-
Müsabiqədə birinci yeri tutan Şahin Fazilin şeiri aşağıda
Məhəmməd Peyğəmbərin mövlud günü ilə bağlı keçirilən ədəbiyyat müsabiqəsindən sonra qalmaqal yaranıb. Buna səbəb isə Azərbaycan Yazıçılar Birlıyinin mətbuat katibi, şair Ədalət Ələsgəroğlunun narazılığıdır.
Ədalət Əsgəroğlu AzNews.az-a bildirib ki, ona qarşı ədalətsizlik olub: “Əvvəlcə məni həmin müsabiqəyə münsif üzvü kimi dəvət etdilər. Görəndə təklif olunan mükafat yaxşıdır və mənim qalib gəlmək şansım çoxdur, münsif təklifindən imtina edib, müsabiqə iştirakçısı olmaq qərarına gəldim və öz şeirimi təqdim elədim. Sonradan məlum oldu ki, mənim şeirim ümumiyyətlə, üzə çıxmayıb, ört-basdır edilib. Və mükafat da təşkilatçıların öz yaxın adamlarına verilib. Əslində onlar da mənim qələm yoldaşlarımdır. Mən təmənnasız adamam. Kim nə edibsə, edib”.
Sayt bildirir ki, müsabiqənin təşkilatçısı və münsiflər heyəti Qafqaz Müsəlmanları İdarəsinin Elmi-dini Şurasının sədri Vasif Məmmədəliyev və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran olublar. AzNews.az iddia edir ki, qalib gələnlər də məhz bu iki şəxsə yaxın adamlar olub. Məsələn, birinci yeri tutanlardan Şahin Fazil və həvəsləndirici mükafat alan Ələmdar Mahir V.Məmmədəliyevin rəhbərlik etdiyi kafedrada çalışırlar. İkinci yer isə Səyyad Aranın Qazax rayon prokurorluğunda çalışan yaxın qohumuna verilib. Bütün bunları sayt öz mənbələrinə istinadla iddia edir.
Müsabiqənin qalibləri haqda ətraflı BURDA
Birinci yeri tutan Şahin Fazilin şeiri
Şahin Fazil
Nə't
"Şübhəsiz sizin özünüzdən sizə bir elçi gəldi,
sizi incidən hər şey ona ağırdır, sizə
şiddətlə ürəkdən bağlıdır və möminlərə
şəfqətli və mərhəmətlidir" .
Tövbə surəsi, 128-ci ayə
"Allah etdiklərinizdən xəbərsiz deyildir"
Bəqərə surəsi, 85-ci ayədən
QƏZƏL
Söz həmən, kəlmə həmən, cümlə həmən: Bismillah!
Başladım sözlərimə sidq ilə mən. Bismillah!
Üç heca, doqquz hərf qoy mənə olsun yardım,
Bitirim nə'timi, ey çarə edən, Bismillah!
Dedilər "Əşhədu ən lailahə illəllah",
Mən dəxi söyləyirəm "Əşhədu ən"! Bismillah!
Üzməyək əlləri Allah ətəyindən bir dəm,
Mən kimi, ey ulu Allahı sevən, Bismillah!
Qarabağ tezlik ilə azad olar inşallah,
Var ümidim buna, ey şanlı vətən, Bismillah!
Dəyişibdir o yaşıl rəngini, qıpqırmızıdır,
Yenə ot rəngi alar çöl və çəmən, Bismillah!
Qalxacaqsan ayağa şəst ilə məhşər vaxtı,
Ey şəhid, ey vətən uğunda ölən, Bismillah!
Hazıram mən də şəhid olmağa Həqq uğrunda,
Bu qılıncdır, bu əlimdir, bu kəfən, Bismillah!
Şairim, iftixar et ki, yenə Bismillah ilə
Başladım sözlərimə sidq ilə mən! Bismillah!
* * *
Bismillah ilə yazıldı nə'tim,
Etdim bu sözə həmişə tə'zim.
Bismillah ilə şe'r dəyərli,
Bismillah ilə qələm şəkərli.
Bismillah ilə, İlahi, şadəm,
Bismillah ilə yarandı Adəm.
Bismillah ilə yarandı Həvva,
Bismillah ilə var oldu dünya.
