Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:56

Azərbaycan hökuməti haralıdır? (İNTERAKTİV XƏRİTƏ)


İnsanın şəxsi keyfiyyətlərinə birbaşa aidiyyatı olmasa da, qeyri-formal şəraitdə Azərbaycanlıları maraqlandıran ilk sual məhz budur - Haralısan? Biz bu sualı Azərbaycan dövlət ierarxiyasına ünvanlayırıq

-
Azərbaycanda 44 nazir, dövlət komitəsi sədri və başqa ali dövlət vəzifəsi tutan adamdan 15-i eyni regionda – prezident İlham Əliyevin ata vətəni Naxçıvanda doğulanlardır.

Azərbaycan hakimiyyətini regionçuluqda ittiham edən yerli jurnalistlər iddia edirlər ki, ata-babası Naxçıvana, ya da Ermənistana bağlı olmayan şəxsin yüksək dövlət vəzifəsi tutmaq şansı yoxdur. Bu iddiaların gerçəyə nə qədər yaxın olduğunu yoxlamaq üçün nazirlər, dövlət komitəsi sədrləri və ali dövlət rəhbərlərinin regional mənsubiyyətlərinə nəzər saldıq.

Tərtib etdiyimiz xəritədəki dövlət adamlarının coğrafi mənsubiyyəti şərtidir, həmin şəxslərinin, bəzi hallarda isə onların valdeynlərinin doğulduğu yer haqda məlumatlar əsasında tərtib olunub.

Açıq mənbələrdən götürdüyümüz bu məlumatlara əsasən, Azərbaycan dövlətinin idarəolunması sistemində iştirak edən 44 vəzifəli şəxsdən 15-nin özü və ya atası prezident İlham Əliyevin ata vətəni Naxçıvanda doğulub. 5 məmur isə Ermənistandan qovulan azərbaycanlı qaçqınlardır.

9 yüksək vəzifəli dövlət məmurunun regional mənsubiyyəti isə Bakı və Abşeron ərazisidir. Bizim söhbət etdiyimiz təhlilçilərin çoxu əminliklə iddia edirdi ki, onların da əksəriyyətinin ulu babaları dərindən araşdırılsa, yenə prezidentin yerliləri çıxacaqlar.

Maraqlıdır ki, bu xəritədə ölkənin ikinci ən böyük şəhəri sayılan Gəncədən bir nəfər də yoxdur. Yalnız Baş nazir Artur Rasizadənin tərcümeyi-halında Gəncədə doğulduğu yazılıb. Amma onun da atası - kənd təsərrüfatı mütəxəssisi, aqronom və şair Tahir Rasizadə Naxçıvan şəhərində anadan olub.


Ali dövlət vəzifələrində olanların şərti regional mənsubiyyətləri əsasında hazırlanmış interaktiv xəritə ilə aşağıda tanış olun: Xəritədə göstərilən yüksək vəzifəli dövlət məmurlarının regional mənsubiyyətləri, hakimiyyətdə regionçuluq barədə fikirlərini aşağıdakı foruma yaz, bildiklərini sən də bölüş.

XS
SM
MD
LG