-
“Əgər mən Ərəb Əmirliyindəki evimdə, hovuzumun yanında qalsaydım, özümü satqın hesab edərdim”
Namiq Hüseynli
Anonim mübarizə, Wael Ghonim və onun “İnqlab 2.0” kitabı
“Google” şirkətinin Yaxın Şərq və Şimali Afrika bölməsinin marketinq direktoru Vael Qonimin (Wael Ghonim) adını bütün dünya 2011-ci ildə “TİME” jurnalının hər il müəyyən etdiyi reytinq cəndvəlində dünyanın ən nüfuzlu şəxsləri arasında birinci yerə çıxdıqdan sonra tanımağa başlayıb.
Vael Qonim 1980-ci ildə Qahirədə anadan olub. O 2004-ci ildə Qahirə Universitetini kompyuter mühəndisi ixtisası üzrə bitirib, daha sonra Qahirədəki Amerikan universitetində magistr təhsili alıb. O əvvəl yaşamaq üçün Amerikaya köçsə də, daha sonra, öz istəyilə xalqına kömək etmək üçün ölkəsinə qayıdıb.
Hər şey əslində 1981-ci ildə Misirin prezidenti Ənvər Sədatın öldürülməsi və Hüsnü Mübarəkin bundan istifadə edərək dərhal hakimiyyətə gəlməsindən başlayır və 2011-ci ilə qədər pis-yaxşı, çoxlu qurbanlar hesabına da olsa, Mübarək hakimiyyətdə qalır. Mübarək dörd dəfə, 1987, 1993, 1999, 2005 –ci illərdə böyük səs çoxluğu ilə prezident seçilir. 2011-ci ildə o, yenidən prezident seçiləcəkdi, ya da misirlilərin çoxunun gözlədiyi kimi oğlu Qamal Mübarəki öz yerinə prezident gətirəcəkdi. Lakin, 6 iyun 2010-cu ildə Misirin İsgəndəriyyə şəhərində baş verən bir hadisə Mübarəkin bütün planlarını alt-üst etdi.
Həmin gün 28 yaşlı siyasi fəal Xalid Səid internet-kafelərin birində oturub polislərin narkotika alverçilərindən topladıqları rüşvəti bölərkən çəkilmiş şəkil və videolarını sosial şəbəkələrə yerləşdirirmiş. Polislər onu iş başındaca yaxalayıb, kütlənin gözü qarşısında vəhşicəsinə döyüb, bundan sonra işgəncə vermək üçün gizli həbsxanaya aparıblar, bundan bir gün sonra Xalid Səid dünyasını dəyişib və onun eybəcər vəziyyətə salınmış üzünün, bədənin rəsmi internet saytlarında yayılmağa başlayıb.
Hadisədən dərhal sonra Facebookda onun xatirəsinə “Biz hamımız Xalid Səidik” (“We Are All Khaled Said”) adlı səhifə açıldı və bu səhifənin admini heç kimin tanımadığı “El Shaheed” adlı birisi idi. Sonralar bu adamın “Google” şirkətinin Yaxın Şərq və Şimali Afrika bölməsinin marketinq direktoru Vail Qonim olduğu ortaya çıxdı. O, həyatını itirmiş Səidin rəsmlərini Facebooka və onun necə öldürüldüyündən bəhs edən əhvalat və görüntülərdən ibarət videoları isə YouTube-a yerləşdirmişdi.
Bir həftə ərzində “Biz hamımız Xalid Səidik” səhifəsini 85 mindən çox insan bəyənir. 2010 -cu ilin sonlarında artıq bu səhifəyə hər gün yarım milyondan çox insan baxırdı. Qonim bu səhifəni hakimiyyət əleyhdarlarını bir yerə toplamaq və onları 25 yanvar inqilabına hazırlamaq üçün istifadə edirdi. O əvvəlcə yanvarın 14-də səhifənin üzvlərindən “yanvarın 25-də meydana çıxıb Tunisdəkiləri təkrarlamaq istəyirsinizmi?” deyə sorğu apardı. Bundan iki saat sonra o, Facebookda “25 yanvar: İşgəncə, Rüşvət, İşsizlik və Ədalətsizliyə qarşı inqilab” – tədbirini təşkil etdi. Bu, ilk çağırış idi və qısa vaxtda çoxlu insan bir yerə toplandı. O, anonim şəkildə siyasi fəallarla əməkdaşlıq edib, etirazların yerini müəyyənləşdirmək üçün müzakirələr aparırdı. Səhifədə həmçinin səssiz stendlər və polis təbliğat kampaniyasından nümunələr kimi maraqlı faktlar paylaşılırdı.
