Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:05

Devlet Bahçeli: «500 il öncə Çaldıranda tökülən qan…»


Devlet Bahceli
Devlet Bahceli
-
MHP Genəl Başqanı Devlet Bahçeli partiyasının qrup toplantısında ümumi türk tarixiylə bağlı maraqlı açıqlamalar verib.

Türkiyə mediasının yaydığı xəbərə görə, həmin çıxışında Devlet Bahçeli hökumətin İstanbulda tikilən üçüncü körpüyə Yavuz Sultan Səlimin adının verməsini «məqsədli» adlandırıb.

Xatırladaq ki, körpüyə Yavuz Sultan Səlim Xanın adının verilməsi xəbərini ölkənin Alevi vətəndaşları da etirazla qarşılayıblar.

SƏFƏVİ – BİR TÜRK DÖVLƏTİDİR

Üçüncü körpünün hələ başlanğıcda fikir ayrılığı yaratmasını önəmli problem sayan Bahçeli deyib:

«Nə qədər görməzdən gəlsək də, Anadoludakı müsəlman türklərin alevi və sünni olaraq ikiyə ayrılması Osmanlı-Səfəvi mücadiləsinin bir nəticəsidir… Səfəvi dövləti Şah İsmayılın başçılığıyla XVI əsrin başlanğıcında İranda qurulmuş bir türk dövlətidir. Bu dövlətin qurucuları Antalya, Maraş, Amasya, Sivas və Tokat kimi vətən guşələrindən qopub gedən və yenə bir türk dövləti olan Ağqoyunluları yıxan əziz əcdadlarımızdan başqası deyildir».

ÇALDIRANA MHP BAXIŞI

Bahçeli tarixi Çaldıran savaşına da toxunub:

«1514-cü ildə iki türk dövlətini Çaldıran düzündə qarşı-qarşıya gətirən məzhəb fərqliliyindən daha çox bölgədə hakimiyyət və ticarət yolları üzərindəki hökmranlıq istəyidir. Hər tarixi hadisəni dönəmin şərtlərində dəyərləndirmək lazımdır».

«BİZ NƏ YAVUZDAN, NƏ DƏ İSMAYILDAN VAZ KEÇƏRİK»

Bahçeli daha sonra deyib:

«Bizim için Yavuz Sultan Səlim Xan çıxdığı Misir səfərindən müqəddəs əmanətlərlə dönən, Sina Çölünü dua və cəsarətlə keçən, imperatorluğun böyüməsində əvəzsiz xidmətləri olan böyük bir dəyərimizdir. Səmimiyyətlə söyləmək istəyirəm ki, Şah İsmayıl da, ən azı, Yavuz Sultan Səlim qədər bizim üçün sayqıdəyər və yeri doldurulmayacaq bir hökmdarımızdır. Beş yüz il öncə Çaldıranda tökülən qan, nə qədər üzülsək də, türkün, türkmənin qanıdır. Biz nə Yavuzdan, nə də İsmayıldan vaz keçərik».

«KÖRPÜYƏ SULTAN ALPARSLANIN ADI VERİLSİN!»

Bahçeli çıxışında körpüyə Sultan Alparslanın adının verilməsini təklif edib:

«.. birinci körpüyə Cümhuriyyət, ikinciyə Osmanlını simvolizə edən adlar verilibsə, üçüncü körpüyə də Səlcuq imperatorluğunun xatirəsini yaşatmaq üçün Sultan Alparslan adının verilməsi doğru olardı».

MHP lideri Devlet Bahçeli-nin çıxışı alqışlarla qarşılanıb.
XS
SM
MD
LG