-
Britaniya mətbuatı yazır ki, Avropa Birliyi London və Parisin təzyiqi ilə Suriya üsyançılarına silah verilməsi üzərində embarqonu qaldırmağa məcbur qalandan sonra Moskva hava hücumlarından qoruyan müasir raketlərini Dəməşqə satmağa hazırlaşır.
Ekspertlərin fikrincə, hadisələrin bu şəkildə inkişafı Suriyaya dair Cenevrə sülh danışıqları ərəfəsində oyun kartlarını tamam qarışdırır.
İndiyədək 70 min insanın həyatına son qoymuş vətəndaş müharibəsini dayandırmaq üçün Cenevrə konfransına böyük ümidlər vardı. Amma indən belə Suriyaya onsuz da silah satan və bunu gizlətməyə gərək duymayan Rusiyanın əlinə ciddi bəhanə keçib.
Moskva Suriya üsyançılarına silahların verilməsinə dair embarqonun qaldırılmasına görə London və Parisi «odun üstünə yağ tökməkdə» ittiham edib.
RUSİYA SURİYANI QƏRBDƏN QORUDUĞUNU ETİRAF EDİB
Rusiya Xarici İşlər nazirinin müavini Sergei Ryabkov son bəyanatında yetərincə açıq danışaraq deyib ki, Moskva Dəməşqlə bağladığı müqaviləyə əsasən Suriyaya ən müasir S-300 havadanmüdafiə sistemlərini satacaq. Ryabkov tamamilə aydın şəkildə eşitdirib ki, bu silah Assad rejiminə «xarici müdaxilədən» qorunmaqdan ötrü verilir.
Cənab Ryabkov Rusiyanın bu vaxtadək Suriyaya hər hansı raket satıb-satmadığı barədə açıqlama verməyib.
O deyib ki, «Rusiya belə silahların Suriyaya verilməsindən doğan narahatlığı anlayır, ancaq əmindir ki, bu, münaqişəyə beynəlxalq miqyas vermək istəyən bir sıra qızğın başları sərinlədəcək».
Avropa Birliyinin diplomatları bildiriblər ki, Britaniya və Fransa Suriya üsyançılarını döyüş silahları ilə təchiz etmək niyyətindədir.
Onlar deyirlər ki, üsyançılara silah embarqosunu qaldırmaq Birlikdən ötrü çox çətin olsa da, bu, Bashar al-Assad rejiminə «güclü mesaj» olacaq.
O biri yandan Britaniyanın xarici işlər naziri William Hague bildirib ki, London Suriya qiyamçılarına dərhal silah verməyi planlaşdırmır:
«Bu qərar bizə gələcəkdə, vəziyyətin ağırlaşdığı və ya Assad rejiminin danışıqlardan imtina edəcəyi təqdirdə hərəkət azadlığı verir».
RUSİYA SURİYAYA SİLAH VERSƏ, İSRAİL NECƏ DAVRANACAĞINI BİLİR
Ekspertlər düşünürlər ki, son hadisələr Suriyanın qonşuları olan Türkiyə və İsrailin münaqişəyə çəkilmə ehtimalını xeyli artırır.
Mayın 28-də İsrailin müdafiə naziri bəyan edib ki, «o, Rusiyanın Suriyaya raket verəcəyi təqdirdə nə edəcəyini yaxşı bilir... Raketlər hələ göndərilməyib və mən ümid edirəm ki, göndərilməyəcək, amma bir qəza nəticəsində bu silahlar Suriyaya gəlsə, necə davranacağımızı bilirik».
Təhlilçilər bundan belə nəticə çıxarırlar ki, İsrail Suriyaya yeni hava zərbələrinə hazırlaşır.
Mayın əvvəllərində İsrail Suriya hava məkanına daxil olaraq Livanın Hizbullah təşkilatı üçün nəzərdə tutulduğu ehtimal olunan silahları vurmaq üçün hava zərbələri endirmişdi.
Bu zərbələr regiondakı vəziyyəti gərginləşdirmiş, Dəməşq cavab zərbələrinə hazır olduğunu bildirmişdi. Belə görüntü yaranır ki, Suriya üstündə Qərb-Rusiya qarşıdurması, Rusiya-İsrail qarşıdurması müstəvisinə keçir.
Moskva mümkün hava zərbələri barədə İsrailə xəbərdarlıq edib.
Rusiya Xarici İşlər nazirinin müavini Sergei Ryabkov Avropa Birliyinin silah embarqosuna son qoyması addımını «ikili standartların ifadəsi» adlandırıb.
Suriya millət vəkillərindən hakim BƏƏS Partiyasının üzvü Essam Khalil bildirib ki, üsyançılara silah verilməsi barədə qərar hökumət və müxalifət arasında danışıqlar imkanını heçə endirir.
Bu arada davakar mövqeyi ilə tanınan ABŞ senatoru John McCain gözlənilmədən Suriyaya gələrək üsyançılarla görüşüb.
Ekspertlərin fikrincə, bu səfərdən məqsəd rəsmi Dəməşqə təzyiqləri artırmaqdır.