Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:15

Çingiz Abdullayev rus yazıçısı Akuninə açıq məktub yazdı


Çingiz Abdullayev
Çingiz Abdullayev
-

“Əkrəm Əylislinin “Daş yuxular” romanında azərbaycanlılar barbar kimi göstərilir”.


Azərbaycan PEN-klubunun prezidenti, Yazıçılar Birliyinin sədr müavini, xalq yazıçısı Çingiz Abdullayev tanınmış rusiyalı yazıçı Boris Akuninə açıq məktub yazıb, onun Əkrəm Əylisli olayını düzgün yozmadığını bildirib.

Ç.Abdullayev yazır ki, ola bilər kənardan Ə.Əylislinin “Daş yuxular” romanı kimlərəsə cəsarətli addım kimi görünür və guya hökumət də ona təzyiq edir. Halbuki Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, ölkədə 1 milyon qaçqın, köçkün var və belə bir vaxtda həmin insanlar Ə.Əylislinin romanını oxuyur, orada azərbaycanlıların barbar kimi göstərildiyini görürlər. Ç.Abdullayev açıq məktubunda soruşur: təsəvvür edirsinizmi ki, nasist Almaniyası Sovet İttifaqına hücum edəndə hansısa sovet yazıçısı almanları müdafiə etsin, öz xalqının zorakılıq etdiyini desin.

Ç.Abdullayev Ə.Əylislini vaxtilə nasistləri dəstəkləmiş Nobel mükafatlı Norveç yazıçısı Knut Hamsunla müqayisə edib.

Qarabağ münaqişəsində hər iki tərəfdə qurbanların olduğunu, azərbaycanlıların Ermənistandan qovulduğunu, Xocalıda azərbaycanlıların vəhşicəsinə qırıldığını xatırladan Ç.Abdullayev “Daş yuxular”da konfliktə birtərəfli yanaşıldığını bildirir:

“Əgər yazıçı həqiqətən sülh istəyirsə, hər iki tərəfin ağrılarını hiss etməlidir”.

Ç.Abdullayevə görə, Ə.Əylislinin halına acımaq lazımdır, çünki ona elə gəlir ki, dahidir və onun qiymətini bilmirlər, əksinə daim təzyiq edirlər.

“Ə.Əylisli Salman Rüşdi, yaxud Orxan Pamuk roluna da yaramır, çünki kalibri kiçikdir” – deyə Ç.Abdullayev rusiyalı həmkarına yazır.

"Zerkalo"
XS
SM
MD
LG