Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:10

Əli Əhmədov: ««Facebook»un bağlanması və ya qadağan olunması gündəmdə deyil»


Əli Əhmədov
Əli Əhmədov
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov millət vəkili Fəzail Ağamalının Azərbaycanda «Facebook» sosial şəbəkəsinin məhdudlaşdırılması ilə bağlı fikirlərinə münasibət bildirib.

APA-nın məlumatına görə, Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, millət vəkili Fəzail Ağamalının sözləri fərqli başa düşülüb.

Onun sözlərinə görə, Azərbaycanda nə internet resurslarının, nə də «Facebook» sosial şəbəkəsinin qadağan olunması gündəmdə deyil. O, Azərbaycan vətəndaşlarının internet resurslarından sərbəst istifadəsi üçün hər cür şəraitin yaradıldığını bildirib.

Bir müddət öncə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı sosial şəbəkədə dövlət əleyhinə fikirlərin səsləndirilməsi, kütləvi aksiya çağırışlarının olmasını əsas gətirərək «Facebook»a girişin məhdudlaşdırılmasını təklif edib.
XS
SM
MD
LG