-
Hindistan filmlərinin on illərdi dəyişməyən melodramatik ruhu hələ də Hindistanı bambılı günündə saxlayır.
Burda həyat bu qədər sadə: təki yemək olsun, qalan hər şey düzələr…
Şahbaz Xuduoğlu
DƏLİ HİNDİSTAN
Fevralın 10-17-də Hindistanda oldum. Bu səfər çox təsadüf, planlaşmadan alındı. Necə deyərlər, Hindistanın öz təbiətinə uyğun. Zarafat-zarafat bir də gördüm ki, ordayam.
Mən bir qərarı qəbul edəndə onu dərhal icra etmək istəyirəm. Əks halda o heç zaman icra olunmayacaq.
Hindistan dadıyla, təbiəitylə, rəngiylə tam fərqli bir ölkədir, fərqli bir coğrafiyadır. O, bu dünyaya bənzəmir. O, bizim dünyanın heç bir standartına uyğun gəlmir. Hətta o həddə ki, aramızda digər ölkələrlə bir, iki, yaxud üç saat fərq olduğu halda Hindistanla saat yarımdır.
Hindistanda yemək qıtlığı var, amma hər yer yemək qoxuyur. Hər yerindən musiqi sədası gəlir. Bu dəli məmləkətdə hər şey rənglidir, ağ-qara, boz yalnız insan həyatının özüdür.
Yollarda avtomobillər o qədər nizamsız, kortəbii, xaotik hərəkət edir ki, adamın başı gicəlir, amma qəza baş vermir.
Sürücülər bir-biriylə avtomobillərin siqnal səsiylə danışırlar. “Salam”- bir dəfə gur, “yol ver” iki dəfə asta, “hara soxulursan gözlə” üç dəfə gur və sair siqnallar verirlər. Siqnallarla çox axmaq və tərbiyəsiz söyüşləri də eşitmək olur.
Masala, Karri ədviyyatının ətri, yanından ötən lüt-üryan adamlardan deyil, hətta axşamdan küçələrdə yandırılan zibilliklərdən də gəlir.
Darısqal küçələr boyu açıq kanalizasiya arxı, yanında isə çirkli səkilər uzanır. O çirkli səkilərdə uzanan, sadəcə oturub fikrə dalan, yaxud yüngül bayıra gedən adamlar sanki o çirkli təbiətin bir parçasıdır.
Və burda həyat bu qədər sadə: təki yemək olsun, qalan hər şey düzələr… Bəzən heç yemək də lazım deyil, bunu tənhalığına çəkilmiş, gün boyu yerindən bir qarış belə hərəkət etməyən asketlərin həyatında görürsən.
Hindistan filmlərinin on illərdi dəyişməyən melodramatik ruhu hələ də Hindistanı bambılı günündə saxlayır. Bəlkə də buna görə zəngini ilə yoxsulu arasında bu qədər dərin uçurum olan bir məmləkətdə min illərdi inqilabi dəyişiklik baş vermir. Min illərdi kasıb elə əvvəlkitək kasıb zəngin isə zəngin olaraq qalır. Orta təbəqə deyilən anlayış yoxdur.
Mahnı oxuya-oxuya sevgilisini tutmağa çalışan bir hindistanlı görməzsən, amma “Ser gedəndə özünlə məni də apar, hansı iş desən işlərəm” – bunu oturduğum hər bir taksi sürücüsündən eşidirəm.
Hindistanın melodramatik ruhu yalnız hər gün çoxlu TV-lərdə göstərilən filmlərdə deyil, həm də küçələrdə səsgücləndiricilərlə yayılan mahnılarla zənginləşdirilir.
Deli (Delhi) kitab yarmarkasından sonra Hindistanın ən cənub ştatı Keralaya uçdum.
Mərkəzi şəhəri Trivandrum havaalanından çıxanda qapıya boylanan o qədər başlar və gözlər gördüm ki, həyəcandan ayaqlarım əsdi.
Sonra öyrəndim ki, ailədən bir nəfər haradansa gəlirsə onu qarşılamağa hamı çıxır.
Gecə saat 3-dür. Balaca bir maşınla Kovalamda rezervasiya etdiyim otelə getdim. Taksi 500 rupi aldı.
Kovalam kokos meşəsi mənasını verir. Trivandumdan Ərəb dənizinə doğru 16 km məsafədə yerləşir.
Krişna mahnılarının səsinə oyandım. İnduslara görə bu səhər duasıdır.
Sahilə endim. Sahil qumu qızılı rəngə çalır. Balıqçılar sübhə yaxın atdıqları toru yığırdılar. Tor təqribən 1-2 km məsafəni tuturdu.
Anlamadığım bir nəğmə oxuyurdular.
Bizdə ot biçimini xatırladır. Harra, Hall llall loo, Harra, Hall llall loo, Hall llall loo oxuyub təkanlarla toru dartırdılar. Əvvəlcə kənarda dayanıb tamaşa etdim. Seyrçilik uzun sürmədi, bir müddətdən sonra onlarla birlikdə tor çəkir və nəğmə oxuyurdum.
Orda olduğum üç gün ərzində hər səhər tor çəkib, nəğmə oxudum.
İlk gün kömək edəndə haradan olduğumu soruşdular. Nə qədər Azərbaycan dedimsə kimsə anlamadı, kənardan guya ingiliscə daha yaxşı başa düşən hindu “Amerikadansan”, soruşdu, məndə “bəli” dedim. O gündən mənə hər kəs amerikalı kimi baxırdı.
Görəsən niyə bu qədər rusun dincəldiyi bir yerdə rus, avropalı deyil, amerikalı zənn etmişdilər. Yəqin onların da təsəvvüründə yardımçı, rəhmdil, əltutan bir amerikalı obrazı var idi.
Balıq toru dənizin gözlə görünən hissəsini əhatə edir. Sübh duası vaxtı tor atılır, günəş qalxanda yığılar.
Balıqçılar toru iki ucdan yığır, hər ucundan on dörd on beş nəfər dartır. Torun dənizdə olan hissəsini isə qayıqdakı balıqçılar qaldırır.
Mən toru atmanın yox yalnız yığmanın iştirakçısı ola bildim. Bir neçə saat dayanmadan tor dartmaq həm səbr, həm də tükənməz güc tələb edir.
Bəzən o qədər geniş məsafədən saatlarla xeyli adamın dartdığı tordan beş altı kq.-lıq balıq çıxır. Bu isə onların yəqin heç yeməyinə çatmır. Buna baxmayaraq onlar bu işi hər gün görürlər. Hall llall loo deyə-deyə.