Misir fəalları ilk dəfə rejimlə mübarizə aparmaq təcrübəsini müsəlman inqilablarının başladığı Tunisli həmkarlarından öyrəniblər. Tunisdə etirazlar başlamazdan bir ay əvvəl Wikileaks saytı amerikan diplomatlarının yazışmalarını yaymışdı: “Problem göz önündədir: Tunisi 22 ildir eyni prezident idarə edir. Onunsa varisi yoxdur... Hər şey bir yana prezidentin ətrafında il-ildən korrupsiyanın səviyyəsi artır. Adi tunislilərin belə bundan xəbəri var və tez-tez narazılıq səslərini yüksəldirlər. Onlar birinci xanım Leyla Trabelsi və onun ailəsini sevmirlər, daha doğrusu ürəkdən nifrət edirlər. Get-gedə rejimin sabitliyi və gələcək perspektivi ilə bağlı risklər artır”.
Bu yazışmalar Tunisin internet-forumlarında geniş müzakirə obyektinə çevrildi. Əslində narazılıqlar bir müddət sonra azala bilərdi, amma hökümətin Wikileaks saytını bloklayıb, internetdə aktiv olan dissidentləri bir-bir ovlaması rejimi geridönülməz bir iflas yoluna saldı. 17 dekabr 2010-cu ildə Tunisin Sidi-Buzid şəhərinin mərkəzi küçəsində bir küçə alverçisi, polis tərəfindən döyüldükdən sonra etirazını özünü yandırmaqla göstərdi. Həmin gün Tunisdə “yasəmən inqilabının” başladığı gün oldu. Yenə də xalqın kütləvi etirazı Twitter и Facebook vasitəsilə təşkil edildi və yenə də hakimiyyət nümayişçilərə mane olmağa, arzuolunmaz informasiyalar yayan aktiv bloqqerləri həbs etməyə, nümayişlərə çağırışlar edənlərə qarşı kütləvi repressiyalara başladı. Lakin hakimiyyətin bu addımı ancaq ölkə küçələrində gənclərin sayını artırdı. Nəticədə diktator Ben Əli ölkədən qaçmalı oldu.
Vail Qonimin artıq bestsellerə çevrilmiş "İnqilab 2.0" (Revolution 2.0) kitabı Misirdə inqilabın təşkili, xalq etirazının idarə olunmasından bəhs edir. O 2011-ci ilin yanvar ayına, yəni Misir inqilabının başlanğıcına qədər Birləşmiş Ərəb Əmirliyində yaşayırdı, bütün siyasi fəaliyyətini anonim aparırdı. Görünür o, özündən əvvəl xalq hərəkatında önə çıxan və Mübarək rejimi tərəfindən ya sındırılan, ya da pul və ompromatlarla ələ alınan siyasi fəalların taleyindən nəticə çıxardaraq belə davranmağı lazım bilmişdi. Ümumiyyətlə "İnqilab 2.0" kitabını oxuyarkən Misir cəmiyyətinin necə də bizə tanış cəmiyyət olduğunu hiss etmək mümkündür.
Eyni cür polis, eyni cür siyasi pərakəndəlik, eyni cür kütləvi informasiya vasitələrindəki yalançı təbliğat və s. Məsəlçün, bir fakt gətirim, polislər müxalif baxışlarına görə döyərək öldürdükləri fəal Xalid Səid haqqında belə bir informasiya yaymışdılar ki, o narkotik istifadəçisi olub və tutularkən bunun üstünün açılacağından qorxduğu üçün narkotika bükümünü udaraq zəhərlənib, elə bundan da dünyasını dəyişib. Bu xəbər qısa vaxtda hökümətyönümlü televiziya və qəzetlər tərəfindən yayılmağa, müxalif gəncin narkotik aludəçisi olması haqqında qurama faktlar tapılıb qara piar aparılmağa başlanılmışdı. Və ya başqa bir bənzərlik, kitabda Mübarək dövründəki müxalifətin demək olar ki, böyük ölçüdə hökümət tərəfindən maliyyələşən, daim öz aralarında düşmənçilik aparan, xalq arasında hörmətini və təsir gücünü itirmiş pərakəndə qruplardan ibarət olduğu göstərilir.
Vail Qonimin fevralın 9-da Təhrir Meydanında bütün Misirliləri birləşdirmək üçün demiş olduğu sözlər buna bir nümunədir: “İndi ayrı-ayrı adamların, partiyaların və hərəkatların mübahisəsini aparmaq vaxtı deyil. İndi bizim hamımız bir şüarı deməliyik: Misir bizim üçün hər şeydən üstündür”.
