-
Qarabağ və Qərbi Azərbaycan qaçqınlarının “tipikləşdirilmiş” obrazlarına diqqət edin: vəhşi və qaraguruh, qatil gənclər, əxlaqsız və pulgir baksovet məmuru...
Bəli, Ə.Əylisli “Daş yuxular”da ermənilərin bütün dünyaya yaydıqları “tarix”lərinə xüsusi bir rəng qatır, dəstək verir.
Əkrəm Əylisliyə hərəmiz bir daş atdıq...Layiq olan da olmayan da bu daşlara əl atdı. Bu daşlar da bizi ağrıdır. Əkrəm Əylisli bizi bağışlasın... Biz onu “Daş yuxular”a görə bağışlaya bilmədik...
Tənqidçi İradə Musayeva bu məqaləsi ilə yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanının "Oxu zalı"nda başlanan müzakirəsinə qoşulur.
Iradə Musayeva
DAŞ YAĞIŞI ALTINDA DÜŞÜNCƏLƏR...
90-cı illərdə-torpaqlarımızın dalbadal işğalı zamanı qanlı-qadalı səhnələri əks etdirən fotolar yayımlanırdı. Bu şəkillərdən biri hec yadımdan cıxmır: cüssəli bir kişinin ayağının altında kəsilmiş saqqallı bir baş dayanmışdı. Baş çox böyük görünürdü. Yəqin kəsilən zaman qorxudan və ağrıdan şişmişdi. Bu başın gah erməni, gah da azərbaycanlıya məxsus olduğunu yazırdılar. O zaman ev-eşiklərindən didərgin düşmüş həmyerlilərimin bu şəkildəki başın sahibi üçün kövrəldiklərini unuda bilmirəm. Əlini belinə qoyub dabanının altında top kimi oynatdığı başla şəkil çəkdirən adamın içindəki şeytanın vahiməsindən və qələbəsindən diksinmişdilər. Bu duyğunun adı “insanlıq”, “humanizm” və “Allahını tanıma” idi. Bu ali dəyərlərin “Daş yuxular” romanındakı əksi necə səslənir?...
Vallah, bu məmləkətdə yaşamaq darıxdırıcı deyil. Kim ki buranı maraqsız və ürəkbulandırıcı məkan hesab edib xaricə qaçır - yanılır.
Ən azından gizli videoçəkiliş serialları, qəsəbə, kənd üsyanları, müğənni güzəranının “şok xəbərləri”, başımızdan yağış kimi yağan “bıçaqlandı”, “zorlandı”,” yandırıldı”, “sındırıldı” kriminalları həyatımıza rəng qatır.
Və həm də əmin-amanlıqdayıq, ona görə ki, istənilən vaxt “ayağa qalxan” xalqımız, pəncərə sındıran, kitab, şəkil yandıran, əlindəki şüara “Ar olsun!” yoxsa “Var olsun! ” nidasının yazıldığının fərqində olmayan “operativ və vicdanlı” gəncliyimiz var. (Ə. Əylisli ilə bağlı aksiyada yanındakından “ə, əsərin adı nə idi?” - deyə soruşan oğlan da bu ” intellektli operativlər” sırasında idi...)
Ə. Əylislinin “Daş yuxular” romanı ədəbiyyat məsələsi olmasına, baxmayaraq, sosial, siyasi, ictimai və rəsmi qurumlardan püskürən hay-harayın fonunda hələ ki, ciddi ədəbi müzakirə və təhlil dairəsinə daxil ola bilməmişik.
Odur ki, “Drujba narodov” jurnalında çap edilən “Daş yuxular” romanını bədii ədəbiyyat nümunəsi kimi oxumaq və təhlil etmək qərarına gəldik.