Bismillah ilə çoxaldı nə'tim,
Etdim bu sözə, ey elçi, tə'zim.
Dörd nə'tim olub şe'r bağımda,
Yazdım bunusa xəzan çağımda.
Yazdım bunu eşq ilə! Ürəkdən!
İlhamə təşəkkür eylərəm mən.
Sinnim təzə yetmişi keçibdir,
Nə'tin sayısa beşi keçibdir.
Ey elçi, Xuda veribdir ilham
Təb' ilə bu nə'tə olsun əncam.
Nə'tim, mədəd eylə, nurlu olsun,
Yarəb, kömək et, uğurlu olsun.
Qoyma ürəyimdə qəm göyərsin,
Güc ver mənə ki, qələm göyərsin.
Qoyma ki, zəif yazım bu nə'ti,
Ver güc ki, lətif yazım bu nə'ti.
Qıyma ki, bu nə't sonuncu olsun,
Qoy nöqtə deyil, nida qoyulsun.
Əlbət, Sənədir sözüm, İlahi,
Güc ver mənə ki, dözüm, İlahi.
Gündüz-gecə elmi işlərim var,
Şe'r əhli ilə görüşlərim var,
Cahillər ilə söyüşlərim var,
Kafərlər ilə döyüşlərim var.
Güc ver ki, səvab işim çox olsun,
Güc ver ki, günahə son qoyulsun.
Güc ver ki, sevinsin ilham əhli,
Güc ver ki, güc alsın islam əhli.
Canda bu qədər ki, qəm varımdır,
Yoxdursa bıçaq, qələm varımdır.
Güc ver ki, qələm kəsərli olsun,
Güc ver ürəyim təpərli olsun.
Tutdum üzümü sənə, ey elçi,
Bəxş eylə təpər mənə, ey elçi.
Yazmaq sənə nə't fəxarətimdir!
Hərçənd təvazö xislətimdir,
Mədhində sənin səpib sözə zər
Şair belə bir qəsidə söylər:
* * *
QƏSİDƏ
Son nəbi olsan da, sənsən ümdə sərvər, ya nəbi,
Həqq yolımda əzm ilə oldun müzəffər, ya nəbi.
Səndən əvvəl, bəllidir minlərlə peyğəmbər gəlib,
Amma, səndən sonrasa yoxdur peyəmbər, ya nəbi.
Vermiş Allahım özü qiymət sənə, zənn eylərəm,
Olmasan sən yerlər olmaz, həm də göylər, yə nəbi.
Şiə olmaz, sünni olmaz, sufi olmaz mənbilən,
Rövzə olmaz, məscid olmaz, kürsi-mənbər, ya nəbi.
Keçdiyin yollar bütün mö'minlərə yol göstərir,
Ey ziyalı, ey işıqlı, ey münəvvər, ya nəbi.
Sən ki, Rəbbin də'vətiylə me'raca yüksəlmisən,
Olmuş agah aləmə: Sən - Rəbbə yavər, ya nəbi.
Hər rəsulin bir risalət dövrü olmuşdur, fəqət
Sən əvəzsizsən, əvəzsiz elçi-rəhbər, ya nəbi.
Ey rəqibsiz, olmayıb, olmaz rəqibin heç zaman,
Təkcə sənsən ki, sənə yoxdur bərabər, ya nəbi.
Əsgərə sən timsalı zabit şərafət, ya rəsul,
Orduda yoxdursa zabit, varmı əsgər, ya nəbi.
Rəsmini çəkməkdə hərdən Qərbdəki rəssamlər,
Bilməyirlər elçiyə olmaz riya, şər, ya nəbi?
Kim görüb gül çöhrəni? Surət çəkirlər uydurub,
Gör nələr vardır, nələr, Allahu-Əkbər, ya nəbi.
Küfrü Yerdən büsbütün yan eyləməkdən ötrü sən
Çək kəmanı, tut qılıncı, tovla xəncər, ya nəbi.
Ölkəmin bir parəsində cövlan eylər yağilər,
Bir tərəfdə ordu var, bir yanda ləşkər, ya nəbi.
Səndə qüvvət, səndə qüdrət, səndə cür'ət əzmi var
Mə'rəkə meydanlarında sən hünərvər, ya nəbi.