Misirdə nümayişlərin başlandığı 2011-ci ilin 25 yanvarında Vail Qonim öz Twitter akkauntu olan – Ghonim vasitəsilə Qahirənin Təhrir meydanından mikroreportaj aparıb, xalqı küçələrə çıxmağa dəvət edir: “#Misir üçün dua edirəm. Çox narahatam, çünki sabah hökümət bütün vətəndaşlarına qarşı hərbi cinayət törətməyi planlaşdırır. Biz hamımız ölməyə hazırıq #Jan25”.“İndi Təhrirə istiqamət almışam. Qahirənin küçələrində yatıram, milyonlarla misirli yoldaşlarımın ağrısını hiss etməyə çalışıram #Jan25”
Artıq yanvarın 28-də hökümətin əmri ilə dörd Misir provayderi - LinkEgypt, Vodafone/Raya, TelecomEgypt və EtisalarMisr-in fəaliyyəti dayandırılmışdı. Həmin vaxt mobil əlaqələrdə də problemlər yaranmağa başlamışdı. Növbəti günün axşamı ölkənin hökümət təşkilatlarına və fond birjalarına xidmət edən NoorGroup provayderinin də işi dayandırırldı. Etirazçılar üçün internetin kəsilməsi gözlənilməzlik deyildi: hökümət Twitter və Facebooku bloka salmışdı. Misir hökümətinin ciddi cəhdlə internet, mobil əlaqələri və ölkəyə girib çıxan dəmir yollarını bağlaması onun özünə qarşı yönəldi, tezliklə bütün publika hakimiyyətin qorxduğunu anladı. Vail Qonim bu haqda yazırdı: “Hökümət insanların səsini boğmaqla, KİV-ləri nəzarətdə saxlamaqla, internetdə senzura tətbiq etməklə, nümayişçilərə qarşı zor tətbiq etməklə yalnız bir şeyə - İnqilaba nail olacaq”.
Misirlilər internet qadağalarını tez aşdılar. Bu işdə onlara Google, Twitter və kiçik SayNow şirkəti kömək etdi. İndi misirlilər internetə giriş olmadan belə, sadəcə +16504194196, +390662207294 yaxud +97316199855 nömərlərinə SMS yaxud səs ismarıcı yollamaqla fikirlərini Twitterdə yaya bilirdilər.
Yanvarın 28-də, Misirdə internetə giriş bağlandığı gün Vail Qonim qəflətən yoxa çıxır. Yalnız üstündən 12 gün keçdikdən sonra məlum olur ki, Qonimi Misir xüsusi xidmət orqanlarının əməkdaşları oğurlayıbmış. O iki həftəyə yaxın mühafizəçilərin nəzarəti altında qalıb. Qonimin sözlərinə görə xüsusi xidmət orqanları onunla xeyli yaxşı davranıblar, onları bircə şey maraqlandırırmış o da, Qonimin arxasında kim dayanır?
Qonim fevralın 7-də 11 günlük aradan sonra azadlığa çıxır və dərhal da media qəhrəmanlarından birinə çevrilir. Həbsdən çıxarkən onu salamlayanlar və təbrik edənlər qarşısında Qonim deyir: “Biz tələbimizdən geri çəkilməyəcəyik və tələbimiz bu rejimin getməsidir”.
O, azad ərəb kanalı olan Dream TV-yə müsahibəsində, Facebookda Mübarək rejimini devirmək çağırışları etdiyini açıqca elan edir. “Əgər mən Ərəb Əmirliyindəki evimdə, hovuzumun yanında qalsaydım, özümü satqın hesab edərdim”. - Qonim deyir.
O, Mübarək tərəfdarlarının Facebookda 300-dən çox saxta profil yaradıb, “daim bizim satılmış olduğumuz haqqında neqativ fikirlər” yazdığından danışır.
Qonim etiraz nümayişlərində hər hansı şəxsi xeyir güdməsini, həmçinin üçüncü bir şəxsin köməyini təkzib edir: “Biz, sadəcə xəyalpərəstlərik. Müxalif hərəkat olan “Müsəlman qardaşları”nın etirazların təşkilində əvvəldən iştirakları olmayıb. Hər şey təsadüfən, könüllü şəkildə baş tutdu. Hətta, “Müsəlman qardaşları”nın nümayişlərdə iştirak etməyə qərar verməsi də öz seçimləridir” – deyə Vail Qonim öz Twitter səhifəsində yazırdı. O buna bənzər bir mesajı da prezident Hüsnü Mübarək devrildikdən sonra verib: “Bütün misirlilər üçün kiçik aydınlaşdırma: mən heç bir siyasi qüvvəyə mənsub deyiləm. Mən heç kimin prezidentliyə namizədliyini dəstəkləmirəm. Bu mənim rolum deyil”.
