-
Hər şeyi futbola çevirməyi bacaran «The Independent» qəzeti Fransa universitetlərində elmi fənlərin ingiliscə tədrisi ehtimalına dair məqaləyə «Shakespeare - Molière 1:0 və ya linqvistik xəyanət» başlığı verib.
Fransanın ali təhsil naziri Geneviève Fioraso (Jeneviyev Fiaraso) bəyan edib ki, yeni qanun Fransa alimlərinin «beynəlxalq elm dilindən» daha yaxşı istifadəsinə imkan yaradacaq.
«The Guardian» təntənə hissini gizlətmədən yazır: «Nəhayət, ingilis dili ilə minillik savaşdan sonra fransız dili Fransa parlamentinin divarları arasında kapitulyasiya elan edəcək».
Xanım Fioraso-nu tənqid edən fransızlarsa məyus şəkildə bildirirlər ki, «bu, əslində Molière-in dilinin dünyanı fəth edən Shakespeare dilinin qarşısındakı rüsvayçı məğlubiyyətidir».
Fransa parlamentində bu gün – mayın 22-də keçirilən debatlarda Təhsil Nazirliyinin təqdim etdiyi layihə müzakirəyə çıxarılır.
Qanun layihəsində Fransa universitetlərində bir sıra elmi fənlərin ingiliscə tədrisi təklif olunur.
Fransa rəsmiləri bu addımı, necə deyərlər, keflərindən atmırlar. İngilis dili dünya boyunca elm dili olduğunu artıq təsdiqləyib və rəsmi Paris bunu gözardı edə bilməz. Ən azı ona görə ki, xarici tələbələr üçün Fransa universitetlərini daha cazibədar etmək lazımdır.
Digər tərəfdən də fransızlar üçün ana dilləri ingilis dilinə münasibətdə «qeyrət» məsələsidir.
Fransanın bir çox qəzeti Avropada və dünyada ingilis dilinin hakim mövqe tutmasını «linqvistik imperializm» adlandırır.
17-ci əsrdən bəri fransız dilini qısqanclıqla qoruyan rəsmi dövlət qurumu – «Fransız Dili Akademiyası» (Académie Française) xanım Fioraso-nu «linqvistik dövlət xəyanətində» ittiham edib.
Əsası 1637-ci ildə həmin o məşhur boz kardinal Richelieu tərəfindən qoyulmuş akademiya bu yaxınlarda öz internet saytında fransız dilində istifadəsi qadağan olunan ingilis sözlərinin geniş siyahısını diqqətə yetirib.
Fransa televiziyasında ədəbiyyat verilişləri aparan Bernard Pivot deyib ki, «ingilis dilini universitetlərimizə buraxsaq, ana dilimiz ölümə məhkum olacaq».
Bununla belə, ali təhsil nazirini dəstəkləyən bir çox nüfuzlu alimlər bildirirlər ki, yeni qanunun qəbulu çoxdan bəlli reallığın etirafından başqa bir şey deyil.
Fransız dili danışıq dili kimi dünyada səkkizinci yerdədir.
İngilis dili çin dilindən sonra dünyanın ikinci ən çox danışılan dili sayılır, üstəlik, qlobal elm dili hesab olunur.
Fransanın 12 aparıcı alimi «Le Monde» qəzetində dərc olunmuş açıq məktubda bildirirlər ki, «ölkəmizin linqvistik bunkerizasiyası yetişməkdə olan gənc nəsli şikəst edə bilər»…
Fransanın ali təhsil naziri bildirib ki, Almaniya, Hollandiya və Skandinaviyanın əksər universitetlərində elmi fənlər ingiliscə tədris olunur və Paris bir az da geciksə, asiyalı tələbələrin heç biri Fransaya gəlməz.
Geneviève Fioraso-nu müdafiə edən solçu «Libération» bu xüsusda məqalələrinə ingiliscə başlıqlar qoyur: «Teaching in English. Let's do it» (İngiliscə təhsil. Bunu etmək lazımdır).
Lakin qəzetdə dərc olunmuş başqa bir məqalənin sərlövhəsi belədir: «Sex and condoms». Bu hələ harasıdır?