-
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına MEA Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov söyləyib.
Paşa müəllimin dediyinə görə, XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Nəcəfqulu bəy Şeydanın «Gülşəni-maarif» təzkirəsinin əlyazmasını onun nəvələrindən əldə ediblər:
«İndiyə qədər Əlyazmalar İnstitutunda Nəcəfqulu bəy Şeydanın şeirlər toplusu saxlanılırdı və həmin əsərlər mənim tərtibatım və ön sözümlə müasir əlifbada çap edilmişdi. Maraqlıdır ki, şair bir sıra şeirlərində sovet quruluşunu insan hüquqlarını tapdalayan, sözün düzünü deyənləri məhv edən, xalqın başına bəlalar gətirən rejim kimi tənqid edir. Doğrusu, Sovet Azərbaycanında yaşayaraq, qorxmadan açıq mətnlə rejimi belə cəsarətlə qamçılayan ikinci bir şairə rast gəlmirik».
Paşa Kərimov Nəcəfqulu bəy Şeydanın «Gülşəni-maarif» adlı təzkirəsində XIX əsrdə və XX əsrin əvvəllərində Qarabağda, Bakıda və Şamaxıda yaşamış 24 Azərbaycan şairi barədə dəyərli məlumatlar, əsərlərindən nümunələr olduğunu deyir:
«Təzkirənin nəşri və tədqiqi həmin dövr ədəbiyyat tariximizin öyrənilməsi baxımından çox önəmlidir».
Nəcəfqulu bəy Şeyda 1858-ci ildə Şuşada doğulub.
Molla yanında oxuyub. Daha sonra Bakıya gəlib və Hacı Zeynalabdinin açdığı gecə kurslarını bitirib.
O, «Məclisi-üns» və «Məclisi-fəramuşan» ədəbi məclislərinin fəal üzvlərindən olub.
Nəcəfqulu bəy quberniya idarəsində 25 il tərcüməçi işləyib.
N. B. Şeyda həm də teatr həvəskarı olub, Bakıda göstərilən bir sıra tamaşalarda çıxış edib.
Onun qardaşı Əbülfət Vəli Azərbaycan teatrının tanınmış aktyorlarından idi.
Təzkirəçi Mir Möhsün Nəvvab «Təzkirеyi-Nəvvab» əsərində Nəcəfqulu bəy haqqında yazır:
«Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Baharlı Qarabağ vilayəti əhalisindəndir. Baharlı Şuşaya tabе olan kəndin adıdır. 33 yaşlı, düz əxlaqlı bir cavandır. Mirzə Vəli Vidadinin övladlarındandır. Bəzən şеir də yazır... Təxəllüsü Şеydadır».
Şairin 1924-cü ildə yazdığı «Mətbuat bülbülünə» şeirindən bir parçanı sizə təqdim edirik:
«Sovet Azərbaycanında yaşayaraq, qorxmadan, açıq mətnlə rejimi belə cəsarətlə qamçılayan ikinci bir şairə rast gəlmirik».

İndi hürriyyəti-kəlam yedəklənibdir,
Həq söyləyən təhdid ilən qorxunur,
Cəbrən, zorən ağzıbirə soxulur,
Doğru gedir, əgri güllər toxunur,
Çirkin əğyar gör nə qəşənglənibdir.
Həq söyləyən təhdid ilən qorxunur,
Cəbrən, zorən ağzıbirə soxulur,
Doğru gedir, əgri güllər toxunur,
Çirkin əğyar gör nə qəşənglənibdir.