Praqada Azerbaycanlı hüquqşünas İntiqam Əliyevə beynəlxalq mükafat təqdim olundu.
"People in Need" insan haqları təşkilatının təsis etdiyi bu mükafat hər il insan haqlarının qorunmasında fədakəralıq göstərən şəxslərə verilir.
Praqada dünyanın müxtəlif ölkələrindən mərasimə toplaşan siyasətçilər, hüquq müdafiəçiləri qarşısında "Homo Homini" (İnsan insana) mükafatını təqdim edən Çexiyanın xarici işlər naziri Karel Shwarcenberg Azərbaycandakı insan haqları problemlərinin həllini başını quma soxan dəvəquşuna bənzətdi. Dəvəquşu Praqada keçirilən insan haqları günlərinin simvoludur.
Təqdimat mərasimində mükafatı qəbul edən İntiqam Əliyev öz çıxışında Azərbaycanda demokratiyanın problmlərindən və insan haqlarının durumundan danışdı.
Praqadakı İnsan haqları günləri çərçivəsində keçirilən "One World" Beynəlxalq film festivalına "Amazing Azerbaijan" adli sənədli film də təqdim olunub. Rejissoru Liz Mermin olan bu film Azərbaycanda insan haqlarının durumundan və buradakı problemlərə beynəlxalq aləmin münasibətindən bəhs edir.