-
...Bir gün böyük bir qarğa tutdu, qanadlarını qırmızı, boynunu mavi, quyruğunu da yaşıl rəngə boyadı...
"Oxu zalı"nda başladığımız "Postmodernizm" layihəsində Qismət sizi dünyanın ən məşhur postmodernist yazarları ilə yaxından tanış edir.
QİSMƏT
JERZY KOSİNSKİ: SİZİ TELEVİZORDA GÖRMÜŞƏM
Jerzy Kosinskinin bir az gerçək, bir az da yalan həyat tarixçəsi haqqında yarıməfsanəvi söhbətlər indiyə qədər davam edir.
1991-ci ildə bir ovuc həbi udandan sonra başına sellofan torba keçirib intihar edən Kosinski geriyə vəsiyyət yerinə oxuna biləcək bir cümləlik məktub qoymuşdu:
"Həmişəkindən bir az çox yatacam, buna əbədiyyət də deyə bilərsiniz."
Kosinski haqqında bir-birinə daban-dabana zidd müxtəlif fikirlər var.
Bəziləri onu İkinci Dünya müharibəsinin ağrılarını bədii sözə çevirən ən böyük romançılardan biri sayır, bəziləri isə onu, sadəcə, böyük mistifakator hesab edir.
Bu fərqli yanaşmalar əbəs yerə yaranmayıb.
Bir az əvvələ qayıdaq.
Kosinski ona dünya şöhrəti gətirən "Boyalı quş" (“The painted bird”) romanını İkinci Dünya Müharibəsi illərində yəhudi soyqırımından qaçmaq üçün ailəsi tərəfindən yaşlı bir kəndli qadının yanına atılmış 6 yaşlı uşağın dilindən yazıb.
Roman çıxandan sonra bəzi tənqidçilər Kosinskinin tənqid edirlər ki, bütün bunlar gerçək ola bilməz, çünki hadisələr çox şişirdilmiş təsir bağışlayır.
Lakin onunla eyni dönəmdə Polşada yaşamış dostları bu etirazalara belə cavab veriblər:
"O illərdə baş verənləri görsəydiniz, bilərdiniz ki, Kosinskinin romanı şirin xalq nağılıdır."
İndiyə qədər haqqında spekulyasiyalar davam etsə də, Kosinskinin "Boyalı quş" əsəri təkcə, bütün zamanların ən təsirli romanlarından biri hesab edilmir, həm də bəşəriyyətin qanlı tarixinin ən ciddi bədii sənədlərindən biri sayılır.
Qəribəsi odur ki, Kosinkisinin uşaq vaxtı öz gözləri ilə gördüyü, zədəsini ömrünün sonuna qədər içində daşıdığı o qanlı illərdə baş verənlər heç də sadə xalqla əsgərlər arasında baş verənlər deyil.
Kosinskinin romanında bütün iyrəncliklər, savaş, işgəncə səhnələri, ağılasığmaz ölüm cəzaları hamısı sadə xalq nümayəndələrinin arasında baş verir.
Jerzy Kosinski xalqın özünün özüylə, öz vicdanıyla arasındakı savaşı azyaşlı bir uşağın dilindən danışır və bu qəribə savaşda nə faşistlər var, nə də ordu var, nə atışma var. Müharibə Kosinkinin romanında arada hiss edilən, yaxında olduğu duyulan, amma həm də hardasa aralıda olan bir şeydir. Kosinki daha çox müharibənin insanları nəyə çevirdiyini yazır, insanların özləriylə anlamsız savaşını yazır; elə bir savaşı ki, burda hamı məğlubdur.
Romana adı verilən boyalı quşun əhvalatı da bu mənada çox təsirlidir.
