-
«Bu gün Azərbaycanda «Facebook təhlükəsi» var. Mən bunu görürəm və hesab edirəm ki, seçkilər zamanı bizi bir sıra xoş olmayan hadisələr gözləyə bilər».
Fəzail
Facebook-dan birbaşa şərh yaz
«Bu gün Azərbaycanda «Facebook təhlükəsi» var. Mən bunu görürəm və hesab edirəm ki, seçkilər zamanı bizi bir sıra xoş olmayan hadisələr gözləyə bilər».
Bu şərhin müəllifi Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azadlıq FM-də sualları cavablandırıb:
- Mən niyə Facebook-da yoxam? Mən müsahibə, açıqlama verəndə mənim ünvanıma sərt tənqidlər, təhqirlər yazırlar. Məhz buna görə, mən bu cür psixoloji müharibədə olmaq istəmirəm.
- Facebook mənim maraq dairəmdə deyil. Sosial şəbəkələr mənim nə yaşıma, nə də marağıma uyğundur. Mən kifayət qədər məhsuldar işləyirəm. Mənim Facebook-da, Odnoklassnikdə yazışmalara vaxtım yoxdur.
- Portalları, xəbər saytlarını axşam saat 9-11 arasında izləyirəm. Çalışıram lazımı informasiyanı internetdən alım...
- Ailə üzvlərim Facebook-da var. Mən heç zaman Facebook-un bağlanmasının tərəfdarı olmamışam və bu barədə danışmamışam. Sosial şəbəkənin insanlar arasında yerini və rolunu yüksək qiymətləndirirəm...
- Azərbaycanda 1 milyondan çox Facebook istifadəçisi var. Mən 1 milyon insanın istəklərinə qarşı çıxa bilmərəm...
- Facebook-dan siyasi təhlükə var. Məni ən əsas düşündürən Azərbaycan dövlətinin və vətəndaşlarının təhlükəsizliyidir. Facebook vasitəsiylə insanlar bir- birinə çağırış edə bilərlər və bir neçə min adam etiraza, aksiyaya çıxa bilər.
- Dünyanın bir sıra qəzetləri yazır ki, Facebook-un arxasında ABŞ xüsusi xidmət orqanları durur... Bu bir iddiadır.
- Ərəb ölkələrindəki proseslərin lokomotivi sosial şəbəkələr oldu.
- Sosial şəbəkələrdən istifadə edib, hakimiyyəti devirib, hakimiyyətə gəlməyi biz görmüşük.
- Əsgərlərin ölməsinə mən çox qəhərlənirəm, pis oluram... Müdafiə Nazirliyi də çalışır əsgərlərin qayğısına qalsın. Amma sosial şəbəkələrdən sui-istifadə etmək, siyasiləşdirmək olmaz.
- Facebook siyasiləşməməlidir. Çağırışlar edənlər məsuliyyətə cəlb edilməlidilər.
- Mən əsgər ölümlərinə normal yanaşmıram və haqq qazandırmıram.
- Facebook-dakı siyasi tədbirlər təşkilinin arxasında məkirli qüvvələr dayanır və birbaşa Ermənistana xidmət edirlər.
- Facebook-dan təşkil edilən aksiyalar hakimiyyəti narahat etmir.