Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:44

İTV-yə baş direktor olmaq üçün 4 nəfər sənəd verib


İTV
İTV
-
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki aprelin 23-də keçiriləcək.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya deyib ki, baş direktor İTV-nin Yayım Şurasının iclasında seçiləcək:

«MTRŞ «İctimai televiziya və radio yayımı haqqında» qanuna görə, televiziyanın fəaliyyəti üzərində hüquqi nəzarəti həyata keçirir. Qanunda bununla əlaqədar xüsusi maddə var. Biz də bu maddəyə əsaslanıb hüquqi nəzarəti həyata keçiririk. Amma seçkini İTV-nin Yayım Şurası həyata keçirəcək».

BAŞ DİREKTOR VƏZİSƏFƏSİ ÜÇÜN MÜRACİƏT EDƏNLƏR

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə sənəd qəbulu başa çatıb. Baş direktor vəzifəsinə 4 nəfər namizədliyini verib. Bu haqda Milli Televiziya və Radio Şurasının yaydığı məlumatda deyilir.

Namizədlər Cəmil Quliyev, Şamil Şəfiyev, Nicat MustafayevEmin Hüseynovdur.

Mətbuat «Mədəniyyət» kanalına rəhbərlik edən, Dövlət Film Fondunun direktoru, ötən il yaradılan Kinematoqrafçılar İttifaqının icraçı katibi, kinorejissor Cəmil Quliyevin baş direktorluğa daha real namizəd olduğunu yazır.

Digər namizədlərə gəlincə, Nicat Mustafayev İctimai Televiziyanın əməkdaşıdır. Emin Hüseynov Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktorudur.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin son 8 ildə baş direktoru İsmayıl Ömərov olub.

Onun səlahiyyət müddəti başa çatıb, qanun buna imkan versə də İsmayıl Ömərov yenidən namizədliyini verməyəcəyini söyləyib.

«İctimai televiziya və radio yayımı haqqında» qanununun 20.1.3, 21.1-ci maddələrinə uyğun olaraq namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2005-ci ildən fəaliyyətə başlayıb. Dövlət büdcəsindən maliyyələşir.
XS
SM
MD
LG