Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:41

Azərbaycanın Litvadakı səfiri Eurovosion-la bağlı gizli videodan danışdı


Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə AzadlıqRadiosuna bildirib ki, Litvanın 15min.lt portalında yayılan videoda səsləndirilən fikirlərin Azərbaycana adiyyatı yoxdur və əsassızdır:

«Litva azərbaycana ötən il də 12 bal səs verib. Bu il də Azərbaycan təmsilçisinin çıxışı Litvada böyük maraqla qarşılanıb. Litvanın bu il Azərbaycana yenidən 12 bal verməsi ancaq Fəridin uğurlu çıxışına görədir».

Səfir əlavə edib ki, 15min.lt portalında səs qarşılığında naməlum şəxslərin guya ödənişlər etməsi böhtandır.

Litvanın 15min.lt portalında Eurovision finalında səslərin alınması cəhdi ilə bağlı video yayılıb. Gizli kamera ilə çəkilən videoda kafedə bir qrup arasında söhbət gedir. Onlardan 2-si digərlərinə təklif edir ki, Eurovision finalında Azərbaycana səs vermək üçün qruplar təşkil etsinlər. 10 nəfərlik qruplar yaradıb, Vilnüsün müxtəlif rayonlarından lazım olan nömrəyə sms-lər göndərilərsə, hər qrupa 200 avro ödəyəcəklərini bildirirlər.

Videodakı şəxslərin kimliyi məlum deyil.
XS
SM
MD
LG