-
Şirməmməd Hüseynov: "Tarixi şəxsiyyətlərdə nöqsan axtarmaq, aşağılamaq əlbəttə millətə yaramaz".
Niyazi Mehdi: "Mirzə Cəlil qadınlara münasibətdə bir az zəif olmayıb. Çox zəif idi. Onun başının ucalığıdır əslinə qalsa."
Örnək şəxsiyyətləri insan kimi tanıyırıqmı? Onlar ideallaşdırılırmı?
“Pen klub” proqramında bu suala cavab axtardılar: Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, professor Şirməmməd Hüseynov, yazar Mehriban Vəzir, filosof Niyazi Mehdi və “kulis.az” saytının redaktoru Qan Turalı.
“BU MACƏRALAR KENNEDİNİN VƏ YA KLİNTONUN SEVİLMƏSİNƏ MANE OLMURDU”
Niyazi Mehdi:
- Demokratiyanın ali prinsipi var: ictimai fiqurların özəl həyat dairəsi xeyli balacadır. Çünki onların özlərini müdafiə etmək imkanı var. Adi insanlarla bağlı məsələsə daha ciddi qoyulur, çünki özlərini müdafiə edə bilmirlər.
Şahnaz Bəylərqızı:
- Həmin şəxs həyatda yoxdursa, onda necə, bu adamın özəl yaşamı haqda danışmaq olarmı?
N.M:
- Bu haqda düşünməmişəm. Ancaq həyatda yoxdursa, xeyli sərbəstlik yaranır. Çünki onun ürəyinə dəyməyəcəksən. Leninin bir qadınla sevgi macərası vardı, Krupskaya da onu qısqanırmış. Sovet dövründə bu haqda danışmaq yasaq idi, ancaq Qərbdə belə deyildi. O toplumda ki, söz, düşüncə azadlığı yoxdur, totalitar rejimdir, orda kimsə yaramaz, kimsə də yalnız yaxşı göstərilir. Azadlığameylli, normal toplumlardasa stereoskopik baxış yaranır. Məsələn, Amerikada prezident Klintonun Monika Levinski ilə macərası dəhşətli bir şey idi. Və ya Kennedinin Merilin Monro ilə əlaqəsi. Ancaq bu macəralar onların sevilməsinə mane olmurdu.
Ş.B:
- İndi də gələk Azərbaycan nümunələrinə. Mehriban Vəzir bu yaxınlarda yazıçı Cəlil Məmmədquluzadənin yoldaşı Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabını ruscadan Azərbaycan dilinə çevirərək nəşr etdirdi. Bu kitabda biz Cəlil Məmmədquluzadəni yenidən tanıyırıq. Məsələn, məlum olur ki, Mirzə Cəlil uşağın ağlamasına dözməyib onu quyuya atmaq istəyirmiş… Bu cür detallar Cəlil Məmmədquluzadə ilə bağlı formalaşan fikirləri dağıda bilərmi?
“MİRZƏ CƏLİL SAYSIZ-HESABSIZ QÜSURLARDAN İBARƏTDİ”
Mehriban Vəzir:
- Mirzə Cəlil sovet dövlətinin çox təbliğ etdiyi, indiki dövrdə də rəğbətlə qarşılanan, azdığı əsərlər bundan çox sonra da diri qalacaq sənətkardır. Amma fərd olaraq Mirzə Cəlil saysız-hesabsız qüsurlardan ibarətdir. Həmidə xanım Cavanşirin “Xatirələrim” əsərində bu qüsurları özündə ehtiva edən bir sıra səhnələr var. Həmidə xanım Mirzə Cəlili heç vəchlə pisləmir, ona böyük hörmətlə yanaşır, onu sevir. Cəmiyyətin maariflənməsi, “Molla Nəsrəddin”in nəşrinin davamı üçün əlindən gələni edir. Amma eyni zamanda, çox açıq, çox səmimi, çox sadə dillə Mirzə Cəlil haqqında elə fikirlər yazır ki... Həmidə xanım olanları qələmə alır. Ancaq biz sovet dövründən keçmiş toplum olaraq düşünürük ki, Həmidə xanım Mirzə Cəlili biabır etdi. Biz elə bilirik ki, Mirzə Cəlilin qadınlara münasibətdə bir az zəifliyi vardı desək, onu rüsvay etmiş oluruq. Ancaq biz başa düşmək istəmirik ki, Mirzə Cəlil bir insan idi, güclü cəhətləri də var idi, zəif cəhətləri də. Yaxşısıyla, pisiylə, qarınqululuğu, pulgirliyi ilə birgə onun insan olduğunu anlayanda artıq bizə qəribə gəlmir ki, niyə Mirzə Cəlil əlinə ağac alıb evdə nə var hamısını sındırırmış və yaxud əsəbindən uşağını quyuya atmaq istəyirmiş. Eyni zamanda, o xəsis idi. Həmidə xanım yazır ki, az olan pulumuzu idarə edə bilmirdim, verirdim o idarə etsin...
“MİRZƏ CƏLİLƏ KİMSƏ KİMSƏNİ ETİBAR ETMƏZDİ”
Şahnaz B:
- Mehriban xanım dedi ki, Mirzə Cəlil qadınlara qarşı bir az zəif olub…
Niyazi M:
- Bir az zəif olmayıb. Çox zəif idi. Onun başının ucalığıdır əslinə qalsa.
