Ermənistanda fevralın 18-də keçirilmiş prezident seçkisinin qalibi elan edilmiş indiki prezident Serzh Sarkisian seçkidə əsas rəqibi olan Raffi Hovannisian-la görüşüb. Görüş fevralın 21-də Prezident Sarayında baş tutub. Seçkinin nəticələrinin saxtalaşdırıldığını deyən Hovannisian-ın tərəfdarları iki gündür paytaxt Yerevanda etiraz aksiyaları keçirirlər. Elan olunan ilkin nəticələrə görə Sarkisian seçkidə 58, Hovannisian isə 36 faiz səs toplayıb.
Serzh Sarkisian prezident seçkisində rəqibi olmuş müxalifət lideri ilə görüşür
Bölmələr
- Siyasət
- Sosial
- İqtisadiyyat
- Azərbaycan-Ermənistan münaqişəsi
- Dünya
- Radio: Qaynar xətt
- İslam və demokratiya
- Insan haqları
- İdman