Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:47

Naftalan sakinləri ağ-içməli su il təchiz olunacaq


Arxiv foto
Arxiv foto
Bu barədə Yaponiyanın Azərbaycandakı səfirliyinin iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Takao İmanişi layihənin açılış mərasimində məlumat verib.

Layihə Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyəsi ilə reallaşır.

Layihə Naftalan şəhərində 9800, Qasımbəyli və Daşaltı, Qaraqoyunlu kəndlərində isə 4200 nəfər olmaqla 14 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

Layihəyə uyğun olaraq Naftalan şəhərinə və ətraf kəndlərə içməli su Ballıqaya-Goranboy magistral su kəmərindən veriləcək.

Bu mənbədən Naftalan şəhərinə 315 mm diametrli borularla 5,9 km uzunluğunda magistral su xətti çəkiləcək. Hər birinin tutumu 3000 kubmetr olan 2 su anbarı inşa olunacaq, xlorator qurğusu və inzibati bina tikiləcək. Şəhərdə toplanan çirkab suların axıdılması məqsədi ilə 200-800 mm polietilen borularla 31 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və kollektor inşa ediləcək.

Tullantı sularının emal edilməsi məqsədi ilə isə gələcəkdə çirkab su təmizləyici qurğu tikiləcək. Naftalan şəhərində inşaat işlərini beynəlxalq tenderdə qalib gəlmiş «Çukurova İnşaat Sanayi» ve «Su İstilik Quraşdırma» Türkiyə-Azərbaycan birgə müəssisəsi həyata keçirəcək. Layihə üzrə işlərin 2015-ci ilin əvvəlində başa çatdırılması nəzərdə tutulur.
XS
SM
MD
LG