Həmçinin Azərbaycan rəsmiləri hələlik buna münasibət bildirməyiblər.
Rəsmi Bakı bundan əvvəl heykəlin həmin ərazidən götürülməsinin , səfirliyinin bağlanması və Azərbaycanın Meksikaya sərmayə qoyuluşunu dayandərması da daxil olmaqla, ikitərəfli münasibətlərə xələl gətirəcəyini xəbərdarlıq etmişdi.
Bu heykəl və onun ucaldıldığı parkın bir hissəsinin yenidən qurulması Azərbaycan hökumətinə 5 milyon dollara başa gəlib və parkın bu guşəsi “Meksika-Azərbaycan Dostluq Parkı” adlandırılıb.
Azərbaycan tərəfi Meksiika hökuməti ilə heykəlin 99 il həmin ərazidə qalması ilə bağlı razılaşma imzalandığını deyir.
Şəhər rəhbərliyi dünən bəyan edib ki, o Azərbaycan xalqı, onun mədəniyyəti və ənənələrinə böyük hörmətlə yanaşır və heykəlin taleyini Azərbaycan səfirliyi ilə müzakirə etməyə hazırdır.
Yerli məmurlar heykəlin şəhərin başqa rayonuna köçürülməsini təklif edirlər.
Heykələ etiraz edənlər Heydər Əliyevin hakimiyyəti dövründəki avtoritar rejimi yada salaraq bunu özlərinə təhqir sayırlar.
Meksika yazıçısı, Rəssamlar İttifaqının prezidenti və fəal Homero Aridjis deyir ki, Azərbaycan demək olar ki, Meksikada o qədər də tanınmadığına görə, heykəlin qoyulması yersizdir.
O eyni zamanda heykəlin münasib yerə köçürülməsini ən yaxşı həll yolu sayır.
Azərbaycan rəsmiləri bunun arxasında ermənilıərin durduğunu, Homero Aridjis isə meksikalıların Dağlıq Qarabağ münaqişəsində maraqlı olmadığını deyir.
Meksikanın məşvərətçi komissiyası ötən ilin noyabrında bəyan edib ki, hakimiyyət xarici hökumətdən pul götürərək, onun şəhərin ictimai yerində istədiyi siyasi xadimin heykəlini qoymasına imkan yaratmaqla səhvə yol verib.
Hazırda Heydər Əliyevin Meksika ilə yanaşı həmçinin Türkiyə, Gürcüstan, Misir, İraq, Özbəkistan, Qırğızıstan, Rusiya, Ukrayna, Serbiya , Rumınya və Moldovada heykəlləri qoyulub.