Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:51

Abbas Abbasovun vahid namizədliyi


Abbas Abbasov
Abbas Abbasov
-
İndi də Milli Şuranın vahid namizədi sırasında baş nazirin keçmiş birinci müavini, Rusiyadakı «Milyarderlər İttifaqı»nın Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun adı çəkilir. Bu məsələ onun bir neçə gün əvvəl Rusiyadan Azərbaycanda bəzi qüvvələrə yönəlik sərt bəyanatdan sonra meydana çıxıb. Hətta bəzi media orqanları Milli Şura sədri Rüstəm İbrahimbəyovun tez-tez «Mənim özümün prezidentliyə namizədim var» deyəndə, adını açıqlanmadığı şəxsin məhz Abbas Abbasov olduğunu ehtimal edir.

RÜSTƏM İBRAHİMBƏYOV: «MƏNİM DƏ NAMİZƏDLƏRİM VAR»

Rüstəm İbrahimbəyov BBC-yə son müsahibəsində namizədin kimliyinin hələ bəlli olmadığını deyib:

«Prezident seçkilərinə biz namizəd irəli sürəcəyik, amma onun kim olduğunu hələ heç kim dəqiq bilmir. Mənim də öz namizədlərim var. Konkret adamlarım var ki, onlar çox səviyyəli, bacarıqlıdırlar və bu işin öhdəsindən gələ bilərlər».

Çoxsaylı cəhdlərimizə baxmayaraq nə Milli Şuradan, nə də Rusiyada yaşayan Abbas Abbasovdan deyilənlərə münasibət öyrənmək mümkün olmadı.

MİLLİ ŞURADAKI ZİDDİYYƏTLƏRDƏN DOĞAN SÖZ-SÖHBƏT

Ancaq politoloq Ərəstun Oruclu adıçəkilən şəxsin vahid namizədi ola biləcəyinə inanmır və Abbas Abbasovun adının hallandırılmasını daha çox Milli Şuradakı ziddiyyətlərlə əlaqələndirir:
Ərəstun Oruclu
Ərəstun Oruclu
«Mən hesab etmirəm ki, Azərbaycan xalqının istəyi bu ola bilər. İndi kim necə edəcəksə, artıq bu onun öz işidir».

«ABBAS ABBASOV DA, MİLLİ ŞURA DA HAKİMİYYƏTİN LAYİHƏSİDİR»

Haqqın.az analitik-informasiya portalının redaktoru Eynulla Fətullayev Abbas Abbasovla bağlı bütün məsələləri hakimiyyətin layihəsi sayır:

«İnformasiya qaynaqlarıma istinad edərək deyə bilərəm ki, Abbas Abbasov hakim zümrəyə, hakim ailəyə çox sadiq bir insandır. Onun hakim zümrəyə qarşı çıxış etməsinə inanmıram. Bu ehtimalı birmənalı şəkildə inkar edirəm. Abbas Abbasov ümumi bəyanatlar səsləndirir. Bunu «Milyarderlər İttifaqı»nı təmsil edən mətbuat elə təqdim edib ki, sanki Abbas Abbasov radikal müxalif sima kimi görünməyə başlayıb».

Eynulla Fətullayev həm «Milyarderlər İttifaqı»nı, həm də Milli Şuranı hakimiyyətin layihəsi sayır. Hesab edir ki, Qərbdən gələn tənqidlərlə üz-üzə qalan hakimiyyət özünə yaxınlığı və qohumluğu ilə seçilənlərin «Milyarderlər İttifaqı»nı yaratmaqla Rusiyadan Azərbaycana hansısa təhlükə ola biləcəyi görüntüsünü yaradıb.
Eynulla Fətullayev
Eynulla Fətullayev

«ABBASOVUN MÜXALİFƏTİN NAMİZƏDİ OLMASI MÜMKÜN DEYİL»

Onun fikrincə, seçki ərəfəsində Milli Şura məsələsini gündəliyə gətirməklə hakimiyyət diqqəti daxili problemlərdən yayındırmaq, həm də müxalifəti seytnot vəziyyətinə salmaq niyyəti güdüb və bu istəyinə də çatıb:

«Hesab edin seçkiyə 3 ay qalıb, hamı Abbas Abbasovu, Rüstəm İbrahimbəyovu, onların verdiyi bəyanatları müzakirə edir. Seçkilər, ölkənin problemləri, siyasi mübarizə qalıb kənarda. Biz hələ bu siyasi oyunu müşahidə edirik. Abbas Abbasovun müxalifətin namizədi olması mümkün deyil, ümumiyyətlə, mən Milli Şuranın vahid namizədinin olmasına da inanmıram».

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı
RASİM AĞAYEV: «MÜXTƏLİF OYUNLAR GEDİR»

Politoloq Rasim Ağayev isə Abbas Abbasovun Milli Şuranın vahid namizədi ola biləcəyi ilə bağlı səslənən fikirləri bəzi müxalif qüvvələrə xas təxribat sayır:

«Elə başa düşürəm ki, hansısa dairələrdə müxtəlif oyunlar gedir və bununla Milli Şura ideyasına hansısa maneələr törətmək istəyirlər».

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da «Yeni Müsavat»a müsahibəsində Abbasov Abbasovun indiki halda Milli Şuranın namizədi olması ilə bağlı səslənən fikirləri siyasi reallığa uyğun saymır. Onun dediyinə görə, bu fikirlər Abbasovun hakimiyyətə ünvanlanmış sərt tənqid ritorikasının artması və müxalifətin mövqeyi ilə sanki paralellik təşkil etməsi ilə bağlıdır.
XS
SM
MD
LG