***
Xüsusi bədii təfəkkür və fərqli idrak hadisəsi, hətta dördüncü ədəbi növ kimi səciyyələndirilən roman janrı haqqında günümüzdə xeyli mübahisəli məqamların yarandığı bir vaxtda “Daş yuxular” ədəbiyyat aləminə top atdı - hər iki mənada: həm “gülləbaran” mənasında, həm də ortalıqda oynadıb baş qatmaq üçün...
Məlum nəzəriyyələri yada salsaq, cəmiyyət romanı öz güzgüsü hesab edir və özü haqqında özünə gizli qalan məsələləri məhz çox zaman romanlarından öyrənir.
Milli hesab olunan problemlərin inikasını məhəlli yox, bəşəri kontekstdə əks etdirməyə çalışanda, hamının gördüyündən artıq görmək istəyəndə isə onun (cəmiyyətin, millətin) yazıçısı ilə oxucusu arasında çox vaxt anlaşılmazlıq, hətta bəzi cəmiyyətlərdə total hücum barbarlığı ilə müşayət edilən qalmaqal yaranır.
“Erməni-azərbaycanlı davası” adlı tarixi düşmənçiliyin dostluğa çevrilmə xronologiyasındakı ədəbi-bədii jestləri xatırlayanda C.Cabbarlı, C.Məmmədquluzadə, N.Nərimanov və onlarla digər müəlliflər yada düşür.
Bu əsərlərdə erməni-azərbaycanlı davasında kənardan qızışdırılan, bir-birindən od alan vəhşiliklərin ortasından böyük hərflərlə yazılan bir i n s a n v ə i n s a n l ı q obrazı boylanır. Bir çox əsərlərdən fərqli olaraq (“Əsli və Kərəm”, “Bahadır və Sona”) “Daş yuxular”ın ideyası cins sevgisi üzərində yox, insan sevgisi üzərində qurulub. Amma ...
Dədə-baba torpaqlarından qovulan və Nuvariş Qarabağlının dilindən “yerazlar” kimi təqdim edilən (bu ifadəni ilk dəfə Ə.Əylisli işlətməyib) azərbaycanlı gənc oğlanların hovuzda qəddarlıqla öldürdüyü qoca ermənini xilas etmək üçün həyatını təhlükədə qoyan Saday Sadıqlı (Sadıq - müəllifin daimi qəhrəmanı) vağzalda yandırılan erməni qadınına da eyni dərəcədə sarsılır. Inanmaq istəyərik ki, erməniləri sevdiyinə görə yox, insanlığı yüksək qiymətləndirdiyinə və hər kəsin içində bunu görməyi arzuladığına görə...
Əsər boyu erməni hücumuna qarşılıq olaraq evlərindən çıxarılan ermənilərin ruhları, nəfsləri o evlərə sahib çıxan insanları incidir.
Bakıda teatr işçisi Qreta Sarkisovanın evi göz dağı və haram yuvası kimi, Əylisdə dağıdılan kilsələrin, erməni evlərinin divarlarından əks-səda verən iniltilərin təsviri Azərbaycan insanının əzabı kimi simvollaşdırılır.
Və bu məqamlarda hər kəsin, xüsusilə də erməni oxucusunun qarşısına tarixi bir sual çıxır: Bəs sizi? Qarabağdan, qədim İrəvan torpaqlarından qovulan, zorla çıxardılan, işgəncələrə, vəhşi təcavüzlərə məruz qalan azərbaycanlıların ah-naləsi, dağıdılan, odlara qalanan, talanan ev-ocaqların ruhu necə, sizi incidirmi? Incidir və sarsıdırsa, deməli, o tərəfdən də bir insanlıq boylanacaq, bitməyən düşmənçilik ehtirasını öldürəcək.
Yox əgər, əksinə düşünüləcəksə - bu etiraf kimi qəbul olunacaqsa, onda, şeytanın dəyirman daşını fırladan mənfur erməni obrazı yenidən peyda olacaq. Düşünək ki, müəllif bu daşlaşmış münaqişəyə rəsmi-siyasi, tarixi aspektdən deyil, təbii ki, bədii-estetik və mənəvi yöndən yanaşır, erməni yazıçılarına adekvat addım atmaq şansı təklif edir.
