-
Fevralın 22-də Milli Məclis «Dini etiqad azadlığı haqqında» qanunun 22-ci maddəsinə dəyişiklikləri qəbul etdi.
Həmin maddədə dini təyinatlı ədəbiyyatdan (kağız və elektron daşıyıcılarda), audio və videomateriallardan, mal və məmulatlardan, dini məzmunlu başqa məlumat və materiallardan bəhs olunur.
Dəyişikliyə görə, vətəndaşlar və dini qurumlar sözügedən materialları müvafiq icra hakimiyyəti orqanının verdiyi nəzarət markası ilə, istədikləri dildə əldə edə və yararlana bilərlər.
Bundan başqa, dini qurumlar, digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığını alandan sonra həmin materialları istehsal, idxal, ixrac edə bilərlər. Onları markalandıqdan sonra sərbəst yaya bilərlər.
Nəzarət markası olan materiallar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrində satılmalıdır.
«MƏHDUDİYYƏTLƏRİN TƏTBİQİ BAŞA DÜŞÜLMÜR»
Qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa dəyişiklikdən müəyyən narazılığını dilə gətirdi:
«Dini ədəbiyyatda ekstremizm təbliğ olunmursa, qanunsuz satış yoxdursa, məhdudiyyətlərin tətbiqi başa düşülmür. Bəli, dini ədəbiyyatın ixtisaslaşmış məntəqələrdə satılması başadüşüləndir. Ancaq kimsə Həccə gedib, ordan beş əşya gətirib öz yaxın adamına verərsə, niyə məsuliyyət daşımalıdır? Deməli, kimsə dini ədəbiyyatı və ya əşyanı birinə vermək istəyirsə, müvafiq icra hakimiyyətinə göndərməlidir ki, üstünə nəzarət markası yapışdırılsın? Belə olmaz».
Qüdrət Həsənquliyev deputat həmkarı ilə razılaşmadı:
«Azərbaycan saqqallı və saqqalsız mollalarla dolub. İndi gözləməliyik ki, ekstremizm ölkədə yayılsın, sonra ona qarşı mübarizə aparılsın?».
«QANUN İŞLƏMƏYƏCƏK»
Deputat Zahid Oruc da din məsələsinə duyarlı yanaşmağın anlaşılan olduğunu vurğuladı :
«Kompüter, internet ən ucqarlara gedib çıxır. İndi biz praktikada informasiyanın, ədəbiyyatın yayılmasına qarşı necə mübarizə aparacağıq? İnternetdə kimə nəzarət edəcəyik? İstənilən şəxs öz bloqunda istənilən ədəbiyyatı yerləşdirir. Demək, böyük coşquyla qəbul etdiyimiz dəyişiklik təcrübədə işləməyəcək. Ancaq qanun layihəsinə səs verəcəyəm».
«İşləməyəcək, niyə səs verirsiniz» deyə soruşaraq Zahid Oruca iradını dilə gətirən spiker Oqtay Əsədov bildirdi ki, söhbət dinə qarşı çıxmaqdan deyil, ekstremist dini cərəyanlardan gedir:
«Bu, Azərbaycanda dövlətçiliyə zidd olan dini təriqətlərin özünə yer açmamasına yönəlib».
Deputat Bəxtiyar Əliyevin fikrincə, qanun layihəsi insanların öz dini inanclarını kənar müdaxilə olmadan, sərbəst həyata keçirməsinə şərait yaradacaq. O, deputatları layihəyə səs verməyə çağırdı.
«AXŞAMLAR BULVARA ÇIXANDA...»
Deputat İlham Əliyev dəyişikliyə tərəfdar olduğunu bildirdi:
«Bizim dinimiz var və bu dinə qulluq edirik. Mən bu qanuna dəyişikliyi dəstəkləyirəm. Çünki biz çalışmalıyıq ki, qısaşalvarlıları və saqqalı sinəsinə qədər düşənləri cəmiyyətimizdən təcrid edək. Axşamlar bulvara çıxanda, adam onların xarici görünüşünə nifrət edir».
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
«BU, TƏXRİBATDIR»
Müşfiqabad məscidinin imamı, sələfi təriqətindən olan Mübariz Qaçayev deputat İlham Əliyevin çıxışını təxribat sayır və bundan təəssüflənir:
«Saqqal saxlamaq, bu, islamın nişanələrindəndir, peyğəmbərimizin sifətidir. Saqqallıların, balağı gödəklərin cəmiyyətə nə ziyanı dəyib? Demək, o, adamın əqidəsində bizə qarşı nə isə problem var, bundan başqa bir şey görə bilmirəm. Bu, təxribatdır. Heç kim bunu xoş qarşılamaz».
Hüquq müdafiəçisi Səadət Bənənyarlı da parlament tribunasından səslənən bu fikirlə qətiyyən razılaşmır. O, hesab edir ki, saqqal saxladığına və ya qısa şalvar geyindiyinə görə kiminsə cəmiyyətdən təcrid olunması barədə fikirlərin səsləndirilməsi normal hal deyil.