"La fəta illa Əli, la seyfə illa zülfiqar"1
Sətrini xəlq eyləyib dillərdə əzbər, ya nəbi.
Həzrət Allah son rəsul etmiş səni, vardırmı şəkk?
Həqq önündə kimdi xaqan, kimdi qeysər, ya nəbi.
Vəcdə gəldim mən bu gün, maşallah olsun ilhama,
Qalmadı ağ yer varaqda, doldu dəftər, ya nəbi.
Çox hədisdən söz yığıb öyrənmişəm idrakini,
Sözlərin zər timsalıymış, sənsə zərgər, ya nəbi.
Sağlıq olsun, şairim, şə'nində "Divan" bağlaram,
Söylərəm e'cazlarmdan mən sərasər, ya nəbi.
__________
Tərcüməsi: “Əlidən başqa igid, zülfüqardan başqa qılınc yoxdur.”
* * *
"Ey padşəhe-sərire-lövlak,
Məqsude-vücude-xakü əflak...
Ey qiblənümaye-əhle-taət,
Gəncineye-gövhəre-şəfaət...
Hər əsrdə bir nəbi zühuri,
Hər dövrdə bir rəsul nuri" .
Ey elçi, sənə müraciət var,
Bəd günlərdə olmuşuq giriftar.
Qonşum ilə qonşu birləşibdir,
Torpaqlarım içrə yerləşibdir.
Əhvalımız indi çox ağırdır,
İslam mühitində qırhaqırdır.
Müslimə ağır cəfa gəlibdir,
İslamə böyük bəla gəlibdir.
Dərddən saralıb yanaqlar indi,
Əfqanü çeçen qan ağlar indi,
Təzyiqə sinə gərirsə İran,
Günlərlə bəladədir Pakistan...
Qərbin yürüşü!.. Və Şərqə doğru!..
İslamə hücum deyilmidir bu?
Dərd üstdə kədər görünməyirmi?
İslamə xətər görünməyirmi?
Ey elçi, xəta nədən gəlibdir?
İslamə bəla nədən gəlibdir?
Rəbbə yönəlir dilək, ey elçi,
Ruhin eləsin kömək, ey elçi.
Çatsın Göyə Yerdəki diləklər,
Düşsün Yerə Göydəki mələklər,
Versin bəşərə öyüd, nəsihət,
Bəlkə ola həll bəşərdə illət.
* Məhəmməd Füzuli. Əsərləri, II cild, Bakı, 1958, səh. 27-28
Bəlkə yan ola bəla, fəlakət,
Bəlkə ayıla cahanda millət,
Bəlkə azala əzab-əziyyət,
Bəlkə çoxala səvab, sədaqət.
İllət ki, verir cəhanə ağrı,
Çoxdandı çəkir zəmanə ağrı.
Uydurdu "ərəb baharı" kafər,
Zar etdi neçə diyarı kafər.
Dağlandı İraq!.. Misir nə gündə!..
Biçarə ərəb qalıb düyündə.
Dartıldı düyün haçan? Görünmür!
Çünki kələfi açan görünmür!
Çünki kələfi dolaşdıran var,
Ölsün kələfi dolaşdıranlar!
Ey elçi, bahar fəğanə dönmüş,
Sülhün gəlişi gümanə dönmüş.
Yaxşı görünən yamanə dönmüş,
Qəlb içrə fərəh fəğanə dönmüş,
Qəlb içrə fərəh fəğanə dönmüş.
Ey elçi, edib güvənci təb'ə
Yazmaqda qələm bu yerdə qit'ə:
QİT'Ə
Guya Ərəbistandə qışdı,
Guya ki, "ərəb baharı" gəldi.
Amma ki, ərəb baharı yox, yox,
İnsanların ahü zarı gəldi.
Hər gün nə qədər adam qırıldı,
"Şadəm" deyənin qübarı gəldi.
Aram diləyən peşiman oldu,
Aramı yox, intizarı gəldi.
Bağ qalmadı Bağdaddə abad,
Güllər yoxa çıxdı, xarı gəldi.
Tunis azan edəndə tüğyan,
Misrin, Yəmənin azarı gəldi.
Kafərlərə qismət oldu fürsət,
"İslamə hücum" şüarı gəldi.