Bakıda hər gecəsini Əylis yuxuları ilə baş-başa qalan Saday Sadıqlı həyatını Əylis kişiləri, qadınları, uşaqları ilə bahəm yaşayır.
Bunların içərisində iki erməni qadını - Haykanuş və Aniko da var. Bir-birini sevən, bir-birinə yardım edən, bir-birinin kilsəsinə, məscidinə, adət-ənənəsinə hörmət edən bu insanlarla bağlı xatirələr onu keçmişdən və Əylisdən qopmağa qoymur. Hər səhər onların səsinə, qışqırığına oyanır.
Bu hal artıq onda xəstəliyə çevrilmişdi. Arvadı Azadə xanım onu heç bir təsəlli ilə sakitləşdirə bilmir, özünü bütün günahların səbəbkarı kimi hiss edən Saday Sadıqlının vəziyyəti gün-gündən pisləşir, ruhundan dara çəkilmiş kimi yaşayır. Artıq dözə bilməyən Azadə xanım atasından xahiş edir ki, Sadayla söhbət etsin və onun durumunu aydınlaşdırsın. Doktor Abasəliyev psixiatr olduğu üçün kürəkəninin halını gözəl anlayırdı, ancaq qızını sakitləşdirmək üçün deyir:
“- Bu kriptomneziyadır, - bütün emosional insanlarda bu hal baş verir.”
Saday Sadıqlının psixoloji durumunun ən ağrılı məqamında içindən dəli bir istək keçir: onu sıxan, incidən məsələlərdən, xüsusilə, Əylis ermənilərinin möcüzəli yaradıcılıq qabiliyyətindən, əməksevərliyindən, Allaha sonsuz inamından Mopassan Mirələmova danışsın (halbuki Mirələmov onun heç sevmədiyi bir tip idi).
Ancaq başa düşdü ki, Əylisdə doğulmayan, Ədif bəyin qara atı, qəssab Məmmədağanın iti xəncəri haqqında heç nə eşitməyən, bir dəfə də olsun kilsələrin üstündə sarı-cöhrayı işığın necə gizli-gizli parıldadığını görməyən insana bunları danışmağın mənası yoxdur, yaxşısı budur Mopassan Mirələmovla konyak içsin, konfetlər haqqında xoş sözlər söyləsin. həm də ürəyində fikirləşdi ki, hərdən həyatından cixmaq, hərdənbir içmək necə yaxşıymış. Tənhalıq ,təklik ölümdən də betərmiş...
“Don Kixot” Saday Sadıqlının ən sevimli əsəridir. Nuvariş Qarabağlı deyir: “Bu adam “Don Kixot”u yüz dəfə oxuyub. Servantes onun ən xoşladığı yazıçısıdır. Bizimkilərdənsə Mirzə Fətəli Axundovu yüksək dəyərləndirir. Həyatındasa bircə bütü var, o da qaynatasıdır - Doktor Abasəliyev. Bir də bir kəndçisi var, Haykanuş adlı erməni qadın, onun haqqında həmişə məhəbbətlə danışır”.
Nuraviş Qarabağlı da Saday Sadıqlı kimi əzab və qarabasmalar işərisində çırpınır.(Onunla bir binada yaşayan teatr işçisi Qreta Sarkisovnanın Şuşa qaçqını Şahqacar Ərmağanov tərəfindən faciəli şəkildə öldürülməsini öz ayağına yazılan günah kimi qəbul edir.) Hər ikisinin uğursuz şəxsi həyatı onları qəti narahat etmir, ancaq incidilmiş, öldürülmüş ermənilərin lənətinə düçar olmuş bədbəxtlər kimi bədəl ödəyirlər...