Mehriban V:
- Niyazi müəllimdən fərqli olaraq düşünmürəm ki, bu, başucalığı idi. Mənim üçün başucalığı olan bir kişi, bəy Əhməd bəy Cavanşirdi. Əhməd bəyə bütün kəndin kişiləri arvad və qızını etibar edə bilərdi. Çünki o, məsuliyyət sahibiydi. Amma Mirzə Cəlilə kimsə kimsəni etibar edə bilməzdi.
Niyazi M:
- İnanmıram Mirzə Cəlil qadın məsələsində xain olaydı. Qarşılıqlı razılıqla nəsə ola bilərdi. Amma xəyanət olmazdı yəqin.
Mehriban V:
- Bir az zəifliyi vardı, belə deyək.
Şahnaz B:
- Hətta danışırlar ki, Həmidə xanım bir dəfə buna görə Mirzə Cəlilə silah da çəkib. Belə şey olub?
“QARABAĞDA MOLLA PƏNAH VAQİF HAQDA HƏMİŞƏ MƏNFİ FİKİRLƏR OLUB”
Mehriban V:
- Bu barədə deyirlər. Ancaq sözün düzü, bu barədə yazılı heç nə oxumamışam. Mən Qarabağda böyüməsəm də, o kültürün daşıyıcısıyam. Mənim nəslim 1920-ci ildə Bakıya gələndə Qarabağın demək olar ki, bütün əhvalatlarını gətirib. Məsələn, Qarabağda Molla Pənah Vaqif haqqında həmişə mənfi fikirlər olub. Əhali onun batil elmlərlə, cadu ilə məşğul olduğunu danışıb. Həmidə xanımla mənim nənəmin bir qan qohumluğu da var, xalauşağı olublar. O dediyiniz əhvalatı da ailə söhbətlərində dəfələrlə şifahi tarixçə kimi eşitmişəm. Bunu Qarabağda hər kəs bilir.
“MİRZƏ CƏLİL BUNU GÖRƏNDƏ BAŞINI SALIR AŞAĞI, HIQQ ELƏMƏYƏ GÜCÜ OLMUR”
Niyazi M:
- Mehriban xanımın bu əhvalatları çap etmək fikri varmı?
Mehriban V:
- Məsələn, Qurbanəli bəy haqqında yazmışdım. Qurbanəli bəy Bərdə bəylərindən olub, özü də sonradan bəy olmuşlardandır. Həmidə xanımla Mirzə Cəlil evlənəndə Qurbanəli bəy onları qonaq çağırıb, hətta Təbrizdən canbaz gətirdibmiş. Kəndin girəcəyindən hər addımlarına bir qızıl onluq atıb. Yəni belə dəbdəbəli qarşılama olub. Və nəhayət Mirzə Cəlil “Qurbanəli bəy” hekayəsini yazır. Qarabağ bəyləri də sonradan bəy olmuşları bəyənmirdilər. Bu yazı da onların ağzına söz olur. Bu xəbər də çatır Qurbanəli bəyə. O da minir ata (özü də cəngavər adamıymış, arıq, uzun. Onun nəvələri mənim əmim uşaqlarıdı), Bərdədən Tiflisə çapır. Gedir Mirzə Cəlilin kontoruna. Mirzə Cəlil bunu görəndə başını salır aşağı. Daha hıqq eləməyə gücü olmur. Bəy pistoletini cibindən çıxarıb dayayır bunun keçəl başına. Deyir ki, Mirzə, əni öldürmək mənim üçün quş başı kəsmək kimi bir şeydir, qurban olasan Həmidə xanıma. Belə əhvalatlar var, bəzisini yazmışam…
ŞİRMƏMMƏD HÜSEYNOV: “TARİXİ ŞƏXSİYYƏTLƏRDƏ NÖQSAN ARAMAQ, AŞAĞILAMAQ YARAMAZ”
Şahnaz B:
- Şirməmməd Hüseynov söhbətə qoşulur. Görək, o necə düşünür, örnək şəxsiyyətləri ideallaşdırmaq lazımdırmı? Yoxsa onları əyrisiylə, düzüylə bir yerdə tanımalıyıq?
Şirməmməd Hüseynov:
- Tarixi şəxsiyyətlər millətə xas olan ən yüksək keyfiyyətləri özlərində cəmləşdirir. Müstəqil dövləti olmayan milləti yaşadan ədəbiyyatı, mədəniyyəti, mədəni xadimləri olub.
Ş.B:
- Bu adamların həyatını təftiş eləmək lazımdırmı?
Ş.H:
- Bəs necə. Tarixi şəxsiyyətləri niyə öyrənirlər? Gənclik o ənənələri gərək mənimsəyə, o ideyanın, o yolun davamçısı ola.
Ş.B:
- O zaman ancaq müsbət yönləri öyrənmək lazımdır?
Ş.H:
- Böyük şəxsiyyətlər həmişə millətə xas olan yaxşı keyfiyyətləri inkişaf etdiriblər. Məsələn, Mirzə Cəlil, onun çıxardığı “Molla Nəsrəddin” jurnalı Azərbaycan millətini uzun əsrlər boyu cəhalətdə saxlayan qüvvələrə qarşı mübarizə aparıb. Əlbəttə, tarixi şəxsiyyət təkcə müsbət olmur. Amma tarixi şəxsiyyətlərdə nöqsan axtarmaq, aşağılamaq əlbəttə millətə yaramaz. Cavanlıq müsbət təcrübəylə tərbiyə olunmalıdır.
Proqramın Məhəmməd Əmin Rəsulzadə haqda danışılan hissəsində isə Şirməmməd Hüseynov Qan Turalıya "A kişi, yalan danışma" deyib elə əsəbiləşir ki... Ətraflı burda oxu.