Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:35

İranın yeni birinci ledisi kimdir?


Hassan Rohaninin tərəfdarı
Hassan Rohaninin tərəfdarı
-
«Bunu heç kim bilmir. O əri ilə çiyin-çiyinə seçki kampaniyası keçirməyib və onu, ümumiyyətlə seçki ərəfəsində də görən olmayıb».
Bunları AzadlıqRadiosunu ingiliscə saytında Golnaz Esfandiari yazır.
O yazır ki, İran siyasətçilərinin xanımları çox vaxt gözəgörünməz olurlar. Onlar ictimaiyyət qarşısında nadir hallarda görünürlər və onları adətən heç kim tanımır.
«Bu mənada İranın yenicə seçilmiş prezidenti Hassan Rohani-nin xanımı istisna təşkil etmir», - yazır jurnalist.
Lakin qeyri-adi olan budur ki, İran mediası da birinci ledinin adını deyəsən heç bilmir.
Golnaz Esfandiari qeyd edir ki, İran xəbər agentliklərinin və hətta prezident xanımlarına həsr olunmuş internet saytlarında birinci ledinin adı əvəzinə «Hassan Rohani-nin arvadı» yazılır.
Hətta altı namizəddən ən mühafizəkarı olan Said Jalili-nin xanımı haqqında da müəyyən bəsit informasiya mövcuddur.
Bəzi mənbələr İranın keçmiş nüvə danışıqçısının həyat yoldaşı Fatemeh Jalili-nin can həkimi işlədiyini bildirirlər.
Said Jalilinin özü isə deyir ki, İran qadınının başlıca rolu ana olmaqdır.
20 YAŞLI ROHANİ 14 YAŞLI QIZLA EVLƏNİB
Adı bilinməyən birinci ledi haqqında isə bilinən yalnız budur ki, o evdar qadındır və prezident Ruhani ilə kəbin yolu ilə evlənib.
Hətta hökumətə ən yaxın agentliklərdən biri olan İSNA-nın da oxu daşa dəyib: «Hassan Rohani-nin həyatında onun oynadığı rolu yaxşı başa düşmək üçün bütün xəbər almaq cəhdlərimiz puça çıxdı. Onun yaxın köməkçiləri və kampaniya yoldaşları da bizə heç bir məlumat vermədilər».
Amma hər halda İSNA bəzi şeyləri öyrənə bilib.
Agentlik yazır ki, 64 yaşlı Rohani valideynlərinin seçimi ilə ailə həyatı qurub: «Onda 20 yaşım vardı. Atam və anam israr etdilər və mən də müqavimət göstərmədim».
Bir İran saytı isə Rohani-nin 86 yaşlı anasına istinadən yazır ki, yeni prezidentə ərə gələndə qızın 14 yaşı olub.
Başqa bir əldə olan məlumat isə budur ki, Rohani-lərin 4 uşağı var və bir oğlan övladları vəfat edib.
Vəzifəsini tərk etməkdə olan prezident Mahmud Ahmadinejad-ın xanımı onunla bir neçə ictimai tədbirlərdə iştirak edib və hətta əri ilə birlikdə bəzi xarici səfərlərə də çıxıb.
Görünür, Rohani-nin xanımını tanımaq üçün bir qədər gözləmək lazım gələcək.

Sayta hazırladı: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG