-
Xalqını sevən yazıçı çağdaş dövrümüzdə “Asfalt yuxular” kitabı yazmalıdır.
Zamin Hacı
ƏKRƏM ƏYLİSLİNİN XƏYANƏTLƏRİ
“Sıyıqla dağılan ev,
Aş bişir, viran olsun”
(Azərbaycan ata sözü)
Bildiyiniz kimi ümummilli satqınımız, “cümlə xəyanətlərə bais” yazıçı Əkrəm Əylisli bu yaxında bir cızmaqara roman yazıbdır, yazmağı cəhənnəmə, hətta Urusyətdə bir jurnalda dərc etdiribdir. Orda xalqımız, uca millətimiz, əsrlərin dərinliyindən süzülüb gələn soy-kökümüz haqda cəfəngiyat yalan-palanlar uydurmuş, dövlətçiliyimizi sarsıtmışdır. Məndə dəqiq məlumat var, bu roman çap olunmasa fevralın 1-də milli ordumuz ildırım sürətiylə Kəlbəcər üzərindən İrəvana girməliymiş. Lakin kimsə Əkrəmin o cılız romanını əsgərlər arasında yayıb, uşaqların əli-qolu soyuyub yanına düşüb. Kəşfiyyat bölüyünün komandiri ümumiyyətlə, intihar edibdir, deyib Allah kəssin belə ölkədə yaşamağı, mən Əkrəmlə bir havanı udmaq istəmirəm.
Özü də bu “kitayski Zori Balayan” Bakıda asudə yaşayır. Doğrudur, bəzi vətənpərvər gənclər deyiblər harda onu tutsaq yandıracağıq, qulağı kəsiləcək, sonra da heykəli qoyulacaq – başqalarına görk olması üçün. Bütün polislərimiz İsmayıllıda olduğundan hələlik bu hədələrin yiyələrinə qarşı tədbir görülməyib. Heç lazım da deyil! Millətin öz yazıçısına “Gəlib səni öldürərəm!” demək haqqı olmalıdır. Onda yazıçı çoxlu əsər yazır, bir qucaq mükafat alır, içində Nobel-zad olmaqla.
Mən bir vətənpərvər jurnalist kimi bu Əylislini çoxdan tanıyıram. Gəlin onun bəzi gizli xəyanətlərindən də sizi agah edim. Təəssüflər olsun, xalqımız unutqan xalqdır.
1992-ci ildə Füzuli istiqamətində ağır döyüşlər gedirdi. Tələbə idim, gedib könüllü özünümüdafiə batalyonuna qoşulmuşdum. Bir gün – yaxşı yadımdadır, isti yay günü idi, milçəklər ayranın içinə könüllü girirdi – cəbhə xəttinə balacaboy, tösmərək, yarısı yerin altında olan bir adam gəldi. Başladı bizə roman oxumağa. Romanın adı dəqiq yadımdadır: “Kür qırağının meşələri”.
Biz də nə bilək bu adam milli satqındır (hələ o vaxt ümummilli satqın olmamışdı – Z.H.), oturub diqqətlə buna qulaq asırıq. Nə təhər postdakıları yuxu tutdusa, bir də Kür qırağında, meşəlikdə oyandıq. Sən demə adam konkret tapşırıqla gəlib ki, bizi yatırtsın, erməni ordusu Kürə qədər getsin. Dəhşətdir! Sizcə o adam kim idi? Bax, həmin bu Əkrəm.
Milli duyğusu olan yazıçı nə üçün Kür qırağının meşələrindən yazsın?
Topxanada ermənilər meşəni qırdığı bir zamanda! Ar olsun!
O vaxt bunu tuta bilmədik, bərəyə minib qaçdı Kürdəmirə, ordan da Bakıya.
Tutsaq öldürərdik, uşaqlar hamısı and içmişdi. Komandirimizin göz yaşları indiyə qədər yadımdan çıxmır, o boydana kişi “Əkrəəəəəm..” deyib necə ağlayırdı.
Həmin günlərdə yanımıza Şuşada döyüşmüş bir gənc gəldi, danışdı ki, sən demə bu adam Şuşanın verilməsində də böyük xəyanətkarlıqla iştirak edibdir. Orda dolaşıb and içirmiş ki, şəhər getsə təpəmə bir güllə sıxacam, camaat da arxayın olub, şəhəri tərk eləyib. Ancaq Əkrəm nəinki təpəsinə güllə sıxıb, hətta Turşsu yoluyla gələndə axırıncı xarı-bülbül çiçəyini də tapdalayıbdır! Görün bu nə vicdansız, qansız, yarıtmaz, satqın tipdir...
Tarixi sənədlərə, arxivlərdə araşdırmalara görə, Əkrəm Əylislinin xalqa zidd fəaliyyəti hələ daha qədim dövrlərdən başlayır. Məsələn, bu adam “Ürək yaman şeydir” hekayəsinin qonorarı hesabına oğluna xaricdə villa alıbdır. Əks halda ürək niyə yaman şey olsun ki? Ürək lazımlı orqandır.
1971-1973-cü illərdə “Mozalan” satirik kinojurnalının yaradıcısı sizcə kim olub? Həmin bu Əkrəm! Xalqımıza sataşırmış, onu aşağılayırmış, istəyirmiş Qarabağı vermək üçün zəmin yaransın. Cəmşid Naxçıvanski adına liseyin yaradılmasına da uzun müddət bu adam – adam deməyə də adamın dili gəlmir – mane olubdur. Məqsədi bu olub ki, gələcəkdə milli hərbçi kadrlarımız olmasın. Təbliğ edirmiş hamı kitab yazsın, oxusun, əsgərliyə getməyə adam tapılmasın.
Get maraqlan, bu saat bütün asfaltbasan maşınlarda stolüstü kitab “Daş yuxular” romanıdır. O üzdən yollarımız it günündədir. Xalqını sevən yazıçı çağdaş dövrümüzdə “Asfalt yuxular” kitabı yazmalıdır. Bizim daş, çınqıl yollara ehtiyacımız varmı? Yoxdur.
Orta məktəblərdə müəllimlər ancaq bunun cızmaqaralarını tədris edirlər, nəticədə hər il təhsilin keyfiyyəti aşağı düşür, uşaqlar dəqiq elmləri çətinliklə mənimsəyir. Neçə min adam onun romanlarını oxuyub xəstə düşüb, İrana müalicəyə gedibdir.
Yerimiz azdır, yoxsa Əkrəm Əylislinin xəyanətləri saydıqca qurtaran şey deyildir. Sağlıq olsun. Bu adam ifşa ediləcək.
Aznews.az