Həmin parçaya baxaq: "Bəzən günlər keçər, amma Lüdmila itib-batar, görünməzdi. Onda böyük bir qəzəb, kin Lexin içini gəmirərdi. Gözlərini quşlara dikər, saatlarca öz-özünə donquldanardı. Günlərcə uzun-uzun düşündükdən sonra, ən gözəl quşlardan birini seçərdi. Quşu biləyinə bağlayar, min cür qəribə şeyi bir-birinə qatıb qoxulu bir boya düzəldərdi. Bu boyadan cürbəcür rəngdə düzəldər, ayrı-ayrı qutularda saxlayardı. Sonra bir quş seçər, onun başını, qanadlarını, boynunu düzəltdiyi boya ilə rəngləyər, quşun tüklərinə bir dəstə yabanı çiçəyin göz qamaşdıran parlaqlığını verərdi. Sonra meşənin içində irəliləyərdik, xeyli gedəndən sonra Lex dayanar, quşu biləyindən açıb mənə verər və ayaqlarından tutub yellətməyimi istəyərdi. Məni quşu yellətdikcə, quş civildəyər, onun səs-küyünə gələn quşlar başımızın üstündə uçuşmağa başlayardı. Əlimdəki quş başımızın üstündə uçuşan yoldaşlarına qoşulmaq üçün əlimdə çırpınar, boyalı vücudunun içindəki ürəyi dəlicə döyünərdi. Başımızın üstündə lazımi qədər quş yığılandan sonra, Lex mənə işarə verib quşu buraxmağı əmr edərdi. Quş sevincək dostlarının yanına uçardı. O biri quşlar bir müddət aralarına qatılan bu boyalı quşa baxar, heç nə anlamazdılar, boyalı quş isə əbəs yerə onları inandırmağa çalışardı ki, mən də sizdənəm. Parlaq rənglərinə baxıb quşu tanımayan yoldaşları, ondan şübhələnər, sonra dalbadal ona hücum edib onun tüklərini yolar, dimdikləyərdilər. Tüksüz və qan içində qalmış zavallı quş uça bilməz, düşərdi. Eyni səhnə tez-tez təkrarlanar, qurbanlarımızın həmişə ölüsünü tapardıq. Quşun gövdəsindəki yaralardan axan qan boya ilə qarışar, quşçu Lexin əlinə bulaşardı. Amma dəli Lüdmila gəlməzdi, xəyal qırıqlığına düşmüş Lex bir-bir quşları qəfəsdən çıxardıb rəngləyər, onları qəddar yoldaşlarına təslim edərdi. Bir gün böyük bir qarğa tutdu, qanadlarını qırmızı, boynunu mavi, quyruğunu da yaşıl rəngə boyadı. Bir qarğa sürüsünün komamızın üstündən uçduğunu görən kimi qarğanı havaya buraxdı. Boyalı qarğa yoldaşlarının arasına qarışan kimi dəhşətli bir savaş başladı. Dört tərəfdən bütün qarğalar "saxtakarın" üstünə cumdular.Sonra havada qara, qırmızı, mavi və yaşıl tüklər uçuşmağa başladı. Qarğalar lap yüksəyə qalxdılar, birdən qurbanımızın fırlana-fırlana tarlaya düşdüyünü gördük. Quş hələ yaşayırdı. Dimdiyini yumub-açır, qanadlarını tərpətməyə çalışırdı, amma əbəs yerə. Qardaşları gözlərini çıxarmışdılar. Qan sel-su kimi axırdı tüklərinin üstünə. Yapışqan palçıqdan xilas olmaq, dikəlmək üçün son dəfə cəhd etdi, artıq gücü qalmamışdı."
Bu ağrılı əhvalat yalnız görünüşcə, düşüncəcə fərqli olmağa verilən cəza haqqındadır. Kosinskinin romanı dilindən nəql etdiyi balaca qəhrəmanı İkinci Dünya Müharibəsi zamanı valideynləri tərəfindən bir kəndliyə verilib.
Mərkəzi Avropada bir kənddən o biri kəndə sürüklənən uşağın faciəsi təkcə balaca olmağında, valideynlərindən uzaq qalmağında deyil, onun faciəsi həm də görünüşcə ətrafındakılar kimi olmamağındadır.
Bu qarabəniz, qaragöz musəvi uşaq kəndlərindən başqa yerə getməyən, öz aralarında yaşayan, dalaşan, ölən-öldürən sarı saçlı, ağbənizli, mavi gözlü kəndlilərin arasında boyalı quş kimidir.
Getdiyi bütün kəndlərdə hamı uşağı ya qaraçı, ya da yəhudi hesab edir. O günlərdə almanlar yəhudiləri qırırdılar deyə, normal ailələrdən heç kim canının qorxusundan uşağa yiyə durmur. Uşaq harda anormal, xəstə, psix, əcaib varsa onların yanına düşür həmişə.
Boyalı quş əhvalatı ilə Kosinski çox ağır bir həqiqəti metaforikləşdirir: min illərdi fərqli olana, başqa cür olana qarşı həmişə önhökmlə yanaşan bəşəriyyətin ağrılı aqibəti.
XX əsr bizə göstərdi ki, dili, dini, irqi, mədəniyyəti başqa cür olana qan uddurmaq hələ deyəsən çox çəkəcək.
Mütləq humanizm ideyası insan olan yerdə deyəsən tam mümkün deyil.
"Boyalı quş"lara verilən cəzalar həmişə dəhşətli olub. Qalileyi xatırlayın, Brunonu xatırlayın, Lorkanı xatırlayın, Müşfiqi xatırlayın...