Nuraviş Qarabağlı yuxu görür: “Nə ev, nə ağac, dünyada qan gölməçəsindən başqa heç nə yoxdur. Qreta Sarkisovna yumurtadan təzəcə çıxıb suya tələsən tısbağa balası kimi öz qan gölməçəsinə doğru sürünürdü. Onun ölü, eyni zamanda canlı, dərisi soyulmuş çılpaq bədəni o qədər çirkin və qorxulu idi ki, bəlkə də dünya yaranandan bəri heç kim belə dəhşətli mənzərə görməmişdi. Nuraviş heç cür ölə bilməyən bu ölü qadından qaçmağa çalışırdı. Lakin onda heç nə alınmırdı, o bir qarış olsun geri çəkilə bilmirdi, bütün bədəni sanki əridilmiş qurğuşunla doldurulmuşdu”.
Əsərdə hətta doktor Abasəliyev, doktor Fərzani və bütün Əylis xəstələri, dəliləri, “cinni”ləri əzabkeş erməni ruhu qarşısında suçlu-suçlu dolaşırlar. Abasəliyev ölüm yatağında olan kürəkəni Saday Sadıqlıya XVII əsrdə yaşamış erməni taciri Əylisli Zəkəriyyənin “gündəliy”ini oxuyur. Abasəliyev də Saday Sadıqlı kimi erməni həqiqətlərinin tarixini araşdırır və rəvayət, əfsanə “gündəlik” şəklində olsa belə bütün varlıqları və zehniyyətləri ilə bu “tarix”ə inanmaq istəyirlər...
Romanda Azərbaycan insanına, cəmiyyətinə, mühitinə nifrət və ikrah hissi qəhrəmanının dililə “mənim nəslimdə erməni qanı yoxdur, amma nədənsə, getdikcə içimdə bir adsız ermənini gəzdirdiyimi, daha doğrusu gizlətdiyimi hiss edirəm” - deyən müəllifin özünüifadəsinin bədii inikasında –xatırlanan hər hadisədə, hər dioloqda sərgilənir.
Doktor Fərzani pəncərədən Azərbaycana baxır: adamlar küçələrdə sürü halında gəzir, ibtidai insanların ov mərasimində olduğu kimi qışqırırlar: Qa-ra-bağ, A-zad-lıq, İs-teh-fa, Sən ermənisən və s.
Bəli, Ə.Əylisli “Daş yuxular”da ermənilərin bütün dünyaya yaydıqları “tarix”lərinə xüsusi bir rəng qatır, dəstək verir. “Əylisdə 12 erməni kilsəsi olub”-bu bəyanatı heç bir bədiilik, təxəyyül, yazıçı düşüncəsinin azad ilham quşuna bağışlamaq , ədəbiyyatşünaslıq termini örtüyünə bükmək olmur, nə etsən də tarix assosiasiyası yaradır.
Halbuki, Türkmənçay müqaviləsi ilə Azərbaycan iki yerə ayrıldıqdan sonra çarizm siyasi mülahizələri əsas tutaraq Şimali Azərbaycanda nəinki müsəlman ruhanilərinin, hətta alban katolikosluğunun hüqüqlarını məhdudlaşdırmışdı. Bu zaman erməni ruhani başçılarının cəhdləri nəticəsində çar hökuməti (1836-cı ildə) rəsmi olaraq alban katolikosluğunu ləğv etdi.
