Iyunun 1-də İstanbuldakı etirazlar davam edib. Gün ərzində polis insanların bir yerə toplaşmasına mane olmağa çalışıb. Lakin günün sonunda on minlərlə adam bir araya gələrək etirazları davam etdirilər.
İstanbulda Milliyet.tv-nin canlı görüntülərinə burada bax
İstanbuldakı Taksim parkının yerində ticarət mərkəzi tikilməsinə etiraz edən aksiyaçılar baş nazir Rajap Tayyep Erdoganın istefası tələbilə parka girməyə cəhd göstəriblər.
Erdogan isə bu gün televiziya ilə canlı yayımda tikintinin davam etdiriləcəyini və məsələnin ağac yox, artıq ideoloji məsələyə döndüyünü deyib.
Dünən də polis meydanında keçirilən etiraz aksiyasını dağıdıb.
20-dək adam yaralanıb.
Nümayişçilər 5 gün idi ki, parkda bu tələblə etiraz aksiyası keçirirdi .
Amma etiraz çox keçmədən baş nazir Erdoganın əleyhinə çevrildi.
Məlumatlara görə etiraz aksiyası ölkənin digər şəhərlərinə də yayılıb.
Həmçinin bu gün Ankarada polislə nümayişçilər arasında toqquşma olub.
Həmçinin İzmir, Konya və Bodrumda etiraz aksiyaları keçirilib.
Taksim parkında ənənəvi olaraq siyasi tədbirlər və nümayişlər keçirilir.