-
10 SUTKA HƏBS
Nəsimi rayon Məhkəməsinin qərarı ilə Əbülfəz Qurbanlı, Turqut Qəmbər və İlkin Rüstəmzadə 10 sutka həbs cəzası alıb.
3 NƏFƏR SAXLANIB
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qətliamın anım mərasimində saxlanan 3 nəfər - NİDA üzvü Turqut Qəmbər, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə Nəsimi rayon Məhkəməsinə aparılıb.
Bu barədə AzadlıqRadiosuna NİDA Hərəkatının üzvü Kənan Qasımlı məlumat verib.
Hazır məhkəmə prosesi davam edir.
POLİS İMKAN VERMƏDİ
ADNA-da törədilən terror aktının ildönümü ilə əlaqədar bir qrup gənc Akademiyanın binası qarşısında anım tədbiri keçirməyə cəhd edib.
Ərazidə olan polislər gənclərin anım mərasiminə icazə verməyiblər.
Gənclərin bir qrupu isə Bulvarda, konsert keçiriləcək əraziyə etiraz əlaməti olaraq güllər qoyublar, şüarlar səsləndiriblər.
Anma mərasimi bir neçə dəqiqə davam edib.