-
Fevralın 13-də Səbail rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədova barəsində 3 aylıq həbs qərarı çıxardı. Bu həbsin cinayət işinin aşılmasından 6 ay sonra həyata keçirilməsi ortaya bir çox suallar çıxardı. Həbs niyə dərhal yox, 6 ay sonra həyata keçirildi? Daha kimlər həbs olunacaq və ya daha kimlərin tutulma ehtimalı var? Bənzər həbslər seçki prosesinə necə təsir edə bilər?
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev hesab edir ki, hakimiyyətin həbs qərarı verməməsi onu seçki ilində ciddi problemlərlə üz-üzə qoya bilərdi:
«Vəziyyət getdikcə gərginləşir, «Binə», İsmayıllı, Quba və ümumilikdə ölkədə fəallığın artması, beynəlxalq aləmdə Azərbaycana qarşı münasibətin dəyişməsi və s. məsələlər hakimiyyəti çıxılmaz vəziyyətə salmışdı. Gülər Əhmədova həbs edilməsəydi, bu o anlama gələrdi ki, hakimiyyət həmin prosesə qatılıb. Ona görə də, son anda hakimiyyət Gülər Əhmədovanı qurban vermək məcburiyyətində qaldı».
«MƏHKƏMƏ HAKİMİYYƏTİN ƏLEYHİNƏ ÇEVRİLƏ BİLƏR»
İntiqam Əliyevə görə, sabiq deputatın həbsi heç də onun tam zərərsizləşdirilməsi anlamına gəlmir. Onun fikrincə, Gülər Əhmədova məhkəmə prosesində ortaya ciddi faktlar çıxara, müxtəlif adlar çəkə bilər. Bu baxımdan o düşünür ki, Gülər Əhmədovanın məhkəmə çəkişməsinin hakimiyyətin özünün mühakiməsinə çevrilmə ehtimalı var:
«İstəsək də, istəməsək də, Elşad Abdullayevin yaydığı o videolarda adları çəkilən şəxslər, o cümlədən seçki prosesində baş verən özbaşınalıqlar müzakirə mövzusu olacaq. Gülər Əhmədova bu sistemin bir vinti idi, daha əhəmiyyətli fiqurlar var və onlar həbs olunmadan ədalətin bərpa olunmasını söyləmək çətindir».
İntiqam Əliyev həbslərin sürəcəyinin gözlənilən olduğunu desə də, Elşad Abdullayevin yaydığı videolarda adı daha çox çəkilən Ramiz Mehdiyevin həbs ediləcəyinə o qədər də inanmır:
«Ramiz Mehdiyevin qurban verilməsi sistemə ciddi zərbə ola bilər. Amma təcrübə göstərir ki, hakimiyyət çox ciddi təhlükə qarşısında qalanda, ən əhəmiyyətli fiqurları belə qurban verə bilir. Mənə görə, bu ehtimal, zəif də olsa, var. Vəziyyət belə davam etsə, kimlərsə qurban veriləcək».
YAP HƏBSİ SİYASİLƏŞDİRMƏYİN ƏLEYHİNƏDİR
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov «Media Forum» saytına müsahibəsində Gülər Əhmədovanın gec həbs olunmasının səbəbini istintaqın gedişinə bağlayıb:
«Xeyli müddətdir istintaq, araşdırma gedirdi. Yəqin ki, hüquq-mühafizə orqanları indi məqbul sayıb, Gülər Əhmədovanın həbsinə qərar veriblər. Bu, siyasi deyil, hüquqi məsələdir. Ötən ilin sentyabr ayından istintaq gedir. Altı ay davam edən araşdırmalardan, faktlara, videolara baxılandan, ekspertiza rəyləri alınandan sonra belə bir addım atılıb».
«HAKİMİYYƏT... GÖZƏ KÜL ÜFÜRMƏK İSTƏYİR»
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, kim nə desə də, Gülər Əhmədovanın işini siyasi məsələ sayır və həbslərin sürəcəyini ehtimal edir. Müsavat funksionerinə görə, açılan cinayət işi və deputat seçilmək üçün Elşad Abdullayevdən 1 milyon dolların alınması barədə Baş Prokurorluğun yaydığı son məlumatda məsələnin siyasi xarakteri açığa çıxır:
«Hakimiyyət ola bilsin ki, bu məsələdən ildırımötürücü kimi istifadə etmək, cəmiyyətdə yaranan nifrət və qəzəbi bir qədər səngitmək istəyir. İlham Əliyevin son çıxışı, korrupsiya ilə, azğınlıqla məşğul olan məmurlara xəbərdarlıq etməsi hakimiyyətin bütün məsələlərdən yetərincə xəbərdar olduğunu sübut edir. Bununla cəmiyyətdə insanları narahat edən problemlərin yuxarıdan həll olunmasının mümkünlüyü barədə aldanış yaratmaq, cəmiyyətin gözünə kül üfürmək istəyirlər».
HƏBSLƏR DAVAMLI OLA BİLƏR
Arif Hacılı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı olmadan Gülər Əhmədova işinin araşdırılmasını mümkün saymır.
Hüquqşünas Müzəffər Baxış Gülər Əhmədovanın həbsini icra başçıları ilə görüşdə prezidentin çıxışı ilə əlaqələndirir. O, bu həbslərin davam edəcəyini düşünür.