-
«Emin tək bizim deyil, Azərbaycanın övladıdır». Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Qazaxıstanda keçirilən «Qızıl mikrofon» Beynəlxalq Vokal Müsabiqəsinin qalibi 16 yaşlı Emin Eminzadənin atası Xəzər Emin söylədi.
BELƏ GƏNCLƏRİ YAŞATMAQ LAZIMDIR
Onun sözlərinə görə, əgər bir gənc uğur qazanırsa, minlərin-milyonların qarşısında Azərbaycan bayrağını qaldırırsa, bu, millətin gələcəyi üçün böyük bir addımdır:
«Mən valideyn kimi yox, bir azərbaycanlı kimi deyirəm. Belə gəncləri, sözün əsl mənasında, yaşatmaq lazımdır. İstərdim ki, belə gənclərə xüsusi dövlət qayğısı göstərilsin. Əslində dövlət qayğısı var. Amma daha diqqətli olmaq lazımdır».
BEYNƏLMİLƏL SƏNƏTƏ BEYNƏLMİLƏL QAYĞI GÖSTƏRİLMƏLİDİR
Xəzər Emin övladına xüsusi qayğı göstərilsə, daha böyük uğur əldə etməyin mümkünlüyünü dilə gətirdi:
«Çünki bu, ailə büdcəsi ilə həll olunacaq məsələ deyil. Ailə büdcəsi buna imkan vermir...Vokal sənəti beynəlmiləl sənətdir. Dünyanın harasında oxusan da, səni qəbul edirlər. Beynəlmiləl sənətə beynəlmiləl də qiymət verilməli, qayğı göstərilməlidir. Dövlətimiz tərəfindən dünya səviyyəsində qayğı göstərilsə, Emin kimi gənclər daha böyük stimul qazanarlar. Onların diqqəti ailədə olan kommunal qayğılarda deyil, özündə, öz sənətində olar. Emin tək bizim övladımız deyil, Azərbaycanın övladıdır. Emini müsabiqədə təqdim edəndə, hansı ailənin övladı olduğunu demirdilər, «İz Azerbaydjana» – Azərbaycandan – deyirdilər...Odur ki, belə gənclərimizə elə Azərbaycan dəstək olmalıdır».
ÇOX İSTƏRDİM Kİ, XARİCDƏ TƏHSİL ALIM!
Emin gələn il orta məktəbi bitirir:
«Tarix fənninə, ingilis dilinə xüsusi hazırlaşıram. Dillərə marağım var. İtalyan dilini öyrənirəm. İstəyirəm ki, məşhur italyan müğənnisi Robertino Loretti ilə italyan dilində sərbəst danışa bilim. Yəqin sonra başqa dili də öyrənərəm. İspaniyada laureat olandan sonra Milana yollandıq. Giuseppe Verdi adına Konservatoriyaya dəvət almışdım. Orada Müslüm Maqomayevin «Azərbaycan» mahnısını ifa etdim. Çox gözəl qarşıladılar. Canlı oxudum - mikrofonsuz! Fortepianonun müşayiəti ilə. Rektor məni təbrik elədi. Fəxri attestat verdi və oranın fəxri tələbəsi elan etdi. Gələcək təhsilimi orada davam etdirmək istərdim. Çox istərdim ki, xaricdə təhsil alım! Konservatoriyanı bitirəndən sonra ikinci təhsil almaq da istərdim. Elə Təhsil Nazirliyi də, mənim xaricdə təhsil almağımı arzulayır».
BU MAHNINI FİDAN XANIMLA DUET OXUMAQ İSTƏRDİM!
Emin vokal müsabiqəsində qələbəsinin müəllimi Fidan Qasımovanı çox sevindirdiyini bildirdi:
«Fidan xanım da çox sevindi, Xuraman xanım da. Onlara böyük təşəkkürümü bildirirəm. Məni professional şəkildə müsabiqəyə hazırladılar. Müsabiqədə oxuduğum ikinci mahnını – «Besame muço» mahnısını da Fidan xanım seçdi. O, özü də vaxtilə bu mahnını oxuyub. Çox istərdim ki, bu mahnını Fidan xanımla duet oxuyum...»
- Eminin daha nələr dediyini və dünya şöhrətli «Besame muço» mahnısını onun ifasında canlı eşitmək istərdinizmi?
Elə isə, «İz» proqramını buradan dinləyin