Minlərlə ərəb həlak edildi,
Minlərlə şəhid məzarı gəldi.
Gördüm yuxuda: İraqə dəstək
Həzrət Əli zülfüqarı gəldi.
Amma ki, yuxuydu bu, təəssüf,
Əfsus, nə dost, nə yarı gəldi.
Bel bağlamaram daha əduyə,
Zənn etmərəm e'tibarı gəldi.
Çox gözləmişik abır-həyanı,
Nə abrı onun, nə arı gəldi.
Guya ki, "ərəb baharı" gəldi,
Guya ki, "ərəb baharı" gəldi.
Hər ləhzə adın gəzir dodaqda,
Ey elçi, qələm gəzir varaqda:
"Çün feyze-vücudin ilə, ey pak,
Rəşke-fələk oldu ərseye-xak,
Didarını görməyi mələklər,
Pabusinə yetməyi fələklər,
Çox eyləyib iztirab peyda,
Allahdən etdilər təmənna.
Bir yaxşı zaman, şərəfli saət
Rəf oldu dualərə icabət.
Cibril yetib, yetirdi fərman:
- Key sərve-riyazi-elmü irfan!
Xurşidini ərşə sayə qılğıl,
Me'racı büləndpayə qılğıl!" .
Me'racə gedən rəsul sən oldun,
Həqq dərgəhinə qəbul sən oldun.
Dərgahə səni apardı Rəbbim,
Səndən səva getməmişdi heç kim.
Əlbət sənə çox xətir qoyuldu,
Me'rac sənin nəsibin oldu.
Rəbbin işığı sənə yönəldi,
Me'racə gedən yolun gözəldi,
Me'racə gedən yolun açıqdı,
Hər ləhzə uğur yoluna çıxdı.
İqbalın üzə fərəhlə güldü,
Rəbbin nuru üstünə töküldü.
Dərgahə səni O də'vət etdi,
Ey elçi, səninlə söhbət etdi.
Bundan da gözəl səyahət olmaz,
Bundan da böyük fəxarət olmaz,
Bundan da qəşəng ziyarət olmaz,
Bundan da şərif şərafət olmaz.
İlhamə gəlib bu dəm, bu nə'tə
Bir qit'ə də eylədim izafə:
QİT'Ə
Getdin elə sür'ətlə keçib göyləri, sanki
Sən me'raca möhtac, sənə möhtac idi me'rac.
Taxtın da yox idi, sənin ey elçi, tacın da,
Me'rac idi taxtın, başına tac idi me'rac.
Ey elçi, həyatında sənin ən şən olan dəm
Me'rac idi, me'rac idi, me'rac idi, me'rac!!!
İslamımızı yamanlayan var!..
Bilmirmi məgər yamanlayanlar
İslam evi pakizə məkandır?
İslamə yaman deyən yamandır!
İslamı təməlçilik sayanlar,
İslamı yarımçıq anlayanlar
Bilmir bu günün sabahı vardır?
İnkar edənin günahı vardır!
Bilmirmi məgər nə dindir islam?
Bilmirmi məgər mətindir islam?
İslam elə bərqərar olub ki,
Möhkəm qoruyur onu İlahi.
Bilmirmi məgər xilaskarım var?
İslamı xilas edir xilaskar!
Bilmirmi məgər İlahi vardır,
Hər yerdə, həmişə bərqərardır!
Bilmirmi ki, Həqq qisası labüd?
Bilmirmi ki Həqq cəzası labüd?
İslamımızın var ehtirami,
Allah özüdür bu dinə hami!
Qur'ane-Kərim elə kitab ki,
Tərtib eləyib onu İlahi!
Allah sözüdür kitab, mə'lum,
Küfr eyləsə kim, əzab mə'lum,
Kim doğru yola yönəlməz olsa,
Kim düzgün inamə gəlməz olsa,
Kim söyləsə ki, "sözüm hamandır",
Üqbadə onun halı yamandır.
Ey elçi, xitam verib bu bəhsə,
İnşa elədim qəzəl bu ləhzə:
QƏZƏL
Kamil yaranan insan xilqətdə Məhəmmədir,
İnsanı edən heyran qüdrətdə Məhəmməddir.
