Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:37

Avronu icad edən onun ləğvinə çağırır


GeArxiv foto
GeArxiv foto
-


Almaniyanın keçmiş maliyyə naziri Oskar Lafontaine cənubi Avropanın maliyyə dirçəlişi naminə vahid valyutanın ləğvinə çarıb.

O bildirib ki, avronun bundan sonra da mövcud olması fəlakətə aparır.

"İqtisadi vəziyyət aydan-aya pisləşir, işsizlik elə bir həddə çatıb ki, demokratik strukturları getdikcə daha çox şübhə altına alır” – Lafontaine deyib.

O daha sonra bildirib: "Almanlar hələ də başa düşmürlər ki, hazırkı miskin vəziyyəti Fransa da daxil olmaqla cənubi Avropanı gec-tez alman hegemonluğuna qarşı çıxmağa məcbur edəcək”.

Oskar Lafontaine
Oskar Lafontaine
Oskar Lafontaine Almaniyanı ixracat payını genişləndirmək naminə maaşları dondurmaqda ittiham edib.

MERKELİN MÜRGÜSÜ

Cənab Lafontaine deyib ki, kansler Angela Merkel özünün “müştəbeh mürgüsündən” o vaxt oyanacaq ki, maliyyə fəlakətinə düşən ölkələr Berlinə qarşı vahid cəbhədə birləşəcəklər.

Belə görünür ki, onun bu proqnozu Fransanın maliyyə naziri Pierre Moscovici-nin son bəyanatı ilə səsləşir. Moscovici elan edib ki, Fransa qənaət siyasəsətinə son qoyur.

Parisin “zəfər” adlandırdığı bu qərar onun Berlinlə münasibətlərini son dərəcə gərginləşdirəcək.

"Qənaətcillik qurtardı, - deyib Fransa naziri – və bu, avro tətbiq olunandan bəri qənaətcillik ehyamı üzəruində bizim ən böyük qələbəmizdir”.

Cənab Moscovici bu bəyanatı Brüssel Madrid və Parisə büdcə kəsirinin 3 faiz azaldılması üçün əlavə iki il vaxt verdikdən sobnra səsləndirib.

Mətbuat yazır ki, Fransanın belə ruh yüksəkliyi Berlindəki sərt xətt tərəfdarlarını əsəbiləşdirə bilər.

Almaniyanın vise-kansleri Philipp Rösler Avropa Komissiyasının bu qərarını məsuliyyətsiz addım adlandırıb.

Fransa-Almaniya müttəfiqliyi yarım əsrdir ki, Avropa İttifaqının hərəkətverici qüvvəsi olub.

Lakin indi, Fransa Sosialist Partiyası Angela Merkel-i “xudbin inadkarlıqda” ittiham edəndən sonra bu müttəfiqlik heçə endilirib.

Sosialıstlər bildiriblər ki, Merkel-i “yalnız alman əmanətçilər, Almaniyanın ticarət balansı və özünün seçki gələcəyi maraqlandırır”.

AVROPANIN ƏN TƏHLÜKƏLİ ADAMI

Cənab Lafontaine deyib ki, o, vaxtilə Avropa Valyuta İnttifaqını dəstəkləyib, lakin indi, bu ittifaqın yaşarı olmasına inanmır.

O qeyd edib ki, İspaniya, Portuqaliya və Yunanıstan daxili devalvasiya etməyə məcburdurlar və bu, son nəticədə fəlakətlə qurtaracaq.

Oskar Lafontaine Britaniyanın populyar “The Sun” qəzeti tərəfindən “Avropanın ən təhlükəlıi adamı” elan edilmişdi.

Çünki o, 1998-ci ildə “birləşmiş Avropa” təşəbbüsünü irəli sürmüş və Avropa ölkələrinin suverenliyinin ləğvinə çağırmışdı.

Avro 1999-cu ilin 1 yanvarında elan edildi. Bundan az sonra Oskar Lafontaine də Sosial-Demokrat Partiyasını tərk etdi.
XS
SM
MD
LG