“...qaldı ki, vənglərin erməni kilsəsi kimi verilməsinə... Bölgəmizdəki bir çox vənglərin tarixi ermənilərin bu coğrafiyaya gəlişindən onlarla əsr qədimlərə gedir. Albanlar dövründə Azərbaycanda yaşayan insanların əsas inancı xristianlıq olub və əlbəttə ki, kilsələr inşa edilib. Bu gün Azərbaycan coğrafiyasının fərqli yerlərində bir çox qədim kilsə mövcuddur. Azərbaycan əhalisi İslam dinini qəbul etdikdən sonra kilsələr boş qalıb .Özəllikıə ermənilər Qafqaza köçürülməyə başlandıqdan sonra isə bu kilsələrdən bəzilərini özlərininkiləşdiriblər. Yəni erməni kilsəsi kimi istifadə ediblər.” (R.Sadiqov-tarix elmləri namizədi)
Onu da qeyd edək ki, Qarabağda və işğal olunmuş ətraf rayonlarda 1992-ci ildən sonra xeyli kilsə inşa edilib və ya alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu alıb. “Şuşa şəhərində 3, Şuşa Laçın yolunda Fətiş bulağı deyilən ərazidə 1, Şuşa Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsi inşa ediblər.
Bundan başqa Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarının ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu verilib” (Faiq İsmayılov- Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri)
Xalq yazıçısı ilə Qarabağ insanlarının arasında nə qədər ölçüyəgəlməz məsafə var ki, Əkrəm Əylisli xüsusi bir nifrət ilə onların hələ də yerdə qalan qanının üstündən belə biganəliklə keçdi...

Buna müqabil olaraq işıqlı erməni surətləri yaradılıb. Saday Sadıqlının uşaqlıq dostu, erkən yaşlarından kimsəsiz qalan Camal Əylisdən Bakıya, Sadayın işlədiyi teatra gəlir, kənddəki hadisələrdən danışır, söhbət əsnasında erməniləri pisləyir. Saday isə həmin anlarda aylarla çimmədiyinə görə iy verib iylənən balaca Camalı kilsənin həyətində mis qazanda su qaynadib çimizdirən Haykanuşu xatirlayır.
O zaman Camalın başının bitini təmizləyən Haykanuşa müsəlman (yazar əsər boyu“azərbaycanlı” yox, məhz “müsəlman” ifadəsini təsadüfən işlətmir. Dinlərin və dini mənsubiyyətlilərin müqayisəsi ilə yanaşı “müsəlman” deyə ümumiləşddirdiyi insanların milli kimliyini naməlum saxlayir-İ.M.) qadınlardan biri demişdi ki, Allah sənin Yerevandakı tək oğlunu saxlasın, ay Haykanuş, sən bizim Əylis arvadlarından ən ürəyiyumşağısan. Erməni olsan da, Allahı çox sevirsən... Onda kilsə həyətinin bir küncündə oturub qorxu və heyrətlə Camalın başını yuyub təmizləyən nənəsini izləyən Lusik gözlərindən gizli-gizli yaş axıtmışdı. Camalın da gözlərində yaş parıldamışdı, elə baxmışdı ki, elə bil dünyanı birinci dəfə idi görürdü.
Biz Əkrəm Əylislidən ermənidən və ya azərbaycanlıdan deyil, bunların düyünlənib qalmış konfliktinin fövqündə dayanan insandan və insanlıqdan yazmasını istəyərdik . Məsələn, Fransanın məşhur kotolik roman ustası, “insan ruhunun dərinliklərinə endiyinə görə və həyatın faciələrini böyük ustalıqla təsvir etdiyinə görə “Nobel mükafatı alan Fransua Şarl Moriakın yazdığı insanlıqdan.
O deyirdi ki, insanlıq tam yox olmasa da, ağır yaralıdır, mən bu yaralıdan və yaralardan yazıram. Təbii ki, yazıçı oxucularının diktəsi ilə işləmir, ancaq unutmayaq ki, oxucunun “boyük “və “sevimli” - deyə ürəyində gəzdirdiyi qələm adamına etibar etdiyi çox əmanətlər var ki, ona qarşı xəyanət görəndə o da dillənir. Necə ki biz – daşlaşmış atəşkəs müqaviləsi ilə atəş altında yatızdırılmış məcburi köçkünlər tapdanmış heysiyyatımızın, didərgin düşmüş ruhumuzun ifadəsini yazıçılarımıza əmanət etdik, onlar da ya “indeyski” ssenari, “boyevoy kino” pafosu , ya da beləcə arxadan zərbə (“Daş yuxular”) xəyanəti və istehzası ilə bizə güldülər... (Doğrudan da Qarabağin bəxti gətirmir, heç olmasa ədəbiyyatda...)
