-
İsmayıllıda yandırılan «Çıraq» otelinin yerində 5 mərtəbəli yaşayış binası tikilir.
Bunu AzadlıqRadiosuna tikinti işlərini aparan «A+A» MMC-nin nümayəndəsi deyib.
Bu il yanvarın 23-24-də İsmayıllıda icra hakimiyyəti başçısının istefası tələbilə etiraz aksiyası keçirilmişdi. Etirazlara səbəb «Çıraq» otelinin inzibatçısı Emil Şəmdinov və tanışı Elməddin Məmmədovun sərxoş halda rayon sakinlərini təhqir etməsi olub. Həmin şəxsləri döyən sakinlər daha sonra rayonun girəcəyindəki «Çıraq» otelini yandırıblar.
18 nəfər həbs olunub. Onlar Cinayət Məcəlləsinin 186.2 (külli miqdarda əmlakı məhv etmə), 233 (kütləvi iğtişaşlar təşkil etmə və iştirak etmə) və 315.2 (polisə müqavimət) maddələri ilə ittiham olunurlar.