-
«Azərbaycan həqiqətləri ondan ibarətdir ki, burada hər bir işə maneə yaranmalıdır».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına 20 yaşını tamamlamış «Dil və Ədəbiyyat» Beynəlxalq elmi-nəzəri jurnalının baş redaktoru Tahir Cəfərli söylədi.
ƏTRAFIMIZA GÖZƏL ALİMLƏR TOPLADIQ
Onun sözlərinə görə, bu maneə ziddiyyət yaradır:
«Əgər Hegel fəlsəfəsindən yanaşsaq, harada ki, ziddiyyət var, orada inkişaf var. Əgər demokratik dəyərlərdən danışsaq, demokratiyanın özü də ziddiyyətdir. Biz ilk dəfə nəşr olunanda üstümüzə axın gəldi. «Niyə bunu biz etmirik – Elmlər Akademiyası etmir» qəbilindən. Ancaq ortaya heç nə çıxara bilmirdilər. Ətrafımıza gözəl alimlər toplaşmışdı. Baş redaktor mən olsam da, bu, onların nəşriydi. Görkəmli alimlər – Ağamusa Axundov, Fəxrəddin Veysəlli, Tofiq Hacıyev, Nərgiz Paşayeva bizə qoşuldular. Çox gözəl işlər görüldü».
13 İLDİR İNTERNET MƏKANINDAYIQ
Baş redaktorun fikrincə, jurnalın 20 il duruş gətirməsinin sadə açıqlaması var:
«O əməl ki, düzgün əməldir, ona Allah da kömək edir…13 ildən artıqdır ki, jurnalın nömrələri İnternetdə yayılır. Çalışırıq ki, Azərbaycan elmini təbliğ edək, dünyaya yayaq. Dünyanın hər yerindən bizə filologiyaya dair məqalələr gəlir. Jurnal öz yazarlarına liberal pozisiyadan yanaşır və şərait yaradır ki, öz sözlərini desinlər. Azərbaycan filoloq alimlərinin əksəriyyətinin burada məqaləsi var. Jurnalın yayılma arealı genişdir – Amerikadan Fransaya, Fransadan İngiltərəyə, hətta Yaponiyayadək əhatə olunub. Yapon, Çin, Koreya və s. dillər və o dillərdə yaradılan ədəbiyyat haqqında yazılarımız çıxır. Filoloq alimlərimizin tədqiqat arealı da böyükdür».
ŞAH XƏTAİ, QACAR, BİR DƏ KOROĞLU…
Tahir Cəfərli jurnalın ən böyük uğurunun 1998-ci ildə gəldiyini bildirir:
«Həmin il biz Vatikandan Şah İsmayıl Xətainin əsərlərini tapdıq. British Museum-dan Ağa Məhəmməd şah Qacarın Azərbaycan dilində divanlarını tapıb gətirdik. Və ən əsası, böyük fransız yazıçısı Jorj Sandın (George Sand) Fransada Sorbon Universitetində «Koroğlu» dastanı barədə oxuduğu mühazirələri üzə çıxardıq və jurnalda çap etdik».
AZƏRBAYCAN ELMİ GERİLƏYİR
Tahir Cəfərlinin fikrincə, Azərbaycan elm, təhsil sahəsində geriləyir:
«Bunun qarşısını almaq üçün gənc alimlərdə həvəs oyatmaq lazımdır. Bu həvəsi biz onlara verməli – onların yazdığını çap etməliyik. Qoy hiss etsinlər ki, gücləri, yazmaq qabiliyyətləri var».
JURNAL ABUNƏ YOLU İLƏ YAYILIR
Tahir Cəfərli «Dil və ədəbiyyat» jurnalının 20 illiyində bütün ölkə filoloqlarını təbrik etməyi də unutmadı:
«Çünki onların rolu, əməyi böyükdür. 35 çap vərəqi həcmində, 500-1000 nüsxə tirajla çap olunan, elektron versiyalı bir jurnalın nəşrinin 20 il davam gətirməsi kiçik hadisə deyil. İl ərzində jurnalın 4-6 sayı işıq üzü görür. Jurnal filologiya elmi ilə bağlı 12 sahəni əhatə edir. Hər sahəyə məsul redaktor başçılıq edir və onun təklifi ilə müvafiq redaksiya heyəti formalaşır. İndiyədək 120-dən çox «Jurnala əlavə» çap olunub. Jurnal təkcə abunə yolu ilə yayılır, amma elmi müəssisələrin kitabxanalarına pulsuz paylanır. Çalışırıq ki, işimiz daha da yaxşılaşsın».