Romanda ermənilər və ermənipərəstlər var. Saday deyir: “pis erməni deyil, pis bizik”. O, kilsəyə getmək, xristianlığı qəbul edib həmşəlik orada qalmaq və müsəlmanların ermənilərə etdikləri pisliklərə görə Allaha yalvarıb onları bağışlatmaq istəyir.
Maraqlıdır ki, müəllif işğal olunmuş torpaqları deyil, əlimizdə olan hissəni - Əylis kəndini ermənilərə şamil edir, bəlkə nişan verir? Abasəliyev qızı Azadə xanıma deyir: Azya, bu insan (erməni taciri Zəkəriyyə Aqulisli -İ.M.) Əylisi necə sevirmiş... Mən sadəcə heyrətlənirəm: gör erməni üçün Əylis nə deməkdir?
Əkrəm Əylisli o Əylisdən danışır ki, orta əsrlərdə yol ustundə yerləşdiyinə və əhəmiyyətli ticarət məntəqəsi olmasına görə, İstanbuldan gələn tacirlər oranı “Bala İstanbul” adlandırırdı. XVI əsrdə Azərbaycanın şəhərlərindən biri olmuş Əylis haqqında tarixçilərin tədqiqatlarında oxuyuruq: “Ordubad rayonunda Aşağı Əylis və Yuxarı Əylis adlı iki kənd vardır.Bu adlar 1590-cı ildə Əylis və Səhrayi-Əylis kəndi, 1727 və 1728-ci illərdə isə Aşağı və Yuxarı Əylis adları ilə qeydə alınmışdır... Əylisin qədim sakinləri buranı “Ağ Ulus” adlandırmışlar. “Ağ” sözü bu gün də dilimizdə qalan rəng mənasında izah oluna bilər “ “Ulus” sözünün isə hələ qədim türk mənbələrində şəhər mənasında işlənməsi hamıya məlumdur.”(A.Bağırov)
“Ulus” sözü şəhər mənasında “Orxan-Yenisey” abidələrində də işlədilib...
Tarixçilərin və dilçilərin orta əsrlər qaynaqlarına əsaslanan tarixi və etimoloji izahlarının dərinliklərinə baş vurmadan da Əylis haqqında erməni Zəkəriyyə Əylislinin “Gündəliyi”ndə yazılanlara boş vermək olar.
Elə “Daş yuxular”da yazılanlara da...
Amma bu haqq-hesabda (sevdik-unutduq, inandiq-aldandıq, təltiflədik-sonra medallarını söküb düşmən elan etdik və s.) ədəbiyyatımıza ağır və üzüntülü bir itki üz verdi...
Azərbaycan ədəbiyyatı üçün 50 ilə yaxın qələm işlətmiş, çox dəyərli əsərləri, bədii tərcümələri (tələbə vaxtı Ç.Aytmatovun “Əlvida Gülsarı” əsərini oxuyanda anlamışdım ki, məni ağladan təkcə Aytmatovun süjeti yox, həm də Əkrəm Əylislinin Azərbaycan dilidir...) və “Azərbaycan” jurnalındakı əvəzolunmaz xidmətlərinə görə böyuklüyündən keçə bilmədiyimiz Əkrəm Əylisliyə hərəmiz bir daş atdıq...
Layiq olan da, olmayan da bu daşlara əl atdı. Bu daşlar da bizi ağrıdır.
Əkrəm Əylisli bizi bağışlasın... Biz onu “Daş yuxular”a görə bağışlaya bilmədik...
08-02-13