O, Dream TV-yə müsahibəsində etirazçıları tərifləyir və ölənlərin rəsmlərini göstərərək adlarını sadalayıb, göz yaşı axıdır. Ona verilən efir vaxtından maksimum yararlanaraq kütləyə səslənməyə çalışır, yeganə istəyinin Mübarək rejimini “zibil” kimi süpürüb atmaq olduğunu və lazımından artıq diqqətə layiq görüldüyünü bildirir. O, Misirə bağlılığından danışıb, bir daha arvadının vətəni olan Birləşmiş Ştatlarda yaşamayacağını, Misirin azad və demokratik olması üçün ölməyə belə hazır olduğunu deyir. Verilişin sonuna yaxın o özünü toplayıb deyir: “Mən övladını itirən hər bir ananın, hər bir atanın dərdinə şərikəm, təəssüf edirəm, amma bu bizim günahımız deyil. Allaha and olsun, bizim günahımızdan olmayıb. Bu, hakimiyyətdə oturub, ondan əl çəkmək istəməyən hər bir şəxsin günahı ucbatından olub”.
Artıq bütün müxalif Misir gəncliyi Facebook və Twitterdən istifadə edirdi. Qonim özü də bu axının içində yazırdı: “Yüzlərlə insan indi Təhrirə gedir. Bizim sayımız artıq 20 mindən çoxdur. Polis yoxdur”, “Təhrir meydanına gedən yollar bağlanıb. Biz ora düşməyə çalışırıq”, “Minlərlə insan Təhrirdədir – Gəlin”.
Ümumiyyətlə, Misir inqilabı bir neçə ay davam etdi, inqilabın simvoluna çevrilmiş Təhrir Meydanında təqribən 18 gün ərzində etirazçılar ara vermədən yığışdılar.
İnqilab haqqında ilk fikirləri dünya ictimaiyyətinə yanvarın 19-da Beynəlxalq Atom Agentliyinin keçmiş baş direktoru Məhəmməd əl-Baradeyi Avstirya jurnalistlərinə müsahibəsi zamanı bildirir. O deyir ki, Tunisdəki hadisələr Misirdə də təkrarlana bilər, Mübarək devrilə bilər, çünki “xalq çoxdandır dəyişikliklər gözləyir”. Baradeyi hələ 2010-cu ilin fevralından müxalif hərəkat yaradıb Misirin prezidenti olmaq istəyini bildirmişdi. 2010-cu ilin dekabrında (Tunis hadisələrindən az sonra) o, misirliləri ayağa qalxmağa, vətəndaş itaətsizliyinə çağırırdı. Yanvarın 27-də əl-Baradeyi etirazlarda iştirak etmək üçün təyyarəylə Vyanadan Qahirəyə gəlir. O əgər “küçələrdəki xalq” istəsə ölkənin başına keçəcəyini bildirmişdi. Yanvarın 28-də artıq əl-Baradeyi Mübarəki istefa verməyə çağırdı.
Misirdə ən böyük etirazlar məhz bu ərəfədə baş verdi. İlk belə böyük etiraz yanvarın 25-i Mübarəkin istefası tələbi ilə “Qəzəb günü” adıyla keçirildi. Fevralın 1-i “Milyonların Marşı” adıyla keçirilən etirazda iki yüz min adam iştirak edir. Hüsnü Mübarək təcili kameralar qarşısına keçib, küçələrdəki etirazçılara səslənir, Misirdə qan tökülməsini istəmədiyini, xalqını sevdiyini deyir və növbəti dəfə seçkilərdə iştirak etməyəcəyinə vəd verir, xalqdan bircə istəyi onun 2011-ci ilin sonuna qədər prezidentlik müddətini bitirməyə imkan verilməsi olur.
30 il ərzində özülləri kənardan çox möhkəm görünən və devirilməsinə heç kimin inanmadığı hökümətin xalq etirazı qarşısında geri çəkiləməsi etirazçıları daha da ürəkləndirdi, fevralın 4-də müxalifət milyonlarla tərəfdarını küçələrə səslədi, nümayişlər Qahirəylə bərabər İsgəndəriyyə və əl-Mənsur şəhərində də keçirildi. Fevralın 10-da xalq kütləsindən qorxuya düşmüş Hüsnü Mübarək səlahiyyətlərinin bir hissəsini vitse-prezident Ömər Süleymana ötürdü və tezliklə konstitusiyada islahatlar aparacağına vəd verdi. Lakin, xalq Mübarəkin vədlərinə inanmadı, illərlə içlərində Mübarəkə qarşı toplanmış nifrətlə daha böyük etirazlara qalxdılar.
