19:59
18.2.2013
POZUNTULAR
Armenia Today saytı gün ərzində pozuntular haqda bütün seçki məntəqlərindən gələn məlumatları yerləşdirirdi:
“Vanadzorda 30/11 və 30/12 saylı seçki məntəqlərinin qabağında iki oğlan dayanıb, gələn seçiciləri istiqamətləndirirlər.”
“29/18 saylı məntəqəyə seçiciləri mikroavtobusla daşıyırlar ( Dövlət nişanı – 0696 L)”
“29/29 saylı məntəqəyə Niva markalı avtomobil (Dövlət nişanı - 413LO 902) mütəmadi olaraq seçici daşıyıb”

19:31
18.2.2013
"ANTİERMƏNİ İŞ TƏRZİ"
Prezidentliyə namizəd Raffi Hovannisian səs verəndən sonra prezidentə və əsas rəqibinə müraciət edib:
“rüşvətlər, təhdidlər, dəfələrlə səs vermək məlumatları fonunda mən axırıncı dəfə Sarkisiana müraciət edirəm ki, öz tabeliyində olan qərargah rəislərini, qubernatorları, kənd administrasiyaları başçılarını, merləri bu antierməni, antikonstitusion, antixalq iş tərzindən çəkindirsin”.
Seçki kampaniyası haqda isə Hovannisian deyib ki, seçkiqabağaı kampaniya bərabər rəqabət şəraitində keçmədi. Ədalətsizliklə bağlı sistemli problemlər var.

18:54
18.2.2013
"TUTULACAĞINA DAHA ƏMİN DEYİL"
Qəhrəmanlıq dastanları üzrə ekspert Sedrakyan səs verəndən sonra deyib ki, qələbəni gözləyir. “Əlbəttə öz qələbəmi”.
Ondan soruşublar ki, seçkilər ədalətli oldumu?
O cavab verib ki, “ədalət nisbi anlayışdır : adamlar pulu alıb, sonra həmin namizədə səs verirlərsə, bu da ədalətlidir. Seçkilərdə ədalət nisbi anlayışdır.”
Sedrakyan bu günlərdə demişdi ki, seçkidən sonra onu tutacaqlar, çünki Hairikiana güllə atanlar onun yanında işləmiş adamlardır.
İndi isə Sedrakian deyib ki, həbs olunacağına əmin deyil: “uzaqbaşı bir-iki sual yarana bilər. Ola bilər, dəvət etsinlər. Ancaq inanmıram...”

18:18
18.2.2013
238 POZUNTU
Azadlıq Radiosunun Erməni Xidmətinin məlumatına görə, Ermənistanın yerli Iditord.org saytında saat 17:00-a pozuntular haqda 238 məlumat yerləşdirilib.
Onlardan 20-si seçki siyahılarına, 66-sı rüşvətə və təzyiqlərə, 57-si təbliğat pozuntusuna, 52-si səsvermə proseduru pozuntusuna, 19-u- seçki günü ictimai qayda-qanun pozunsuna aiddir.