-
Londondakı Freyd Muzeyi bir eksponatın— seans zamanı ünlü psixoanalitikin pasiyentlərinin uzandığı kuşetin bərpası üçün vəsait toplamağa başlayıb.
Xəbəri «The Guardian» yayıb.
Muzeyin direktoru Dawn Kemp-in dediyinə görə, kuşetin bərpasına 5 min funt sterlinq lazımdır. Dawn Kemp bu fikirdədir ki, bərpaya dizayn sahəsində ixtisaslaşan özəl kompaniyalardan biri pul bağışlaya bilər.
Kuşet çox qiymətli və zərif olduğundan muzey direktoru onu elə yerindəcə bərpa etməyi bacaran mütəxəssis tapmaq istəyir.
Freud-in pasiyentlərinin uzandığı bu məşhur kuşet Londona Vyanadan gətirilib.
Psixoanalitikə onu 1890-cı ildə imkanlı bir müştərisi— Madame Benvenisti hədiyyə edibmiş.
1938-ci ildə Freud nasistlərdən qaçanda, başqa şeylərlə birlikdə kuşeti də Böyük Britaniyaya gətirib. O vaxtdan bu əşya Freud-in London yaxınlığındakı evindədir.
Muzeyin direktoru kuşeti Freud-in evinin ən başlıca predmeti sayır. Psixoanalitik ölənədək (1939) bu əşya onun evində olub.
Daha sonra kuşet qızı Anna Freud-ə yadigar qalıb.
Anna 1982-ci ildə vəfat edib və Hempstiddəki evi muzeyə çevirməyi vəsiyyət edib.
Dünyaca ünlü psixoanalitik Sigmund Freud 1856-cı il mayın 6-da Avstriyada doğulub və 1953-cü il sentyabrın 23-də Londonda 83 yaşında vəfat edib.
O, psixoanalizin banisi sayılır.
Freud Şərq dillərinə marağı ilə seçilib.
Onun zəngin xalça kolleksiyası olub.
Deyilənə görə, o, İran Azərbaycanında toxunan xalçalara üstünlük verib.
Freud xalçalardan seansları daha səmərəli etmək üçün istifadə edirmiş.