Me'racına Allahın bir anda gedib çatdı,
Heyrətdə qoyan xəlqi sür'ətdə Məhəmməddir.
Kafər... və cuhud cəngi... Xeybər və Uhud cəng
Yağiyə gələn üstün cür'ətdə Məhəmməddir.
Üstünlük edən varmı mə'na ilə surətdə.
Mə'nadə Məhəmməddir, surətdə Məhəmməddir.
Qur'an elə hikmət ki, hikmət dənizində - lə'l!
Lə'li də edən heyran hikmətdə Məhəmməddir.
Şöhrət gəzən, ey qafil, şövkət gəzən, ey cahil,
Şöhrət də Məhəmməddir, şövkət də Məhəmməddir.
Ən mö'təbər insan var, fövqəlbəşər insan var,
Əlbəttə Məhəmməddir, əlbəttə Məhəmməddir.
Ömrüm boyu, ey şair, kimdən götürüm ibrət?
Örnək də Məhəmməddir, ibrət də Məhəmməddir!!!
Ey elçi, sözüm bitir bu yerdə,
Nə'tin axıra yetir bu yerdə.
Səndən söz açıb da əhdə çatdım,
Bir namə yazıb nə't yaratdım.
"Bismillah" ilə yazıldı namə,
"İnşallah" ilə yetir təmamə.
"Bismillah"ı eylədikcə təkrar,
"İnşallah" edir məni ümidvar.
"İnşallah"ı söyləyib ürəkdən,
"Bismillah"a bəslərəm ümid mən.
"İnşallah" elə İlahi söz ki,
Vəcd ilə başa yetirdi nə'ti.
"İnşallah"ı eylədikcə əzbər,
İnşallah, olar murad müyəssər.
"İnşallah"a e'tibar qanımda!
"İnşallah"a sevgi var canımda!
"İnşallah" ilə coşarsa ilham, Nəzm ahusunu mən eylərəm ram.
"İnşallah" ilə qələm dil açsa,
"İnşallah" ilə nə't gül açsa,
Çox tazə şe'r edib də hasil,
Durram neçə şairə müqabil.
Münsiflərədir sözüm nəhayət,
İnşallah, alar bu nə't qiymət.
Yaxşı sözümə olunmaz inkar,
Zəhmət ağacım mənim verər bar.
Ey elçi, sözüm xitamə yetdi,
Nə'tin biri də təmamə yetdi.
Sonda əlimi açıb göyə mən,
Yazdım təzə bir qəzəl ürəkdən:
QƏZƏL
Odur rəhbər, odur rəhbər, Məhəmməddir, Məhəmməddir,
Müsəlmanə olan sərvər Məhəmməddir, Məhəmməddir.
Çox insanlar gəlib getmiş, Süleymanlar gəlib-getmiş,
Ən ülvi, şanlı peyğəmbər Məhəmməddir, Məhəmməddir.
Sonuncu elçidir gəlmiş, sədası ərşə yüksəlmiş,
Eşitsin dəmbədəm kafər: Məhəmməddir, Məhəmməddir!
Müxənnəsdən pənah olmaz! Sözüm haqdır, günah olmaz!
Əsl hami, əsl yavər Məhəmməddir, Məhəmməddir.
Məhəmməd ümməti gəlsin və küfrün qəlbini dəlsin,
Çəkən şəmşir, vuran xəncər Məhəmməddir, Məhəmməddir.
Bütün dinlər olar məqbul bəşərpərvər əgər olsa,
Bəşərpərvər və dinpərvər Məhəmməddir, Məhəmməddir.
Hədislər var şirin-şəkkər, çox illər eylədik əzbər,
Kəlamından səpən gövhər Məhəmməddir, Məhəmməddir.
Səlam olsun ona hər dəm, inam olsun ona hər dəm,
Bizə sərkərdə, sərləşkər Məhəmməddir, Məhəmməddir.
Dodaqlar eyləsin təkrar: Bu adda möhtəşəmlik var,
Bu ismi eyləyək əzbər - Məhəmməddir, Məhəmməddir.
Birinci sətrini şe'rin coşub təkrar edir şair:
Odur rəhbər, odur rəhbər, Məhəmməddir, Məhəmməddir!!!
3-7 fevral 2013