-
ABŞ Dövlət Departamentinin sözçüsü Patrick Ventrell Vaşinqtondakı ənənəvi mətbuat brifinqində türk pianoçu Fazıl Say-a verilən həbs cəzasına münasibətini açıqlayıb:
Türkiyə mediasının yazdığına görə, sözçü ABŞ-ın ifadə azadlığı haqqını dəstəklədiyini, amma dini inanc sahiblərini qəsdən qaralayan sözləri qəbul etmədiyini söyləyib:
«Eyni zamanda ifadə azadlığı hüququnu tam müdafiə edirik. Türkiyədə uzunmüddətli sabitlik, güvənlik və rifahı təminat altına almağın ən yaxşı yolu bütün demokratiyalar üçün böyük önəm daşıyan ifadə, toplaşmaq və QHT qurmaq azadlıqlarını dəstəkləməkdir».
Ünlü türk pianoçusu Fazil Say ötən həftə İstanbul 19-cu Sülh Cəza Məhkəməsinin qərarı ilə «Twitter»də yazdığı bir mesaja görə 10 ay həbs cəzası alıb. O, 5 illik sınaq şərtiylə azadlığa buraxılıb.
O, «Twitter»dəki mesajında Ömər Xəyyamın bir misrasını paylaşmışdı:
«İrmaklarından şaraplar akacak, diyorsun Cennet-i alâ meyhane midir?».

«Beynəlxalq miqyasda tanınmış bir hüquqla – ifadə azadlığı ilə bağlı fərdləri cəzalandırmağa yönəlmiş hər cür təşəbbüs bizi qayğılandırır. Dolayısıyla belə qadağaların təməl insan haqlarının tətbiqi ilə əsaslandırıla biləcəyinə inanmırıq».