Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:39

AXCP rəhbərliyinə Lənkəranda hücum olub - [Video]


AXCP rəhbərliyinin Lənkəranda üzləşdiyi olay
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

AXCP rəhbərliyinin Lənkəranda üzləşdiyi olay

-
İyunun 9-da Lənkəranın girəcəyində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 3 nəfər hücuma məruz qalıb. Onlar Lənkərana partiyanın yerli təşkilatının müşavirəsini keçirmək üçün gedirmişlər.

Fuad Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, Lənkəranın girişində onların olduğu maşının qarşısı Kamaz markalı yük maşını ilə kəsilib:

«Saat 1 radələrində Lənkəran şəhərinin girəcəyində 50 nəfər adam üstümüzə düşdü. Olduğumuz maşınını şüşələri armaturla sındırıldı. Əvvəl yumurta ilə başladılar, sonra armatur və iri daşlara keçdilər. Mən kürək nahiyəmdən daş zərbəsi aldım. Mənimlə bir yerdə olan Mənsum Bayramov, Asif Yusifli, Nazim Həsənov da maşının qırılmış şüşələrindən xəsarətlər aldı. Güc-bəla oradan çıxa bildik».

Fuad Qəhrəmanlı deyir ki, ərazidən uzaqlaşandan az sonra onlara ikinci hücum olub:

«3-4 km sonra yolda dayandıq ki, özümüzə gələk. Həmin qrup yenidən olduğumuz yerə gəldi. Bizə növbəti hücum oldu. Ərazidən çətinliklə uzaqlaşdıq. Maşın tamamilə yararsız vəziyyətə düşüb. Təkcə ön şüşəsi qalıb, bütün şüşələri sındırılıb. Maşının içərisi şüşə qırıntıları ilə doludur. Canımızı götürüb Bakıya qayıdırıq».

Fuad Qəhrəmanlı deyir ki, onlara hücum olan vaxt ərazidə polis də olub. AXCP sədrinin müavini baş verənlərə görə yerli hakimiyyət orqanlarını ittiham edir.

Lənkəran rayon polis şöbəsindən baş verənlərlə bağlı onlarda məlumat olmadığını dedilər.

İcra hakimiyyətindən isə cavab vermədilər.
XS
SM
MD
LG