Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:44

İsveçin «Göyçək Fatma»sı — Küllücəsi vəfat etdi…


Şahzadə Lilian
Şahzadə Lilian
-

Dünya mediası İsveç tarixinin ünlü eşq hekayələrindən birinin qəhrəmanı Şahzadə Lilian-ın 97 yaşında Stokholmda öz evində vəfat etdiyini yazır.

Kral ailəsinin çox sevilən üzvünün - Şahzadə Lilian-ın öldüyünü İsveçin baş naziri Fredrik Reinfeldt xalqa açıqlayıb.

Şahzadə Lilian 2010-cu ildən Alzheimer xəstəliyindən əziyyət çəkirmiş.

KİM İDİ XANIM LİLİAN?

Lilian 1915-ci ildə Galler-də Swansea-da doğulub. 16 yaşında modellik və aktrisalığa başlamaq üçün Londona köçüb. 25 yaşında elə bu şəhərdə aktyor Ivan Craig-lə evlənib.

KRAL EVLƏNMƏLƏRİNİ YASAQLADI

Lilian və Şahzadə Bertil 1943-cü ildə Londonda tanış olublar. İlk görüşdəncə bu iki gənc bir-birinə vurulub.

İki il sonra Lilian ərindən boşanıb, amma o vaxtın İsveç kralı şahzadənin adi bir qızla - xalqın içindən olan biri ilə evlənməsinə qadağa qoyub. Onun fikrincə, bu xanədanın gələcəyini təhlükəyə ata bilərdi...

BİZİMKİ BİR EŞQ HEKAYƏSİDİR...

Lilian və Şahzadə Bertil uzun illər boyu Fransada bir kənddə gözdən uzaq - gizli yaşamağa başlayıb. Təsəvvür edin ki, onlar düz 33 il evliliyi gözləməli olub. İsveç xalqı 33 ildən sonra bu cütlüyün eşq yolundakı fədakarlığını axır ki, qiymətləndirib. 1976-cı ildə onların evlənməsinə icazə verilib...

İSVEÇİN GÖYÇƏK FATMASI...

1976-cı ildə Lilian-ın 61, Şahzadə Bertil-in 64 yaşı vardı. Onlar Stokholmda Drottningholm kilsəsində nikaha giriblər və Lilian şahzadə titulunu alıb.

Prins Bertil 1997-ci ildə vəfat edib və Şahzadə Lilian ərinin ölümündən sonra bir kitab yazıb, bir yerdə yaşadıqları çətinlikləri təsvir edib...

ANCAQ EŞQ...

Kitabda Şahzadənin yazdığı bir söz indi dünya mediasının gündəmindədir. Nağılı gerçəyə çevirməyi bacaran qadın yazıb: «Həyatımı tək bir sözlə ifadə etmək gərək olsaydı, bu söz mütləq «eşq» olardı...».
XS
SM
MD
LG