Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:46
Ermənistan prezident seçir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Ermənistan prezident seçir

Sarkisian 2-ci dəfə prezident seçilir

Ermənistanda seçki başa çatıb. «Exit-poll»un nəticələrinə əsasən, hazırkı prezident S.Sarkisian səslərin 58 faizini toplayır. (Ermənistanda səsvermənin gedişi haqda xronoloji reportaj)

18:54 18.2.2013
"TUTULACAĞINA DAHA ƏMİN DEYİL"

Qəhrəmanlıq dastanları üzrə ekspert Sedrakyan səs verəndən sonra deyib ki, qələbəni gözləyir. “Əlbəttə öz qələbəmi”.

Ondan soruşublar ki, seçkilər ədalətli oldumu?

O cavab verib ki, “ədalət nisbi anlayışdır : adamlar pulu alıb, sonra həmin namizədə səs verirlərsə, bu da ədalətlidir. Seçkilərdə ədalət nisbi anlayışdır.”

Sedrakyan bu günlərdə demişdi ki, seçkidən sonra onu tutacaqlar, çünki Hairikiana güllə atanlar onun yanında işləmiş adamlardır.
İndi isə Sedrakian deyib ki, həbs olunacağına əmin deyil: “uzaqbaşı bir-iki sual yarana bilər. Ola bilər, dəvət etsinlər. Ancaq inanmıram...”

Vardan Sedrakian
Vardan Sedrakian
19:31 18.2.2013
"ANTİERMƏNİ İŞ TƏRZİ"

Prezidentliyə namizəd Raffi Hovannisian səs verəndən sonra prezidentə və əsas rəqibinə müraciət edib:
“rüşvətlər, təhdidlər, dəfələrlə səs vermək məlumatları fonunda mən axırıncı dəfə Sarkisiana müraciət edirəm ki, öz tabeliyində olan qərargah rəislərini, qubernatorları, kənd administrasiyaları başçılarını, merləri bu antierməni, antikonstitusion, antixalq iş tərzindən çəkindirsin”.

Seçki kampaniyası haqda isə Hovannisian deyib ki, seçkiqabağaı kampaniya bərabər rəqabət şəraitində keçmədi. Ədalətsizliklə bağlı sistemli problemlər var.


Raffi Hovannisian Yerevan 18 fevral 2013
Raffi Hovannisian Yerevan 18 fevral 2013
19:59 18.2.2013
POZUNTULAR

Armenia Today saytı gün ərzində pozuntular haqda bütün seçki məntəqlərindən gələn məlumatları yerləşdirirdi:
“Vanadzorda 30/11 və 30/12 saylı seçki məntəqlərinin qabağında iki oğlan dayanıb, gələn seçiciləri istiqamətləndirirlər.”
“29/18 saylı məntəqəyə seçiciləri mikroavtobusla daşıyırlar ( Dövlət nişanı – 0696 L)”
“29/29 saylı məntəqəyə Niva markalı avtomobil (Dövlət nişanı - 413LO 902) mütəmadi olaraq seçici daşıyıb”
20:26 18.2.2013
EXIT-POLL: SARKİSİAN 58 FAİZLƏ QƏLƏBƏ QAZANIR

Yerli vaxtla saat 20:00-da Ermənistanda seçki başa çatıb.

Mediamax xəbər verir ki, The Gallup Organization –un 122 məntəqədə keçirdiyi exit-pollun nəticələrinə görə. seçicilərin verdiyi səslər belə bölünür

Sarkisian – 58 %
Hovannisian -32 %
Hairikian – 3 %
Bagratian – 3 %

Qalanlar - hərəyə 1 faiz.
Seçkinin ilkin nəticələri bir neçə saata bilinməlidir.

Azərbaycan politoloqları Ermənistan seçkilərini şərh edirlər.

Vəfa Quluzadə deyir ki, münaqişənin həlli Rusiyadan asılıdır. Rusiyada hakimiyyət dəyişməsə, münaqişə həll olunmayacaq. Mübariz Əhmədoğlunun fikrincə, Sarkisian istəsə, Dağlıq Qarabağla bağlı radikal addım ata bilər: AzadliqRadiosunun Kontekst proqramında OXU
və ya burada dinlə


Davamı

XS
SM
MD
LG