-
Kamal Abdullanın trilogiyanın ikinci romanı sayılan «Sehrbazlar dərəsi» («Yarımçıq əlyazma», «Sehrbazlar dərəsi» və «Unutmağa kimsə yox») Litvada çap olunub.
Xəbəri Kamalabdulla.az saytı yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu kitab Litva dilinə tərcümə edilən ilk bədii əsərdir.
Romanı orijinaldan tərcümə edən və ön sözün müəllifi Lione Lapinskiene-dir.
Romanın dərcindən sonra Litvada «Sehrbazlar dərəsi»nin ədəbi və elmi qurumlarda bir neçə təqdimat mərasimi keçirilib.
Ən təntənəli təqdimat Litva Beynəlxalq Kitab Yarmarkasında baş tutub.
İlk dəfə olaraq sərgidə «Edukologiya» nəşriyyatının təqdimatında «Sehrbazlar dərəsi» romanı da iştirak edib və kitabın təqdimatı keçirilib.
Xəbərdə vurğulanır ki, kitabın müəllifinin də qatıldığı təqdimat mərasimində edukoloqlar, ədəbiyyatçılar, jurnalistlər, Azərbaycanın Litvadakı diaspor təşkilatının nümayəndəsi və başqaları çıxış ediblər.