Nəticədə fevralın 11-də Mübarək istefa verməli oldu. Bununla da Misir İnqilabının əsas mərhələsi başa çatdı. Lakin, İnqilabın öz məqsədlərinə çatıb-çatmadığı hələ də tam məlum deyil, çünki inqilabdan sonra bir neçə dəfə hakimiyyət dəyişikliyi oldu, “Müsəlman Qardaşları” gözlənilmədən demokratik qüvvələrin etirazlarına qoşuldu və hakimiyyətə yiyələndi. Ölkədə Mübarək dövründəki vəziyyət qismən də olsa davam etməkdədir. Misir cəmiyyəti hələ də tam açılmayıb, Mübarək dövründən qalma məmurların bəziləri hələ də əvvəlki yerlərində qalırlar, rejimin dövründə bir çox cinayətlər törətmiş şəxslər mühakimə olunmayıb. Amma ümumilikdə bu inqilab cəmiyyətin demokratikləşməsi, açıq cəmiyyətə çevrilməsi yolunda mühüm addım oldu. Ən əsası isə Vael Qonim qarşısına qoyduğu məqsədinə tam çatdı.
Beynəlxalq münasibətlər sahəsində misirli alim Fuad Əcəmi (FouadAjami) inqilab haqqında yazırdı:
“Misirdə kütlələri 1979-cu il İran inqilabındakı kimi əmmaməli ayətullah ayağa qaldırmamışdı. Bu yolda ruhdan düşmək, rejim və onun liderlərinin sarsılmazlığı inamına qapılmaq ehtimalı olsa da, Google-un gənc əməkdaşı Vail Qonim etirazlara enerji verirdi. Cənab Qonim müasir dünyanın adamıdır. Onu gördüyü işlərə din təhrik etməmişdi. Ölkəsindəki vəziyyət - ümidsiz kasıblıq, talançılıq və korrupsiya əsasında formalaşmış əxlaqsız iqtisadiyyat, polis dövləti tərəfindən misirlilərə qarşı həyatın hər sahəsində göstərilən amansız və saymazyana münasibət bu gəncə və onun kimilərinə rejimi devirmək üçün tarixi ixtiyar verirdi”.
Vail Qonimin mənim gözümdə ən dəyərli tərəfi, müxalif fəalların çoxundan fərqli olaraq xalqın qəhrəmanına çevrilmək üçün tələsməməsidir. Nəinki tələsmək, onun heç belə bir istəyi də olmayıb. O, çıxışlarında dəfələrlə özünü qəhrəman hesab etmədiyini bildirib. O hər zaman Mübarək rejiminin devrilməsi üçün ölməyə belə hazır olduğunu deyib.
Həmçinin sonradan Qonimin altına girdiyi ağır təşkilatçılıq zəhmətlərinin heç bir maddi, siyasi mənfəətə söykənmədiyi də məlum oldu. O, kitabında tez-tez Misirin yeni tarixində parlamış müxtəlif siyasi liderləri, fəalları xatırlayır, onların ciddi siyasi simaya çevrilmək üçün hər yola əl atmasından, xalqın qəhrəmanı olmaq üçün tələsib, pafoslu çıxışlar, inqilab çağırışları etməsini vurğulayır və belə “ulduzların” necə tezcə özlərini ifşa edib, dərhal “söndürüldüklərindən” danışır.
Əlbəttə Qonimin fəaliyyəti bizim alışmadığımız ən modern mübarizə üsuludur. O, eqoya deyil, vicdana və ağıla üstünlük verib, buna görə də sonda qalib gəlib. Bu fakt müasir siyasətdə artıq eqoyla, pafosla fəaliyyət göstərməyin axırda siyasətçinin özü üçün iflasa gətirib çıxaracağını sübut edir. Qonimin internetdə başlatdığı hərəkatı ilk günlər ancaq on beş-iyirmi nəfər dəstəkləyirdisə, bir qədər sonra onun təşkil etdiyi etirazlarda milyonlarla adam Mübarəki və onun rejimini devirdi. Qonim deyir ki, “İstənilən adam dünyanı dəyişdirə bilər, gərək təkcə xalq hakimiyyətinin hakimiyyətdəki insanlardan daha güclü olduğuna inanasan”.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.