Ən xırda məişət səviyyəli şeylərdən başlayaraq ən yüksək səviyyəli ideyalara münasibətdə dözümsüzlük indi də bizi mühasirəyə alıb.
Saçı uzun olana, şalvar geyinən qıza-gəlinə, saqqal saxlayan möminə, sırğa taxan oğlana, rəngli əlbisələr sevən adamlara olan dözümsüzlükdən başlanan aqressiya özünü bütün sferalarda göstərir.
Və Kosinski bu problemi elə bir dilnən, elə bir rakursdan yazır ki, dünyanın bütün dillərində eyni dərəcədə təsirli, eyni dərəcədə ağrılı səslənir.
Jerzy Kosinskini məşhurlaşdıran əsər "Boyalı quş" olsa da, onun ingiliscəsi "lazımı vaxtda, lazımı yerdə olmaq" mənasında işlənən "Orada olmaq" (Being There) romanı dünyada siyasət və siyasətçilər olduqca aktuallığını saxlayacaq.
Çox incə və eyni zamanda çox da dərin politik ironiya nümunəsi olan bu roman əsasında 1979-ci ildə eyniadlı film də çəkilib.
Romanın baş qəhrəmanı adı simvolik olan Chance Gardnierdir. (Chance - Şans, Gardnier bağban - deməkdir.)
Chance-ın əqli kəmliyi var; o, uşaq yaşlarından varlı bir qocanın həyətində bağbanlıq edir.
Böyük həyətdə Chance-ın balaca bir evi var.
Bütün ömrü boyu həyətdən kənara çıxmamış, yalnız bu həyətdə ağaclara, güllərə qulluq etmiş və balaca evində televizora baxaraq qocalmış Chance nə oxuya, nə də yaza bilir.
Bir gün evin sahibi qoca ölür və vəkillər gəlib hüququ işləri görürlər, bu zaman aydın olur ki, Chance-ın heç bir sənəddə adı yoxdur, onu çemodanı ilə birgə çölə atırlar.
"Orda olmaq" filminin treyleri
Təxminən 50 yaşlarında olan Chance həyatında ilk dəfə xarici aləmə qədəm basır, heyrətdən gözləri böyüyür.
Əynində dəbdən düşmüş, amma təmiz, səliqəli kostyumu ilə sərkərdan Chance adamların o qədər diqqətini çəkmir.
İş elə gətirir, Chance-ı bir limuzin vurur, limuzində bir milyarderin həyat yoldaşı olur.
Qadın onu evlərinə aparır ki, Chance-ı evdə müalicə etsinlər.
Qadının həyat yoldaşı Rand Amerikanın ən məşhur biznesmenlərindən biridir və yataq xəstəsidir.
Amma yaşlı biznesmen Chance ilə tanış olur və ondan xoşu gəlir.
Çünki Chance hamının verdiyi suallara yalnız televizordan eşitdiyi şablonlarla və bağbanlıq haqqında bildiyi adi sözlərlə cavab verir.
Hamı düşünməyə başlayır ki, Chance çox müdrik adamdı, onun sözlərində dərin, irfani anlamlar var.
Romanın ən qəribə səhnələrindən biri Amerika prezidentinin yaşlı biznesmen Randın evinə qonaq gəlməsi, onunla ölkənin ağır iqtisadi vəziyyəti ilə bağlı məsləhətləşdiyi səhnədir.
Bu görüşdə yaşlı Rand Chance-ın da iştirak etməsini istəyir.
Prezident Randla söhbətdən sonra birdən üzünü Chance-a tutub ölkənin iqtisadi vəziyyəti haqqında nə düşündüyünü soruşur.
Chance gülümsəyir, "Mən sizi televizorda görmüşəm" deyir və başlayır prezidentin sualına həmişəki kimi bağbanlıq bilikləri ilə cavab verməyə:
"Fəsillər dəyişir, yarpaqlar solur, sonra yenidən açır. Əsas odur ki, kökləri möhkəmlədəsən, qalan şeylər yaxşı olacaq."
Chance bu sözləri prezidentə çox təsir edir, bunu çox optimist yanaşma hesab edir, axşam televizordakı çıxışında Chance-dan sitat gətirir.
Chance bir günün içində ölkənin bir nömrəli adamı, hamının dalınca qaçıb bir söz soruşmaq istədiyi müdrikə çevrilir...
Kosinskinin ironiyası absurdla ekzistensiyanın sərhədində, öldürücü postmodern kinayədir.
Qəti narahat olmayın, iş absurda gələndə biz heç kimdən geridə qalmırıq :
"Lissabonun sammit şəhərində","İks-iks-inci əsrdə" kimi dərin irfani fikirləri bizdə Chance kimi televizorda görmüşük.
Və təkcə televizorda yox...